Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polislərin öldüyü qəzanın səbəbi… - Ekspert


Son günlərdə baş verən və hər birində 2 nəfərin öldüyü 2 yol-nəqliyyat hadisəsinin səbəbləri təxminən eynidirsə, deməli, ümumi qüsurlarımız çoxdur. Hadisələrin hər ikisində sürücülərimizin mütləq əksəriyyətinin yol verdiyi elementar bir səhv görünür: sürücü maneəni görüb, ilk olaraq tormoz vermir, manevr etməyə çalışır. Amma manevrlə qəzadan qaçmaq çox çətin məsələdir


Axar.az xəbər verir ki, bu fikirləri hüquqşünas Ərşad Hüseynov Buzovnada polisin xidməti avtomobili ilə qəza törətməsi və 2 əməkdaşın dünyasını dəyişməsi və Gəncədə baş vermiş iki nəfərin ölümü ilə nəticələnən qəzalar barədə danışarkən deyib.

Hüquqşünasın sözlərinə görə, hər iki hadisə cəmi bir avtomobilin iştirakı ilə, özü də eyni mexanizmlə baş verib - avtomobillər yol kənarındakı maneəyə (Buzovnada divara, Gəncədə isə balaca hasara, daha sonra iri gövdəli ağaca) çırpılıb:

“Sürücü maneəni görüb, ilk olaraq tormoz vermir, manevr etməyə çalışır. Bu zaman yüksək sürət və ona mütənasib mərkəzdənqaçma qüvvəsi avtomobilin yoldan çıxmasını qaçılmaz edir. Yoldan çıxan idarəolunmaz avtomobil isə yol kənarındakı maneəyə dəyir və belə ağır nəticələr olur”.

Ə.Hüseynov bildirib ki, yol hərəkəti qaydaları yolda maneə olduqda dərhal sürəti azaltmağı, lazımdırsa, tam dayanmağı tələb edir:

“Qaydalar "avtomobili qaçırın", "maneənin yanından keçin" demir, çünki bu manevrlər şəraitə uyğun olaraq fərdi qiymətləndirmədən sonra tətbiq oluna bilər, özü də buna imkan varsa, bacarırsınızsa. Bu manevrlər sürücüdən daha böyük diqqət, daha yüksək peşəkarlıq tələb edir. Onları hər adam təhlükəsiz edə bilmir. Bunun üçün xüsusi təhlükəsiz sürmə təlimi keçmək lazımdır. Sürəti, həmin sürətdə idarə etdiyiniz avtomobilə təsir edən mərkəzdənqaçama qüvvəsini qiymətləndirmə bacarıq lazımdır. Hər bir halda, hətta yandan keçmə manevri mümkün olsa da, bunu da tormozlama ilə etmək lazımdır. Müasir avtomobillərdə olan ABS tormoz sistemi tormoz pedalını sona qədər sıxmaqla da manevr etməyə imkan verir. Sadəcə bunu məşq etmək, öyrənmək, bacarmaq lazımdır”.

Ə.Hüseynov bildirib ki, hər iki hadisənin ölümlə nəticələnməsinə səbəb yandan maneəyə dəymələri olub:

“Avtomobillər yandan maneəyə dəyiblər. Yandan güclü zərbə isə daha ölümcül olur, çünki yanlar avtomobilin ən zəif yerləridir.

Daha bir tipik məqam sürətlə bağlıdır. Yəqin detallar istintaq nəticəsində aydınlaşdırılacaq, amma ilkin məlumatlardan da görünür ki, sürət şəraitə, xüsusən də günün qaranlıq (Gəncədə) və toranlıq (Buzovnada) vaxtına uyğun olmayıb. Sonuncu hadisə həm də yağışlı havada baş verib və yəqin ki, bu da öz təsirini göstərib.

Hər bir halda çox diqqətli olun, peşəkarlığınızı artırın. Yadda saxlayın ki, sadəcə "qaz pedalını basa bilirəm, sükanı da fırladıram" deyib, özünü peşəkar sürücü saymaq ölümlə zarafatdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar