Xəbər xətti

23 YANVAR

0:47 Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir

0:34 Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

0:21 Eyzenşteynin evliliyinin sirri: O, nəyi gizlədirdi?

0:11 Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 YANVAR

23:59 Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

23:54 Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...

23:48 Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi

23:43 “Ola bilər ki, heç gəlməyim, deyib sağollaşdı” – “Aprel şəhidi”nin xanımı

23:37 İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

23:30 Azərbaycanda hostel biznesinə maraq artıb

23:24 Bəkir Bozdağ: “Bu kimi xəbərlər qara təbliğatdır”

23:16 Azərbaycan Avropa Şurasını qınadı - Ermənistana görə

23:09 ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaradacağına ümid edir

23:01 Trampın Davosa səfəri sual altındadır

22:54 Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

22:46 Damla tənqid olunan fotosu haqqında: “Reklam hanı?”

22:39 Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

22:31 Bakıda toy yasa döndü

22:23 “Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”

22:15 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22:07 ABŞ-ın “terror torbası”: Türkiyə “Zeytun budağı” ilə onu yırtmağa çalışır

21:59 Prezident Vahid Ələkbərovla görüşüb - Foto

21:53 Yaponiya güclü qar fırtınasına təslim oldu - 250 reys təxirə salındı

21:47 Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

21:40 Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

21:33 Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb

21:26 Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

21:19 İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - Yenilənib

21:12 Yaqland Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib

21:10 Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

21:02 Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

20:55 İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

20:48 “Neftçi” böyük hesabla məğlub oldu

20:40 Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı

20:32 Vəkilliyə namizədlər üçün imtahana “buraxılış vərəqələri”nin çapına başlanıldı

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub



MÜSAHİBƏ

...

Politoloq: “Trampla Putinin görüşü baş tutmasa, ortada çox ciddi problemlər olacaq”

Tarix 10.11.17, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Natiq Miri: “Suriya və Ukrayna məsələsində də hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib”


“Əgər bu iki prezidentin görüşündə də müəyyən problemlər yaranıbsa və ABŞ prezidenti sözün əsl mənasında bu görüşdən imtina edibsə, demək ki, ortada hər hansı bir siyası nəticənin olmayacağı ehtimalı var”

Bu sözləri politoloq Natiq Miri Trampın Putinlə görüşdən imtina etmə səbəblərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Ağ Evin katibi Sara Sanders bəyan edib ki, ABŞ və Rusiya prezidentlərinin Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammitində formal görüşü baş tutmayacaq. O, qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq. Daha əvvəl isə Tramp öz “tvitter” səhifəsində Putinlə görüşəcəyi barədə məlumat vermişdi. 

Məsələ ilə bağlı Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.

PİA.AZ politoloq Natiq Mirinin gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:




Natiq Miri: “Nə Suriya, nə də Ukrayna məsələsində hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib”.


 - Natiq  müəllim, Trampın Putinlə görüşdən imtina etməsini nəylə əlaqələndirmək mümkündür? Demək olarmı ki, Tramp Putinlə görüşdən çəkinir, və yaxud da, ABŞ-Rusiya arasında münasibətlərdə hansısa irəliləyişə nail olmaq mümkün deyil?

- Trampın Putinlə görüşdən imtina etməsi xəbərinin nə qədər real olduğunu bəri başdan demək çətindir. Çünki bu günlərdə informasiyalarla paralel olaraq, çox ciddi dezinformasiya axıntısı da yaşanır. Buna görə də düşünürəm ki, bu məsələ haqqında birmənalı danışmaq çətindir. Ancaq əgər Trampla Putinin görüşü baş tutmasa, ortada çox ciddi problemlərin olduğu görünəcək. Çünki bildiyimiz kimi ABŞ və Rusiya prezidentlərinin görüşü Vyetnam səfəri çərçivəsində baş tuta biləcək görüş idi. Bu görüşdə də təbii ki, Rusiya ilə ABŞ arasında ən öndə müzakirə olunacaq məsələ Şimalı Koreya məsələsi olmalı idi. Regionun ən güclü ölkəsi olan Çinin müəyyən mənada ABŞ-la danışıqlara açıq olmasına rəğmən Rusiya nədənsə, bu yöndə ABŞ-a dəstək vermək fikrində deyil. Əksinə Rusiya Şimali Koreyanın bir növ partlayacaq fitini çəkməklə bu məsələni daha da qızışdırmaqda maraqlı olduğu görünür. 

Bu vəziyyət dəfələrlə ABŞ rəsmiləri tərəfindən də qeyd edilib ki, Rusiya Şimali Koreya məsələsinin həllində maraqlı görünmür. ABŞ-ın burada istəyi ondan ibarətdir ki, Çin kimi Rusiya da nüvə silahının ərsiyə gəlməsində Şimali Koreyaya etdiyi yardımları birdəfəlik kəssin. Ayrıca ABŞ Şimali Koreya ilə olan bütün ticarət əlaqələrini kəsməklə bərabər, həm də müxtəlif səpkilərdə Şimali Koreya rəhbərliyinə təzyiq edərək, nüvə bombası istehsalından geri çəkilməsini istəyir. Bu məsələdə də hiss olunur ki, Rusiya o qədər də maraqlı görsənmir. Çünki Rusiya məhz Sakit Okean hövzəsində xüsusilə də, Çin dənizi və Yapon sərhədlərini əhatə edən bölgələrdə ABŞ-ın yenidən dominant güc olmasını istəmir. Buna görə də ABŞ və regiondakı mütəffiqlərinə bir təzyiq mexanizmi olaraq Şimali Koreyanın gizli müttəfiqi Rusiya olaraq görülür. Bu baxımdan Rusiya hələ də Şimali Koreyaya təzyiq etmək və digər yardımları etməmək barədə ABŞ-ın çağrışına əməl etmir. 

Natiq Miri: “ABŞ Şimali Koreya ilə olan bütün ticarət əlaqələrini kəsməklə bərabər, həm də müxtəlif səpkilərdə Şimali Koreya rəhbərliyinə təzyiq edərək, nüvə bombası istehsalından geri çəkilməsini istəyir”.


Əgər bu iki prezidentin görüşündə də müəyyən problemlər yaranıbsa və ABŞ prezidenti sözün əsl mənasında bu görüşdən imtina edibsə, demək ki, ortada hər hansı bir siyası nəticənin olmayacağı ehtimalı var. Həmçinin prezidentlərin görüşü çərçivəsində Suriya və Ukrayna məsələsinin də müzakirə olunacağı gözlənilirdi. Bu faktın özü də göstərir ki, Suriya cəbhəsində də, ABŞ-la Rusiya arasında hələ də çözünə bilməyəcək ciddi məsələlər var. Hiss olunur ki, ABŞ Suriyadakı PPK-nın qolu olan PYD və YPG güclərinə hələ də dəstək verməkdə davam edir. 

Ayrıca ABŞ-ın dəstəklədiyi bu kürd terrorçuları artıq Suriyanın şimalında bir növ gələcək muxtariyyatı rəsmiləşdirmək üçün çox ciddi siyasi hazırlıqlara başlayıb. Gələn ilin yanvar ayında da, belə bir konfransın keçirilməsi, yəni kürd terrorçuları vasitəsi ilə konfransın keçirilməsi və muxtariyyatın elan olunmasına çox ciddi hazırlıqlar görünür. Bu da təbii ki, Suriya rəhbərliyi başda olmaqla, onun regiondakı müttəfiqləri Rusiya və İranı da qane edə bilməz. Bütün bunlara görə düşünürəm ki, nə Suriya, nə də Ukrayna məsələsində də hər hansı bir yaxınlaşma olmadığı üçün ABŞ prezidenti bu görüşdən imtina edib. 

Natiq Miri: ““Şimal axını2” layihəsi artıq daşa dirənməkdədir. Bu layihənin həyata keçirilməsi müəyyən çətinliklərlə və suni əngəllərlə qarşılaşmaqdadır”.


- Trampın Çin səfərində Alyaskadam Çinə sıxılmış qaz idxalı ilə bağlı iki ölkə arasında saziş imzalanıb. Bu sazişin “Sibir gücü” layihəsinin alternativi olduğu bildirilir. Digər tərəfdən də Avropa Birliyi “Şimal axını2” layihəsinin gərəksiz olduğunu elan edib. Demək olarmı ki, Rusiya “qaz müharibəsi”ni həm Qərbdə, həm Şərqdə uduzur və bu vəziyyət dünyanın qaz bazarında hansı yeni geosiyasi yeniliklər yarada bilər?

- Bildiyimiz kimi Rusiya qaz nəhəngi olaraq, xüsusilə Qərb dünyasını, Avropa Birliyi ölkələrini qazla təhciz edir. Bu da zaman-zaman Rusiyanın təzyiq mexanizminə çevrildiyi üçün Qərb dünyası bu yöndə alternativlər axtarır. Bu alternativlər də müxtəlifdir. Yəni bir tərəfdən bildiyimiz kimi mənbəyini Azərbaycandan alan “Cənub Qaz Dəhlizi”nə paralel olaraq digər mənbələr, məsələn İraqda yeni bir qaz xəttinin Avropaya daşınması və digər alternativ Qətərdən Qərb dünyasına daşınacaq qaz və başqa layihələr vasitəsi ilə Qərbin qazla təhcizatını şaxələndirmək istəyirlər. Bu konteksdə də təbii ki, Rusiyanı Qərb bazarından müəyyən mənada sıxışdırmaq istəyi ortada var. 

Həmçinin onu da qeyd edim ki, Rusiya yenidən “Şimal axını2” layihəsi ilə ildə 40 milyard kub metr qaz vermək öhdəliyini öz üstünə götürüb və bu layihəni reallaşdırsa, təbii ki, bu Rusiya iqtisadiyyatının yenidən dirçəlməsinə gətirib çıxarda biləcək bir layihədir. Ancaq bu məsələdə Avropa Birliyi, xüsusilə də Avropa Komissiyası, eyni zamanda ABŞ o qədər də maraqlı görsənmir. Buna görə də “Şimal axını2” layihəsi artıq daşa dirənməkdədir. Bu layihənin həyata keçirilməsi müəyyən çətinliklərlə və suni əngəllərlə qarşılaşmaqdadır. 

Natiq Miri: “Əgər Rusiya qlobal qaz bazarından sıxışdırılsa və qazdan, enerji daşıyıcılarından gələn gəlirlər yarıbayarı azalarsa, bu Rusiya iqtisadiyyatının tezliklə çökməsinə gətirib çıxarda bilər”.


Təbii ki, Rusiyanın Sibirdən istehsal olunan qazının Çinə və digər o bölgələrə daşınması məsələsində də artıq suni olaraq alternativlər yaradılır ki, bu da bütövlükdə qlobal qaz bazarından Rusiyanın sıxışdırılıb çıxarılması anlamına gəlir. Əgər Rusiya qlobal qaz bazarından sıxışdırılsa və qazdan, enerji daşıyıcılarından gələn gəlirlər yarıbayarı azalarsa, bu Rusiya iqtisadiyyatının tezliklə çökməsinə gətirib çıxarda bilər. Burada əsas hədəf də Rusiyanın gəlirlərinin azaldılması və hərbi sferaya qoyduğu vəsaitlərin tamamilə minumuma endirilməsidir. 

Çünki bildiyimiz kimi son zamanlar Rusiya ordunun yenilənməsi və yeni silahların istehsalı üçün hərəkətə keçib. Bunu da reallaşdırmaq üçün Rusiyanın çox ciddi vəsaitə ehtiyacı var. Bu vəsaitin 65-70 faizi enerji daşıyıcılarından, xüsusi olaraq da, qazdan gəlir. Təsəvvür edin ki, qaz bazarında Rusiyanı qlobal səviyyədə sıxışdırarlarsa, bu Rusiyanın hərbi cəhətdən inkişafına çox böyük məhdudiyyətlər yaradacaq. Yəni dolayısı ilə Rusiyanı qaz, enerji daşıyıcı bazarından sıxışdırmaqla, müəyyən məhdudiyyətlər yaratmaqla Rusiya hərbisinin gələcəkdə inkişafının qarşısını almaq və Rusiyanı küncə sıxıdırmaq istəyirlər. Məsələnin kökündə duran budur və ola bilsin ki, məhz bu məsələlər baxımından Rusiya prezidenti Putin Şimali Koreya və Suriya məsələsində ABŞ-a heç bir güzəştə getmək istəmir. Görünür iki prezidentin görüşməsinə əngəl olan əsas məsələlərdən biri də məhz bu faktordur. 

Natiq Miri: “Çin Rusiyanın təklənməsinə  heç zaman imkan verməyəcək”.


- ABŞ-la Çin arasında münasibətlərin normallaşması sonucda Rusiyanın tamamilə təklənməsinə yol aça bilərmi?

- Gözləmək olmaz ki, Çin birmənalı olaraq ABŞ tərəfə dönəcək. Çünki Çin elə bir ölkədir ki, artıq Rusiya ilə müttəfiqlikdən söhbət getmir. Çinin özünün dövlət və milli maraqları var. Öz təhlükəsizliyini və iqtisadi inkişafını təmin etmək üçün təbii ki, Çin qlobal güc olan ABŞ-la əməkdaşlıqda maraqlıdır. Həmçinin Çin həm də anlayır ki, Rusiya getdikcə zəifləyən tərəfdir. Bu mənada Çin zəifləyən tərəfin yanında deyil, ABŞ-la əməkdaşlığa daha çox üstünlük verməyə çalışır. Yəni bu gün Rusiyanın zəifliyindən istifadə edərək, Çin öz strateji maraqlarını təmin etmək istəyir. Bildiyimiz kimi Rusiyanın müəyyən mənada zəifləməsi Çinin stateji maraqları çərçivəsindədir. Çünki Çinin Rusiyaya ərazi iddiaları var və Çində getdikcə artan əhalinin tədricən Rusiyanın boş ərazilərinə, yəni Sibirə köçülüməsində maraqlıdır. 

Buna görə də Rusiyanın getdicə zəifləməsi və bu konteksdə ABŞ-la Çinin əməkdaşlığı, Çinin strateji maraqlarına xidmət edən bir siyasətdir. Ancaq hər bir halda gözləmək olmaz ki, Çin birmənalı olaraq ABŞ-a dönüş edəcək və Rusiya təklənəcək. Çünki Rusiyanın təklənməsi Çinin maraqları çərçivəsində deyil. Bildiyimiz kimi zaman-zaman ABŞ-a qarşı Çin-Rusiya ittifaqı həm təzyiq mexanizmi, həm də çəkindirici bir məqam olaraq istifadə olunur. İki nüvə gücünün bir yerdə olması ABŞ və ABŞ-ın regiondakı müttəfiqi olan ölkələr üçün bir çəkindirici güc olaraq mövcuddur. Buna görə də Çin hər bir halda Rusiya faktorunu gözardı edəcək ölkə deyil. Sadəcə olaraq Çin bu vəziyyətdən və ABŞ-la əməkdaşlıqdan  qazanmaq istəyir. Ancaq birmənalı olaraq Çin Rusiyanın təklənməsinə  heç zaman imkan verməyəcək.

Nərminə UMUDLU
pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun ətrafında müəmmalı sükut

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru