Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “ABŞ Rusiyaya mane ola bilməyəcək”


“ABŞ Rusiya, Türkiyə və İranın Suriyada müsbət nəticələr əldə etməsindən narazıdır”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

Siyasi şərhçi bildirib ki, faktiki olaraq Suriyada terrora Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində son qoyuldu, BMT və Amerikanın heç bir rolu olmadı:

“Bu, Amerikanın xarici siyasətinin zəifliyindən irəli gəlirdi. Məhz buna görə də ABŞ zəif görünməmək üçün bu üçlü ittifaqa müəyyən əngəllər yaratmağı düşünür və Suriya məsələsinin beynəlxalq formata keçməsini istəyir. Ancaq inanmıram ki, bu, baş tutsun. Buna heç Rusiya, Türkiyə, İran da razı olmaz. Çünki sözügedən dövlətlərin hazırda Amerika ilə münasibətləri soyuqdur”.

Politoloq Soçi formatının uğurlu olduğunu düşünür:

“Düzdür, son günlər Rusiya ilə Türkiyə arasında müəyyən mübahisələr yaranıb. Ancaq hesab edirəm ki, ilk mərhələdən sonra daha ağır ikinci mərhələ - Suriyada sülh quruculuğudur. Əgər Rusiya, Türkiyə və İran bu mərhələdə də uğur qazansa, üçlük Suriyada nəzarətin Amerikanın, yaxud BMT-nin əlinə keçməsinə imkan verməyəcək”.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Devid Sattirfayld Türkiyə, İranRusiyanın Suriya böhranının həlli ilə bağlı apardığı Soçi formatını qeyri-qanuni adlandırıb və ölkəsinin bu formata qarşı BMT vasitəçiliyi ilə hərəkətə keçəcəyini bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar