Aprelin 15-dən jurnalist Pərviz Həşimli müddətsiz aclıq aksiyasına başlayıb
MTN-in istintaq təcridxanasında saxlanılan Pərviz Həşimli hüquqlarının pozulmasına etiraz edir.
Bu haqda AzadlıqRadiosuna vəkili Elçin Sadıqov məlumat verib.
Aprelin 15-də Pərviz Həşimli vəkili ilə görüşüb və bildirib ki, ötən gün məhkəmədə MTN istintaq təcridxanasında saxlanma şəraitindən şikayət etdiyinə görə ona təzyiq göstərilib:
«Ona hədə-qorxu gəliblər, karserə salmaqla hədələyiblər».