Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis polkovniki hamilə qadını döyüb? - Video

Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb


PİA.AZ Baku.ws-a istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb.
 
Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib.
 
Xəbərdə bildirilir ki, buna baxmayaraq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini sürücüyə sillə vurub və onu da söyüb.
 
Hadisəni kənardan görən mühafisəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub.
 
PİA.AZ-ın məlumatına görə, qafqazinfo saytının əməkdaşları Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevlə danışa biliblər. O,  məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, həmin ərazidə dayanma durma nişanı qoyulub: “Bankın işçiləri istəyirdilər ki, nişan olmasın və istədikləri yerdə maşınlarını saxlasınlar. Mən də sürücüyə demişəm ki, maşını ordan götürsün. Sürücü də maşını götürmək istəmədi. Bununla bağlı tədbir görülməsini istədim. Orada yazılıb ki, guya hamilə qadına qarşı hansısa hərəkətlər edilib. Yalan yazıblar. Orada heç bir insident olmayıb. Əgər olsaydı, şikayət edilərdi”.

 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar