Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Planşet bazarı 5 faiz azaldı

“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri cari rübün planşet bazarının nəticələrinin açıqlayıb


Lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hesablamalara əsasən, 2017-ci ilin iyun-sentyabr aylarında dünyada 44,6 milyon ədəd bu cür cihaz satışa çıxarılıb.
 
Nəzərə alsaq ki, 2016-cı ilin üçüncü rübündə tədarükün həcmi 46,9 milyon ədədə bərabər olub, o zaman demək olar ki, bir il ərzində planşet bazarı 5 faiz azalıb.
 
Sənayenin lideri “Apple” şirkətidir. Bir il ərzində bu şirkət tədarükünü 11 faiz artırıb və 9,3 milyon ədəddən 10,3 milyon ədədə çatdırıb. Bu da “Apple”in bazar payının 19,8 faizdən 23,1 faizə qədər artmasına səbəb olub.
 
İkinci yerdə yerləşən “Samsung” şirkətinin payı 14 faizdən 12,5 faizə qədər azalıb. Çünki Cənubi Koreya istehsalçısı bir ildə tədarükünü 6,6 milyon ədəddən 5,6 milyon ədəd planşetə qədər azaldıb.
 
Üçüncü yeri bir ildə tədarükünü 2,5 milyon ədəddən 3,2 milyon ədədə qədər artıran “Huawei” şirkəti tutur. Bunun nəticəsində şirkət bazar payını 5,4 faizdən 7,2 faizə qədər artıra bilib.
 
Dördüncü yerə “Strategy Analytics” şirkətinin analitikləri “Lenovo”nu qoyublar. Çin istehsalçısı ötən illə müqayisədə tədarükünü artırıb və 2,7 milyon ədəddən 3 milyon ədədə çatdırıb. Bu da “Lenovo”nun bazar payının 5,8 faizdən 6,7 faizədək artmasına səbəb olub.  
 
İlk beşliyi “Amazon” şirkəti qapayır. Bu şirkət müvafiq tədarükdə ən yüksək nəticəni nümayiş etdirib. Onun tədarükünün həcmi 2,0 milyon ədəddən 2,5 milyon ədədə çatıb. Rübün nəticələrinə görə, “Amazon”un bazar payı 5,6 faizə bərabər olub. Bir il öncə isə ən iri onlayn mağaza planşet bazarının 4,3 faizinə malik idi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar