Çərşənbə axşamı, 19 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Ermənistan rəhbərliyi atəşkəsin qorunmasında maraqlıdır”


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir


Ermənistan rəhbərliyi atəşkəsin qorunmasında maraqlıdır və onların danışıqlara getməyi bununla bağlıdır. Çünki, Nikol Paşinyan ilk əvvəldən danışıqlar üçün irəli sürdüyü şərtlər tamamı ilə masada olan həll formularına zərbə vururdu. Azərbaycanın müəyyən təzyiqlərindən yayınmaq və daxildə bu təzyiqlərdən irəli gələn uğursuzluğun qarşısın almaq üçün heç bir şərt irəli sürmədən  Brüsseldə danışıqlara qatıldılar, . Çünki, Yeni erməni  hakmiyyətinin bir istəyi var: Atəşkəs maksimum qorunsun! 

Ermənistan Xarici İşlər naziri Mnatsakanyan atəşkəsin qorunmasını dəfələrlə dilə gətirib. Brüssel görüşündə də bunun üzərində dayanıb. Çünki,  Azərbaycanın təzyiqləri ermənilərin itkilərini artırır, bu da Paşinyana daxili siyasətdə zərbə vurur.  

Qeyd edim ki, Ermənistan rəhbərliyi növbədən kənar parlament seçkilərinə qədər Azərbaycandan atəşkəsi qorumağı və təzyiqlərdən yayınmaq üçün danışıqlarda maraqlıdır.  Bundan əlavə artıq, Paşinyan hakmiyyəti Moskvadan kənar danışıqların aparılmasında maraqlıdır. Danışıqlar Moskvanın iradəsi ilə həyata keçərsə, Yerevan Moskvadan qurtula bilməyəcək. Növbəti aylarda biz Yerevan -Moskva siyasi qarşıdurmasının şahidi olacağıq. 

Azərbaycan Moskva ilə bu istiqamətdə təmasları artırmalı, Yerevana hərbi təzyiqlər fonunda Kremlin mümkün neytrallağına nail olsun.

XİN rəhbərlərinin Brüssel görüşündə müsbət irəlləyiş gözləmək əbəsdi. Ermənilərin xahişi ilə atəşkəsi qorumaq və təzyiqləri davam etdirməmək, Ermənistan üçün şansdı. Hazırda təmas xəttində işğalçı ölkə müdafiəni gücləndirməklə yanaşı, video müşahidə sistemləri qurur. Bu, o deməkdir ki, rəsmi Yerevan kompromisə hazırlaşmır və danışıqları təşkəsi qorumaq üçün aparır.  

Həmçinin Azərbaycan Xarici İşlər naziri və Ermənistan XİN rəhbərinin Brüssel görüşü,  ilkin tanışlıq və mövqelərin öyrənilməsi kimi xarakterizə olunmamalıdır. Bu aparılan danışıqların davamı kimi qəbul olunmalı, danışıqlarda konkret nəticəyə gəlinmək üçün rəsmi Yerevandan tələb olunmalıdır.

Ermənistanda Sarkisyan rejiminə -Qarabağ klanına qarşı həbslər və repressiya davam edir. Paşinyan Qarabağ klanından qorunmaq və mümkün təzyiqlərlə qarşılaşmamaq üçün onun danışıqlar müstəvisində kompromisi mümkün deyil.

pia.az
Etiket:
loading...
-->