Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu yubiley konserti verdi



Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun 70 illiyinə həsr olunan yubiley konserti keçirilib


PİA.AZ bildirir mi,APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, P. Bülbüloğlunu Rusiya Dövlət Simfonik Orkestri müşayiət edib. Orkestrin baş dirijoru Rusiyanın xalq artisti, dövlət mükafatı laureatı Sergey Skripka olub. Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, musiqişünas, akademik Janna Dozortseva çıxışında Polad Bülbüloğlunun həyatından bəhs edib.
 
Səhnəyə çıxan Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib. P. Bülbüloğlu konsert proqramına "Mənim Azərbaycanım" mahnısı ilə başlayıb. Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri - “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, eləcə də "Qorxma, mən səninləyəm" filmindəki mahnılar, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər səslənib. Yubiley konsertində Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Federasiya Şurasının üzvü Vitali İqnatenko, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və digər rəsmi şəxslər, eləcə də məşhur mədəniyyət-incəsənət xadimləri iştirak ediblər.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar