Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis itkin düşən əkiz bacıları axtarır


Daxili İşlər Nazirliyi iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb


PİA.AZ nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, 2000-ci ildə Gəncə şəhərində anadan olmuş iki bacı-Məryəm və Səkinə Abdurəhmanova bu il aprelin 29-da gecə saat 01 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar. Qızların atasının adı Sabirdir.

İtkin düşmüş bacıların xarakterik əlamətləri aşağıdakılardır: Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Məryəm Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar