Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Türkiyə 24 İyun seçkiləri ilə yeni siyasi dönəmə daxil oldu”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Türkiyə 24 İyun seçkiləri ilə yeni siyasi dönəmə daxil oldu. Ölkədə idarə sistemi dəyişməklə, hərbiçilərin qəbul etdiyi konustitusiya və idarə sistemi tarixdə qaldı. Ölkə prezident respublikası olaraq ordu və parlament və məhkəmə üzərində prezidentin demək olar ki, tam hakimiyyəti quruldu.

AKP sədri R.T.Ərdoğan 16 illik hakimiyyəti dövründən fərqli olaraq, bundan sonra Türkiyəni yeni mərhələyə aparacaq, yeni siyasi idarə sistemini quraraq ölkənin idarəsində tək başına qərarlar verəcək, məhdud hakimiyyət modeli ilə həm daxili, həm də xarici siyasəti özü müəyyən edəcək. Prezidentin bu siyasətinə yeni konustitusiya imkan tanıyır. 
Türkiyə xalqı seçkidə böyük çoxluqla iştirak etdi və AKP-nin apardığı siyasəti dəstəklədi. Məğlub olmasına baxmayaraq seçkilərdə Türkiyə müxalifəti toparlandı və böyük güc ortaya qoymuş oldu. Artıq, Ərdoğan müxalifətin gücünün fərqindədir. Və, parlamentdə müxalifətin güclü fraksiyası var, müəyyən dərəcə uzlaşma siyasəti aparacaq.

ABŞ və Qərb dövlətləri bu mərhələdən sonra, Türkiyə ilə əlaqələrində problemlərə yol açacaq siyasət aparmayacaqlar. Çalışacaqlar ki, Türkiyə ilə əməkdaşlığı davam etdirsinlər. Ərdoğanın siyasi xətti Qərbi məmnun etməsə də Türkiyəni özlərindən uzaqlaşdıracaq planları reallaşdırmayacaqlar. Türkiyə Suriya və İraqda anti-terror əməliyyatları uğurla davam etdirəcək. Menbic və Qandildə Türkiyənin söz sahibi olması, PKK terror təşkilatının darmadağın edilməsinə aparacaq siyasət davam edəcək.

Ərdoğanın Qərblə heç də yüksək səviyyədə əlaqələr qurması gözlənilmir. Çünki, xarakterik olaraq müstəqil siyasətə meyilli olaraq çalışcaq ki, ABŞ və Qərb dövlətləri bununla hesablaşsın. Rusiya ilə Türkiyə arasında imzalanan S-400 raketləri və Atom Elektrik Stansiyanın tikintisi ilə bağlı müqavilələr yerinə yetiriləcək. Ərdoğan və Putin dostluğu iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdıracaq.

Qeyd edim ki, R.T. Ərdoğan seçki kampaniyasına başlayanda Qarabağ konfliktinin həllini də hədəf götürmüşdü. Rusiya ilə əlaqələrini inkişaf etdirəcəksə, demək Qarabağ münaqişəsinin həllini masaya gətirəcək. Rəsmi Bakı Ankara ilə bu istiqamətdə təmasları saxlamalı, Putin, Ərdoğan və İlham Əliyevin iştirakı ilə münaqişənin həlli üçün görüşün küçirilməsinə nail olunmalıdır. Türkiyə rəhbərliyinin buna gedəcəyi şübhəsizdir və regionda dəyişən şərtlər, Ermənistanın yeni rəhbərliyinin yeni anti-rusiya siyasəti Moskvanın da belə bir görüşə etiraz etməyəcəyi şübhəsizdir.

Türkiyə yeni dönəmə qədəm qoyur, Azərbaycanla Türkiyə arasında rəsmi hərbi müttəfiq müqaviləsinin imzalanmasının zamanıdır.



pia.az
Etiket:
loading...