Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polislər çaysatan qadını boğaza yığdı, o da boğazını stəkan qırığı ilə kəsdi - Foto


Səməd Vurğun bağında yaşlı qadın damarlarını doğrayıb


Polisin çay satmağa icazə vermədiyi qadın özünə stəkanın qırığı ilə xəsarət yetirib. 

Hadisə bir neçə dəqiqə əvvəl virtualaz.org saytının müxbirinin gözü önündə baş verib.

Müxbirimiz xəbər verir ki, polislər küçə ticarətinin qadağan edildiyini əsas gətirərək avtobus dayanacağında əsasən marşrut sürücülərinə çay və şirniyyat satan yaşlı qadını ərazidən uzaqlaşdırmaq istəyib.

60-65 yaşlarında olan qadın isə “çörəkpulum yalnız buradan çıxır, bəs mən nə edim, necə dolanım” deyərək polislərin bu tələbinə etiraz edib. Amma polis əməkdaşları buna məhəl qoymayaraq qadını oradan zorla uzaqlaşdırmaq istəyib. Bir neçə termosdan və stəkandan ibarət “piştaxtası”nın dağıdıldığını görən qadın şüşə stəkanı sındıraraq onun qırığı ilə boğazını kəsib, başına və bədəninə əli ilə zərbələr endirməyə başlayıb.

Polis əməkdaşları onu sakitləşdirməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadın müayinə olunmaqdan imtina edib. Polis əməkdaşları qadını polis bölməsinə aparıb.

Qeyd edək ki, yaşlı qadın başına gələnləri müxbirimizə danışacağını desə də polislər onu patrul maşınına mindirərək apardı.

Hadisə şahidlərinin dediyinə görə, “Dilarə xala” deyə çağırılan bu ağbirçək qadın hər gün burada çay və şirniyyat satırmış. Qadını tanıyanlar iddia edir ki, Səməd Vurğun bağı ərazisində xidmət aparan polis əməkdaşları qadından gündəlik “haqq” alırdılar. Ancaq indi məbləği qaldırıblar. Bu gündən isə gəlib deyiblər ki, ümumiyyətlə burada nəsə satmaq olmaz. Şahidlər küçə ticarəti çoxdan qadağan edilsə də Dilarə adlı qadının burada bu günədək oturub alver etdiyini söylədirlər.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə küçə ticarəti bu ilin yanvar ayından qadağan edilib. Bəzi rayonlarda isə hələ ki, bu qadağaya əməl edən yoxdur. Bu yaxınlarda isə Suraxanı Rayon Polis İdarəsinin rəisi küçə ticarəti məsələsi ilə bağlı yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar