Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pol Qobl ABŞ-Azərbaycan münasibətləri və Qarabağ haqda

Məşhur amerikalı politoloq Pol Qobl hesab edir ki, ABŞ-ın Azərbaycanla münasibətləri ilə Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi qarşılıqlı asılıdır


Pol Qobl Ermənistanın müxalifyönümlü 1in.am portalına müsahibəsində bu haqda danışıb. O, jurnalistin ABŞ-la Azərbaycan arasında münasibətlərin o qədər də yaxşı olmadığı indiki vaxtda Vaşinqtonun Ermənistana daha çox maraq göstərdiyi barədə qənaətini bölüşmədiyini deyib.

Politoloqun fikrincə, bu iki məsələ arasında əlaqə yoxdur. Çünki ABŞ AzərbaycanErmənistanla ikitərəfli münasibətlərinə həmişə ayrı-ayrılıqda baxır. “Yəni bir ölkə ilə münasibətlərdə mənfi nəsə baş verirsə o demək deyil ki, ABŞ-ın o biri ölkə ilə münasibətlərində hökmən müsbət nəsə baş verməlidir. Lakin o ayrı məsələdir ki, Vaşinqtonun bu ölkələrdən biri ilə münasibətlərinin korlanmasından istifadə edən digər ölkə öz təsirini genişləndirmək imkanı əldə edir”-Pol Qobl deyib.

“Mən hesab edirəm ki, Qarabağ problemi ilə ABŞ-Azərbaycan münasibətlərini yenidən qiymətləndirmək lazım deyil. Aydındır ki, Vaşinqton Qarabağ probleminin həllini istəyir. Bu belədir və son 25 il ərzində də belə olub. Mən ümid edirəm ki, bu problemi həll etmək olar, hərçənd bu gün mən problemin həllinin yaxın olduğuna şübhə edirəm”-amerikalı politoloq əlavə edib.

Pol Qobl hesab edir ki,  beynəlxalq təcrid vəziyyətindən çıxan İran bölgədə fallaşacaq. Ancaq İranın Minsk Qrupunun üzvü olması mümkün deyil. “Bununla belə hesab edirəm ki, İran nizamlama prosesində yerini tutmaq üçün təzyiqlər edəcək, bu da sonra ATƏT-in bu orqanının başqası ilə əvəzlənməsinə gətirib çıxaracaq”-Pol Qobl deyib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar