Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis rəisi döyülməsindən danışdı


Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərov onun döyülməsi ilə bağlı mətbuatda gedən məlumatlara münasibət bildirib


Polis rəisi Publika.az-a bildirib ki, bir sıra sayıtlarda barəsində yayılan məlumat tamamilə əsassızdır:

“İlk öncə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılmayıb. Digər tərəfdən, guya o, yanıma gələrək, maşınını cərimə meydançasından çıxarılmasını tələb etməsi və sonda mənə bir neçə yumruq zərbəsi endirməsi ifadəsində də heç bir uyğunluq yoxdur. Məlumat tam yalandır. Polislə bizim nə işimiz var?”
 
Z.Cəfərov vurğulayıb ki, indiyədək haqqımda heç vaxt mətbuatda yazı dərc olunmayıb və barəsində yayılan məlumat onu çox təccübləndirib.
 
Xatırladaq ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, bu gün Bakı şəhəri Səbael rayonunda polislərin iştirakı ilə insident yaşanıb. Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbael rayonunda yerləşən cərimə meydançasına aparılıb. DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib. Nəticədə, polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib. Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar