Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Həşimlinin şikayətinə baxılacaq



Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin kassasiya şikayətinə noyabrın 12-də Ali Məhkəmədə baxılacaq


 Bu barədə Bizimyol.info saytına jurnalistin vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilimiş apellyasiya şikayəti üzrə ilkin baxış iclasında şikayətə məhkəmə istintaqı ilə baxılması, həbs-qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlər versələr də, məhkəmə təmin etməyib. Bu səbəbdən də Apellyasiya Məhkəməsinin ilkin baxış qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Ali Məhkəmənin qərarından sonra Bakı Apellyasiya Məhkəməsində baxış davam etdiriləcək. 

Vəkil Fariz Namazlı əlavə edib ki, Pərviz Həşimliyə Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə icazə verildiyi üçün, o, açıq görüş verilməsi üçün bir neçə dəfə müxtəlif instansiyalara müraciət etsə də, problem həllini tapmayıb. 

Pərviz Həşimli Təvəkkül Qurbanov adlı şəxslə 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar