Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov Azərbaycanın prioritetlərini açıqlayıb


Azərbaycanın prioritetlərindən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir


Alman-Azərbaycan Xarici Ticarət Palatasından verilən məlumata görə, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") üzv şirkətlər üçün enerji mövzusuna həsr olunmuş ənənəvi “AHK-İmpuls” tədbirində fəxri qonaq qismində iştirak edən energetika naziri Pərviz Şahbazov deyib.

"Azərbaycanda enerjinin gələcəyi" adlı məruzə ilə çıxış edən Pərviz Şahbazov çıxışında diqqəti Azərbaycanın 1994-cü ildən etibarən həyata keçirdiyi enerji strategiyasına və onun nailiyyətlərinə yönəldib. O vurğulayıb ki, Azərbaycanın prioritetlərindən biri neft-kimya məhsullarının istehsalı və bu məhsulların ixrac potensialının genişləndirilməsidir.

Azərbaycanın elektroenergetika sektoru ilə bağlı siyasəti haqqında rəy bildirən nazir qeyd edib ki, elektroenergetika sahəsində yerinə yetirilməli olan vəzifələr sektorun müasirləşdirilməsi, səmərəliliyin və ekoloji tələblərin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, bu sahənin yerli və xarici investisiyalar üçün cəlbediciliyinin təmin olunmasıdır.

Nazir çıxışını enerji sahəsində həyata keçirilən cari islahatlar barədə rəy ilə yekunlaşdırıb. O, kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində energetika sektoru ilə bağlı müəyyən olunan islahat tədbirlərinin icrasının davam etdirildiyini və enerji bazarının liberallaşdırılması, elektrik enerjisinin istehsalı və istehlakı üçün rəqabətli mühitin yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayıb.

Sonra "Uniper Global Commodities SE" şirkətinin Xəzər regionu üzrə baş vitse-prezidenti Mixael Hilmer təqdimatla çıxış edib. M.Hilmer “Uniper” şirkətinin keçmiş və gələcək layihələri ilə bağlı və SOCAR ilə enerji səmərəliliyi üzrə yaradılan birgə müəssisə ilə 2016-cı ildən etibarən həyata keçirilən işlər haqqında iştirakçılara məlumat verib. O, şirkətin müxtəlif qurumlarla qurduğu əməkdaşlıq barədə danışıb və bu əməkdaşlığın mövcud əlaqələri daha da gücləndirəcəyini və yeni biznes imkanları yaradacağını vurğulayıb.

Tədbir şəbəkədaxili şam yeməyi ilə yekunlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar