Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Piyadaların üstünə su sıçradan sürücülər cərimə olunacaq


Kamran Əliyev: “Qəsdən su sıçradılmasına görə sürücülər 40 manat cərimə olunacaq”


Hava şəraitinin yağmurlu olması ilə əlaqədar Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib: Yağıntılı havada sürətlə hərəkət edən və piyadaların üstünə su sıçradan sürücülər cərimə olunacaq.

Bu məsələ ilə bağlı musavat.com-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, bu hal İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: “İXM-də küçələrdəki suyu, palçığı qəsdən piyadaların, digər avtomobillərin, binaların üzərinə sıçradan sürücülər barədə məsuliyyət nəzərdə tutulub. Burada ola bilər ki, sürücü bu əməli bilərəkdən etməsin. Əgər yolda hər hansı gölməçə varsa, sürücü bunun dərinliyini müəyyənləşdirməkdə çətinlik çəkirsə, təbii ki, bu halda məsuliyyət nəzərdə tutulmur. Ancaq sürət həddini azaltmaqla sürücülər daha ehtiyatlı davranmağa çalışmalıdırlar. Bəzən heç yolda piyada olmasa belə, qarşı tərəfdən gələn avtomobilin sürücüsü pəncərəni azca aşağı salıbsa, onun sifətinə də palçıq sıçraya bilər və qəza şəraitinin yaranmasına səbəb olar.

İnzibati Xətalar Məcəlləsinin 155.1.5-ci maddəsində də göstərilir ki, yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən su sıçradılmasına görə sürücülər 40 manat miqdarında cərimə olunurlar. Burada söhbət cərimədən yox, yol mədəniyyətdən gedir”.

Hüquqşünas Müzəffər Baxış da təsdiqlədi ki, İnzibati Xətalar Məcəlləsində bu kimi hallara qarşı məsuliyyət nəzərdə tutulub: “İstənilən halda, hava şəraiti yağmurlu olarkən sürücü sürəti hesablamalıdır ki, yoldakı su nə qədər ətrafa sıçraya bilər. Bu kimi hallara adətən, ara küçələrdə rast gəlinir. Qanunvericilikdə o da nəzərdə tutulub ki, ara küçələrdə sürət 20 km/saat-dan yüksək ola bilməz. Çünki orada yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilib ki, ara küçələrdə sürət həddi 20 km/saat-dan çox ola bilməz. Əgər sürücülər bu sürət həddinə riayət edərsə, nə piyadaların, nə də digər nəqliyyat vasitələrinin üzərinə palçıq sıçramaz”. Qeyd edək ki, bu kimi halların artmasının bir səbəbi bəzi sürücülərin yol mədəniyyətinin olmamasıdırsa, digər bir səbəbi də yolların pis vəziyyətdə olması və müasir tələblərə cavab verməməsidir. Bunu daha çox Bakının ara küçələri haqqında demək olar. Yollarda suötürücü qurğuların olmaması, kanalizasiya sisteminin işləməməsi, asfalt örtüyünün yararsız olması, yollarda çökəklərin çox olması yağıntı sularının yığılıb qalmasına, palçıq gölməçələrinin yaranmasına səbəb olur ki, bu da piyadaların ehtiyatsız sürücülərin qurbanına çevrilməsinə səbəb olur. Əgər normal yollar yoxdursa, sürücü addımbaşı yollardakı çuxurlara düşürsə, hansı məsuliyyətdən danışmaq olar?

Bəs görəsən, son illərdə Azərbaycanda yol infrastrukturuna xərclənən vəsait nə qədər olub və bununla belə, niyə yollardakı vəziyyət düzəlməyib?

İqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, son illərdə nəqliyyat infrastrukturuna milyonlarla manat vəsait ayrılsa da, hər hansı bir irəliləyiş əldə olunmayıb: “Son 10 ildə Azərbaycanda nəqliyyat infrastrukturuna 20 milyard dollar sərmayə qoyulub. Bu müddətdə ölkədə 9 mindən artıq avtomobil yolu qurulub və yenidən bərpa olunub. Nəqliyyat Nazirliyinin rəsmi məlumatında belə deyilir. Təbii ki, 20 milyard dollar balaca məbləğ deyil və bu pula ümumi uzunluğu 18 min 800 kilometr olan avtomobil yollarını Avropa standartlarına uyğun yenidən qurmaq olardı.

Ancaq yolların heç yarısı da yenidən qurulmayıb. Təmir edilən və yeni salınan yolların keyfiyyəti də Avropa standartlarından xeyli uzaqdır. Və mütəmadi olaraq yolların çökməsi, çat verməsi barədə mediada məlumatlar dərc edilir. Yolların təmir-tikintisinə xərclənən pullar bəzən fantastik həddə qədər şişirdilir. Ancaq Nəqliyyat Nazirliyi, eləcə də onun yol siyasətini həyata keçirən “Azəryolservis” ASC nəinki tənqidlərdən nəticə çıxarmır, əksinə, hətta vəziyyət günbəgün pisləşməkdədir.

Məsələnin başqa bir mənfi cəhəti odur ki, neft pulları azalmağa doğru gedir. Yəni yaxın 10 ildə yollara daha 20 milyard xərcləmək mümkün olmayacaq. Deməli, Azərbaycan yollarının Avropa standartlarına uyğunlaşdırmaq üçün zəruri vaxt və vəsait artıq yoxdur. Vəsaitlərdən səmərəsiz istifadə Azərbaycan üçün çox ciddi problemlər yaradır. Postneft dövrünə Azərbaycan öz yollarının ən azı yarısının bərbad durumda olması ilə daxil olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar