Çərşənbə, 23 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Paşinyan çalışacaq ki, Azərbaycanla danışıqlarında Rusiya...”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun son günlər hərbi hərkətliliyindən və Naxçıvan istiqamətində uğurlu əməliyyatından sonra Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlki, qeyri-konustriktiv mövqeyindən geri çəkildi. İlk əvvəllərdə o, qeyd edirdi ki, Qarabağın ilkin statusu təyin olunmayınca, danışıqlara başlamayacağıq, yaxud özünün danışıqlarda iştirak etmək hüququ yoxdur kimi qeyri-real açıqlamalar verirdi.

İnqilabla hakimiyyətə gələn erməni baş naziri Qarabağla bağlı sərt və qeyr-müəyyən açıqlamalar verdiyi ərəfədə, rəsmi Yerevana yaxın bir politoloq mənə dedi ki, Paşinyanın bu açıqlamalrı müvvəqətidir və o, danşıqlara gedəcək qədər məıcburdur, danışıqıların  əksi isə müharibədir. Müharibə isə. Ermənistana lazım deyil. 

Göründüyü kimi Ermənistanın müharibə qorxusu rəsmi Yerevanı danışıqlar prosesinə qatılmağa məcbur etdi. Erməni xarici işlər nazirİ Zoqrab Mnatsakanyanla  İyulun 11-də Brüsseldə Xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.  Mnatsakanayan danışıqların Minsk formatında-Madrid prinsipləri üzrə  aparılacağını qeyd edib. Amma,yeni hakimiyyətə gələndə ümumiyyətlə Minsk formatında Ermənistanın iştirakını inkar edirdilər və özlərinin yaratdıqları Qarabağda separatçılarının danışıqlarda iştirakını irəli sürürdülər. Qeyd edim ki, Ermənistanın yeni hakimiyyəti son iki ayda iki zərbə aldı. Naxçıvanda ölkəmizin hərbi təzyiqilə qarşılaşdı, diplomatik danışıqlarda siyasətlərini dəyişmək məcburiyyətində qalararq, bir daha  özlərini ifşa etdilər.

Danışıqların başlaması özü-özlüyündəı müsbət bir prosesdi. Amma, Nikol Paşinyan indiki parlamentlə hazırda çalışacaq ki, danışıqlarda imitasiya aetsin. Çünki, aparılan danışıqlarda kompromiss olarsa. Ermənistan parlamenti təsdiq etməlidir Amma Ermənistan parlamenti Qarabağ klanın əlindədir. Onlarda yeni hakimiyyətin kompromisinə qarşı çıxa bilərlər. Təbii ki, bunlar hüquqi prosedi və Nikol Paşinyan danışıqlarda irəlləyiş olmaması üçün bundan istifadə edə bilər. Amma, bu il danışıqlarda müsbət nəticə gözlənilmir. 

Qeyd edim ki, rəsmi Yerevan danışıqlarda Kremllə deyil, Amerika Erməni Assambleyasının diqtəsi ilə hərəkət edəcək. Nikol Paşinyan çalışacaq ki,Azərbaycanla  danışıqlarında Rusiya moderator olmasın. Çünki, Rusiya Qarabağ danışıqlarında moderator olarsa, Ermənistan Rusiyanın təsirindən çıxa bilmıyəcək. Bu da Nikol Paşinyanın siyasətinə uyğun deyil. Siyasi proseslər qarşıdakı aylarda daha da istilənəcək, bu istiləşmə isə,Yerevanla Moskva arasında baş tutmasın. Rusiyanın burada tutacağı mövqedən çox məsələlər asılı olacaq. Seçimi Azərbaycan tərəfində ola biləməsi üçün yaxın aylardakı yaşanacaq mənzərəni gözləyək.

pia.az
Etiket:
loading...