Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Tehran rejimi üçün çətin proses olacaq”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


İranın nüvə fəaliyyətini bərpa etməsi, Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vuracağı gözlənilir. ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasına digər iştirakçı ölkələr qarşı çıxsa da, rəsmi Tehranın məlum qərarı Almaniya, İngiltərə və Fransanı da çıxılmaz vəziyyətə saldı. Artıq, bu ölkələr də sanksiyalar paketinə qoşulmaqla, ABŞ-la birgə İranın izolyasiyasında iştirak edəcəklər.

İranın ali dini rəhbəri S.Ə. Xamneyinin nüvə fəaliyyətini bərpa etmək qərarı və İsrailin məhv edilməsi ilə bağlı qeydləri, bir növ İsrail baş naziri Binyamin Netanyahunun İranla bağlı apardığı kampaniyanın doğruluğunu təsdiq etdi.

Qeyd edim ki, Avropa ölkələri ABŞ-la yarana böhrana rəğmən çalışırdı ki, İranla iqtisadi əlaqələri qoruyub saxlasın. Amma, İranın da şərtlərlə Avropa ölkələri ilə danışması böhrana aparacaq yolda yeni problemləri ortaya çıxardı. Demək olar, İranla bağlı ABŞ və Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları yaşanırdı. Artıq, İrana qarşı ABŞ-ın başlatdığı siyasətdə Avropa ölkələrinin yer alması, yeni beynəlxalq böhranın qızışmasına aparır. İranın Qərblə bu mübarizədə məğlubiyyətə düçar olması qaçılmazdı.

İndiki sanksiyalar və böhran əvvəlki illərdən fərqli olaraq, Tehran rejimi üçün çətin proses olacaq. Çünki, daxildə rejim əleyhinə narazılıqlar davam edir. Bu narazılıqlar yenidən küçə də kütləvi etirazların başlanmasına səbə olar.Belə bir kütləvi etirazlar ötən ilin dekabrında özünü göstərmişdi.

Qərblə yaşanan konfontrasiya İranda siyasi mübarizəni qızışdıracaq, rejim əleyhinə növbəti etiraz dalğasına aparacaq. Vaşinqton və israil çalaşacaq ki, daxildə narazılıqlardan maksimum istifadə edib, rejimin dəyişilməsinə apar bilən proseslə yekunlaşsın. Əvvəlki illərdən fərqli olaraq, teokratik rejimin daxildə güclü sosial bazası yoxdur. Çünki, İran xalqı sanksiyaların ortadan qalxması ilə ölkəyə daxil olan milyardların ölkənin rifahı üçün deyil, rejimin Yaxın Şərqdə müharibələrdə istifadəyə xərclədiyinin fərqindədi. Ona görə də xalq bundan sonra rejimin ətrafında birləşməsi real görünmür.

Göründüyü kimi Tehran rejiminə qarşı həm daxildən, həm də xaricdən təzyiqlərin başlaması, rejimin zəufləməsinə gətirib çıxaracaq. Məhz ABŞ-ın da siyasəti, bu istiqamətdə qurulub.

pia.az
Etiket:
loading...