Xəbər xətti

24 FEVRAL

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu

10:47 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:42 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır

10:39 Dövlət qulluqçusu olmaq istəyənlərə müraciət

10:34 “Qarın yağmamasına səbəb ekoloji silahlardan istifadədir”

10:30 Mingəçevirdə idmançı qollarını doğradı

10:25 Bakıda keçmiş məhkumlar intihara cəhd göstəriblər

10:20 Vasif Talıbov gənclərin təqaüdünü artırıb

10:16 Atəşkəs 120 dəfə pozulub

10:12 “Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik”

10:09 Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

10:05 Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

10:00 Qarabağda yeni müharibə anonsu

0:50 Putin özünü partladan pilotu təltif etdi

0:21 Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi

0:09 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 FEVRAL

23:57 İsveçrədə silahlı insident: 2 ölü

23:49 Ayaz Mütəllibov: “Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”

23:35 ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq

23:24 Bakıda İran kinosu günlərinin açılışı oldu

23:10 Ağdamda ev yanıb külə döndü

22:58 Qvardiolanın şəxsi təyyarəsində axtarış

22:45 “Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir”

22:34 Məşhur teleaparıcı prezident seçkilərində iştirakını təkzib etdi

22:20 Cəlilabadda üç uşaq anası intihar edib

22:01 Somalinin paytaxtında iki partlayış baş verib, ölən və yaralananlar var - Yenilənib

21:52 Stiven Mnuçin: “Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik”

21:41 Dəməşqdə xəstəxana raket atəşinə tutuldu

21:30 Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

21:18 Marneulidə bomba həyəcanı yaşanıb

21:10 Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

20:59 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

20:44 “Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim”

20:29 Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu

20:13 ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

19:54 Novosibirskdə maşın insan kütləsinin yığışdığı yerə girdi - Ölənlər var

19:45 Yaponiya qarışdı: 2 fəal konsulluq binasına atəş açdı

19:40 Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

19:26 Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

19:20 “Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək”

19:14 Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün çox “isti” olacaq

19:06 Cəbhədə erməni hərbçisi yaralandı

18:56 Şəhriyar Məmmədyarovdan iddialı sözlər: “Tam başqa olacam”

18:50 Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb

18:43 Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

18:37 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

18:30 Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

18:23 Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

18:15 “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

18:10 Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

18:04 “Azercell” insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görülüb

18:01 Moldova prezidenti Azərbaycana gələcək

18:00 Ağıllı telefon satışı azalıb

17:55 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

17:50 Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

17:44 İnək futbolçunu zədələdi

17:39 Rusiya 200-dən artıq yeni silah növünü sınaqdan keçirib

17:34 Özbəkistanda keçmiş baş prokuror həbs olunub

17:28 “Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir”

17:22 Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

17:12 Yaponiyada Şimali Koreya vətəndaşlarına hücum edildi

17:09 Vaşinqton: “Türkiyə ilə münasibətlərimizdən əminik”

17:04 Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

16:58 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:53 Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu:

16:48 Cavan qan qocalığı dayandırır

16:42 Axtarışda olan biznesmen həbs edilib

16:38 “Öz oyunu”nu oynayan Almanya - Təhlil

16:35 Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

16:32 Bakıda intihar etmək istəyən gənc komaya düşüb

16:27 Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

16:22 Kadir İnanır əməliyyata hazırlaşır



MÜSAHİBƏ

...

Pərvin Abbasov: “Heç vaxt məşhurlaşmaq dərdim olmayıb”

Tarix 12.12.17, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Mediada bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar


Yəni çox iş görürlər, amma az tanınırlar... Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də “Report” İnformasiya Agentliyində daxili siyasət şöbəsinin redaktoru Pərvin Abbasovdur.

Modern.az saytının “Gözəgörünməz adam” rubrikasında onunla həmsöhbət olduq.

- Pərvin müəllim, öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi?

- 1982-ci il mayın 1-də Cəlilabad rayonunun Günəşli kəndində ziyalı ailəsində anadan olmuşam. 1988-1999-cu illərdə Günəşli kənd 1 saylı  orta məktəbdə oxumuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 2003-cü ildə  eyni ixtisas üzrə BDU-nun magistratura pilləsinə qəbul olundum və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. 2000-ci ildən etibarən mətbuatda yazılarım çap olunmağa başlayıb. 2003-cü ildən bu günə qədər davamlı olaraq mətbuatdayam. 

2003-2005-ci illərdə  “Vətəndaş Həmrəyliyi”, 2005-2008-ci illərdə “Xalq Cəbhəsi” qəzetində, 2008-2010-cu illərdə “Lent.az” saytında, 2012-ci ilin axırına qədər APA informasiya agentliyində işləmişəm. 2013-cü ildən 2014-cü ilin iyun ayınadək Azərbaycan Hüquqşünasları Konfederasiyasının  mətbuat katibi, eyni zamanda “Femida.az”  saytının redaktoru olmuşam. 2014-cü il iyun-iyul ayında qısa müddətli “Qafqazinfo” saytında fəaliyyət göstərmişəm. 2014-cü ilin avqustun 1-dən indiyədək isə “Report” informasiya agentliyində daxili siyasət şöbəsinin redaktoruyam.
Ailəliyəm, iki oğlum var. Biri 5 yaşındadır və məktəbəqədər hazırlığa gedir. Kiçik oğlumun 2 yaşı var. Həyat yoldaşım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, müəllim işləyirdi, hazırda çalışmır.

- Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz, amma jurnalist kimi fəaliyyət göstərirsiniz...

- Bizim təhsil müstəqilliyin ilk illərinə düşdü. O vaxt xüsusilə kənd yerlərində təhsil bir qədər zəif idi. Humanitar sahəyə marağım var idi, ancaq bu sahə üzrə yaxşı müəllimlər olsa da, onlar repetitorluq etmirdi. Dəqiq elmlər üzrə ali məktəbə daxil olmaq imkanı isə fərqliydi. Çünki məktəbimizdə riyaziyyat müəllimi uşaqları ali məktəbə hazırlaşdırırdı. Digər tərəfdən uşaqlıqdan riyaziyyat fənnini sevirdim. Nəticədə, bu istiqamətdə ali məktəbə hazırlaşıb daxil oldum. 
Qəzetlə ilk tanışlığım isə birinci sinifdən başlayıb.  Həmin vaxtlar atam sovxozun mühasibi işləyirdi. “Kommunist” qəzeti,  “Azərbaycan qadını” jurnalına abunə idik. Sonrakı illərdə “Gənclik” jurnalı da alırdıq. Bizim evdə bir qayda var idi, qəzetləri yığırdıq və heç birini atmırdıq. O zaman yığılan qəzetləri bir-bir oxuyurdum. Düzdür, sovet dövründə qəzetlərdə dərc olunan məqalələr dar çərçivəli idi, amma nəsə öyrənməyə cəhd edirdim. Eyni zamanda müstəqillik illərinin “Səhər”, “Azadlıq”, “Müsavat” kimi qəzetlərini uşaqlıqdan oxuyurdum. Yazılanları tam dərk etməsəm də, marağım var idi. Qəzetlərin tirajı, baş redaktoru, məsul katibi ilə maraqlanırdım. Bunların nə demək olduğunu mənə dəqiqliklə deyəcək bir tanış olmasa da, özümdə təsəvvürlər yaradırdım. Məsələn, məsul katibi vəzifəsi marağımı daha çox cəlb edirdi və fikirlərşirdim ki, qəzetin bütün yükü bu şəxsin üzərindədir. Həmçinin, uşaqlıqdan bədii ədəbiyyat oxumağımın da jurnalistikanı seçməkdə rolu olub. Məndə bədii ədəbiyyata marağı isə anam oyadıb. O, kitab, xüsusilə də bədii ədəbiyyat oxumağı çox sevir. Mən qəzetlərlə yanaşı, həm də kitabların içində böyümüşəm. Kənddəki evimizdə çoxlu kitab var.
Hə, onu da deyim ki, ötən illərdə jurnalistlər üçün keçirilən xeyli sayda təlim və seminarlarda iştirak etmişəm. Yəni, bu istiqamət üzrə təhsil də almışam.

- Bəs “Report” informasiya agentliyi ilə yolunuz necə birləşdi?

- “Xalq Cəbhəsi” qəzetində işləyəndə getdiyimiz tədbirlərdən Murad Əliyevi tanıyırdım. 10 ildən çoxdur ki, tanışıq. Mən APA informasiya agentliyində çalışanda o da “Trend” agentliyində idi. Hər ikimiz də parlament müxbiri kimi fəaliyyət göstərirdik. Münasibətimiz həmişə yaxşı olub və bir-birimizin bacarığına bələd idik, bir-birimizi bacarıqlı jurnaist kimi tanıyırdıq.Yəqin ki, məhz buna görə məni “Report”a çağırdı.

- Bundan öncə qəzetlərdə, saytda çalışmısınız. Maraqlıdır, agentliyi digər media qurumlarından nələr fərqləndirir?

- Azərbaycanda agentliklərin xarici xəbərləri çıxmaq şərtilə daha çox öz informasiyaları, özlərinin istehsal etdiyi xəbərləri olur. Düzdür, bəzi agentliklər buna əməl etmir. Başqa xüsusiyyətlər də var.

- O zaman “Report”un özünəməxsus xəbər mənbələri də var...

- Əlbəttə. Ümumiyyətlə, jurnalistin ən böyük silahı onun mənbələridir. “Report” agentliyində də müxbirlərimizin daim çalışdığı şəxslər var. Sizə deyim ki, onların kim olduğunu mən də bilmirəm. Çünki özüm onlara demişəm ki, mənbələrinizi heç mənə də deməyin.

- “Report”un 3 yaşı olsa da, adı APA, “Trend” kimi uzun müddətdir fəaliyyət göstərən agentliklərlə bir sırada çəkilir. Qısa müddətdə uğur əldə etməyinizin özəl formulu nədir?

- Bunun özəl formulunun bir hissəsini deyə bilərəm. Amma digər hissəsini yəqin ki, 10-15 ildən sonra demək olar. Uğur əldə etməyimizin əsas səbəbi ilk növbədə “Report”dakı ab-hava ilə bağlıdır. Bu da yaxşı rəhbərlikdən, baş redaktordan və bacarıqlı işçilərdən irəli gələn bir şeydir. Digər tərəfdən burada rəqabət mühiti formalaşıb. “Report” yeni yaranan vaxtlarda redaktor olaraq müxbirlərə “niyə filan xəbəri birinci xəbəri sən verməmisən” deyirdik. Amma indi deməyə ehtiyac olmur, çünki müxbirlər bu sualı özlərinə verirlər. Biz bunu az-az deyirik.

- Adətən “sürətlə qalxan, sürətlə düşər” deyirlər. Belə sürətli inkişaf sizi qorxutmur ki?

- Xeyr. Kəskin nəsə baş verərsə, sürətlə düşmək olar. Tənbəllik eləmirik, daim dinamika var. Kəskin bir amil də yoxdur ki, düşək.

- Bəzən xəbər yayımlanandan müəyyən müddət sonra haralardansa zəng edirlər ki, filan xəbəri çıxarın. Sizcə hansı hallarda xəbər saytdan çıxarıla bilər? Yaxud artıq yayımlanmış xəbəri çıxarmaq düzgündürmü?

- Saytda yerləşdirilən xəbərin çıxarılması düzgün deyil. Zənglər çox olur. Bir müddət əvvəl vəzifəli şəxs açıq söhbət əsnasında uşaqlardan birinə məlumat vermişdi. Həmin adam onun jurnalist olduğunu və bunun yazmaq üçün soruşulduğunu bilir, amma adının çəkilməsini istəmirdi. Lakin o şəxs xəbərin böyük ajiotaj doğura biləcəyini düşünməmişdi. Xəbər veriləndən sonra zəng edib çıxarılmasını istədi. Təbii ki, biz o xəbəri  çıxarmadıq. Xəbərin çıxarılması  imicə mənfi təsir göstərir. 

- Medianın digər  problemlərindən biri istinaddır. Siz  özünüz də sosial şəbəkədə dəfələrlə bu cür halları vurğulamısınız...

- Bilirsiniz, xəbər götürülürsə, mütləq istinad olmalıdır. Bu, ən adi xəbərdən tutmuş, vacib xəbərlərə qədər hamısına aiddir. Məsələn, prezidentin sərəncamları, fərmanları, yaxud Nazirlər Kabinetetinin qərarları dərc olunur. Mən bilirəm ki, Azərbaycan mətbuatında bu sərəncam, fərmanları, qərarları xəbər halına sala biləcək  dörd-beş nəfər var. Amma həmin xəbərlərə bütün saytlarda, əksər hallarda istinadsız rast gəlmək olur.

- Həmin bacarıqlı dörd-beş nəfər kimlərdir?

- Ad çəkmək istəmirəm, amma var. Prezidentin elə fərman və sərəncamları, yaxud Milli Məclisə daxil olmuş elə qanun layihələri olur ki, bəzən biz onun mahiyyəti ilə əlaqədar hüquqşünaslarla məsləhətləşirik. Hətta bir yox, bir neçə hüquqşünasla. Kimsə həmin xəbəri “filan saytın verdiyi məlumata görə” adı ilə götürüb yayımlayır. Halbuki, bunun üstündə ciddi zəhmət var. Tək bizdən yox, bizim rəqiblərdən də bu cür xəbərləri götürüb istinadsız yayırlar.

- Bəzən istinad etsələr də, saytın adını elə bir yerdə yazırlar ki, bəlkə istinad etməsəydilər ondan yaxşıdır...

- Bir sıra saytlar istinadı göstərsə də, bunu küncə yazmaqla edir. Təbii ki, bu istinad da tam qəbulolunan deyil. İstinadla bağlı problemləri bir çox hallarda çalışırıq saytlarla öz aramızda həll edək. Amma bəzən o qədər önəmli xəbər olur ki, adam dözmür. Biz əsasən vacib xəbərlərin “davasını” edirik, hər xəbərin dalınca düşmürük. Çünki saytların da sayı çoxdur və fiziki olaraq da çatdırmaq mümkün deyil. Amma imkan düşdükcə, özlərinə deyirik.

- İstinad etməmək məsələsi xüsusilə televiziyalarda daha çox müşahidə edilir.

- İstinad  məsələsini sıralama ilə götürsək, saytlar nisbətən daha çox istinad edir, radiolar onlardan az istinad edir, televiziyalar isə demək olar ki, istinad etmir, daha doğrusu, nadir hallarda edir. Hər gün işə gələndə “Report”un  xəbərlərini 106.3 radiosunda eşidirəm. Sağ olsunlar, səhər xəbərlərində bir-iki xəbərimizi istinadla verirlər. Həmçinin “Radio Antenn 101 FM” də xəbərlərimizdən istinadla istifadə edir. Digər radiolardan xəbərim yoxdur. Ümumilikdə isə bilirəm ki, radiolar bir sıra hallarda xəbərləri istinad etmədən yayır.

- Dediyiniz kimi, saytların sayı çoxdur və hamısı ilə mübarizə aparmağa heç fiziki güc də çatmaz. Amma televiziyaların sayı o qədər də çox deyil. Bu baxımdan necə düşünürsünüz, onlarla mübarizə aparmaq mümkündürmü?

- Mübarizə aparmaq olar. Amma niyə mübarizə aparılmır? Çünki Azərbaycanda balaca ölkədir, hamı bir-birini tanıyır. Həm də, daha ciddi problemlər var ki, adamlar istinaddan daha çox o məsələlərlə məşğul olur.

- İstərdim qeyd etdiyiniz tanışlıq məsələsinə toxunum. Jurnalistika elə bir sahədir ki, burada bir-biri tanımayan demək olar ki, yoxdur. Bu cür hal sizə nə vaxtsa problem yaradıbmı?

- Əlbəttə, çox olub.  Tutaq ki, hansısa qurumda neqativ bir hadisə olub. Həmin qurumda da sənin tanışın, yaxud tanışının yaxını işləyir. Xəbər yayımlanan kimi zəng vurub narazılığını bildirir, yaxud xəbərin çıxarılmasını xahiş edir. Belə olanda bilmirsən, nə deyəsən.

- “Report” agentliyi  hansı tanınmış imzaların ilk iş yeri olub?

- Aynur Osmanqızının mətbuatda ilk iş yeri “Report” olub. Hazırda imzası tanınır, bacarıqlı əməkdaşlarımızdan biridir. İsmayıl Nəsiblinin isə ilk iş yeri bura deyil, amma onu biz kəşf etmişik. Uzun müddətdir, məhkəmə müxbiri axtarırdıq. Baxmayaraq ki, İsmayıl idman sahəsində işləyirdi, biz onu məhkəmə müxbiri edə bildik.  Hazırda İsmayıl ən yaxşı 3-4 məhkəmə müxbirindən biridir.
Elə əməkdaşlarımız da var ki, ilk iş yerləri bura olmasa da, imzaları tanınır. Məsələn, İlkin Pirəli çox yaxşı parlament müxbiridir, Nazirlər Kabinetinin qəralarını, qanun layihələri ilə bağlı xəbərləri çox yaxşı hazırlayır, müsahibələri, xəbərləri elə yazır ki, demək olar redaktəyə ehtiyacı olmur. Samirə Abdullayeva da bacarıqlı əməkdaşlarımızdandır, onun spesifik xüsusiyyəti çox sürətli yazmağındadı. Nurlan Məmmədov bizə qədər televziyada işləyib, “Report” onun çalışdığı ilk informasiya agentliyidir. O, televiziya tamaşaçılarına yaxşı tanış olsa da, imzası bizdə parladı.

- Ümumiyyətlə, ölkədəki gənc jurnalistlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Qənaətbəxşdirmi?

- Azərbaycan gəncliyi necədirsə, gənc jurnalistlərimiz bunun nisbətən önündədir. Ümumiyyətlə mətbuat sənlik deyilsə, bu sahədən çıxıb getməlisən. Bu, təkcə jurnalistikaya deyil, digər sahələrə də aiddir. Şəxsən mən bu sahəni sevdiyimə görə uğur qazanmışam. Təbii ki, bunda əməyi olan insanlar var. Yəni, onlardan öyrənmişəm. Əslində, o adamlar mənə və ya sənə xüsusi heç nə demir. Hər şey insanın özündən asılıdır. Məni mətbuata birinci dəfə İbrahim Quliyev - Bakı Slavyan Universitetinin hazırkı mətbuat katibi - gətirib. Həmçinin jurnalistikanı Nurşən Quliyev, Qabil Abbasoğlu, Elçin Mirzəbəyli,  Elbrus Ərud, Cavanşir Həsənli və başqalarından öyrənmişəm. Əgər görsəydim ki, alınmır, mətbuatda qalmazdım.

Digər tərəfdən, gənc jurnalistlərə məsləhət görərdim ki, sosial şəbəkədə az status yazsınlar. Bunun əvəzinə xəbər yazsınlar. Çoxlu kitab oxusunlar, kinolara baxsınlar. Ümumiyyətlə, jurnalistin status yazması mübahisəli məsələdir. Tutaq ki, siz səhər duranda qonşuda evin yandığını görürsünüz və bununla bağlı status yazırsınız. Halbuki, məlumatı birinci redaksiyaya deməlisiniz. Status yazmaq istəyirsinizsə, xəbər hazır olandan və saytda çıxandan sonra paylaşa bilərsən.

- Yəni, jurnalistin sosial şəbəkələrdəki fəaliyyəti birbaşa işi ilə bağlı olmalıdır?

- Bayaq dediyim kimi, jurnalistin status yazması mübahisəli məsələdir. Təəssüf ki, əksər redaksiyalarda etik davranış kodeksi yoxdur. Dünyanın böyük redaksiyalarında bu var və sosial şəbəkə məsələsi də kodeksdə qeyd olunur. Sosial şəbəkələrlə bağlı müddəalar olmalıdır. Məsələn, jurnalistin statusunda kimisə tərifləməyi və ya tənqid etməyi nə qədər düzgündür? Amma bununla yanaşı, jurnalist həm də insandır, digərləri kimi sosial şəbəkə istifadəçisidir. Yəni mən “jurnalist status yaza bilməz” demirəm. Amma mübahisəli məsələ olduğunu düşünürəm. Azərbaycan mətbuatında elə adamlar tanıyıram ki, xəbəri redaksiyaya verməzdən status kimi yazır. Ya da tutaq ki, jurnalist iş vaxtı sosial şəbəkə hesabından harada olduğunu qeyd edir. Xəbər onun çalışdığı saytda çıxana kimi, həmin yerə 10-15 jurnalist gedir və xəbər də adiləşir. Halbuki, bunu eksklüziv xəbər kimi təqdim etmək olardı.

- Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır?

- Mənim heç vaxt məşhurlaşmaq dərdim olmayıb. Müəyyən qisim adamlar – ictimai xadimlər, o cümlədən ziyalılar, deputatlar və başqaları - məni tanıyırlar. Məşhurlaşmaq istəsəydim, yəqin ki, televiziyada işləyərdim. Mənə “Report”dan əvvəl də, burda işləyəndə də televiziyadan təklif gəlib, amma getməmişəm. Orada olsam belə, redaktor kimi çalışaram. Hansısa verilişin aparıcısı olmaq mənlik deyil. Həm də məşhur olanda şəhərdə rahat gəzmək də olmur.

- Pərvin Abbasov ailə başçısı  və iş yoldaşı kimi necə biridir? Çox zaman hər iki obraz üst-üstə düşmür.

- Təbii ki, adam işdə və evdə fərqli olur. Əksər hallarda evə yorğun gedirsən. Amma uşaqları görəndə yorğunluğu unudursan. “Onlayn” mətbuat çox stresli sahədir. Bizdə sırf xəbər istehsalıdır deyə, çox yoruluruq. Amma işdə çalışırıq ki, müəyyən zarafatlarla bunu aradan qaldıraq. İşin gərginliyini isə evə aparmaq olmaz.

- Yaşlı jurnalistikanın nümayəndələri “jurnalist yerində durmaz, ora-bura qaçar” deyirlər... İndi isə ofis jurnalistikası formalaşıb.  Buna münasibətiniz necədir?

- Önəmli bir hadisə olubsa, ora getmək lazımdır. Məsələn, Binəqədidəki yanğın vaxtı demək olar ki, bütün redaksiya onunla məşğul idi. Hadisə yerinə iki müxbir və iki fotoqraf göndərmişdik, eyni zamanda ofisdəkilər də müvafiq yerlərə zəng vurub xəbər alırdılar.
Redaksiyada da oturub xəbərlər yazmaq olar. Jurnalist həm də tədbirlərə getməlidir. Bu, jurnalistin işlədiyi sahədən də aslıdır. Jurnalist hətta ən mənasız tədbirlərdən belə maraqlı xəbər, hətta yeni mənbə əldə edə bilər. O, həm ofisdə oturmalı, həm də kənara çıxmalıdır. Yəni uyğun vaxtda uyğun yerdə olmalıdır.
 
- “Kaş jurnalistikada yox, mexanika-riyaziyyat üzrə çalışardım” dediyiniz vaxtlar olubmu?

- Riyaziyyatı çox sevirəm, amma elə vaxtlar olmayıb. Heç vaxt bezməmisəm. Sadəcə, bütün günü informasiya içində olmaq adamın əsəblərini gərir. İntiharlar, qətllər, oğurluqlar –informasiya bolluğu insana pis təsir edir. Hətta qətl, intihar kimi hadisələr artıq təəccüb doğurmur. Belə xəbərlərin adiləşməyi yaxşı hal deyil. Hər bir xəbərin arxasında bir, yaxud bir neçə insan taleyi yatır. Bunları da çox fikirləşirəm.

- Adətən jurnalistikaya qeyri-ixtisasdan gələnləri qınayırlar və hətta jurnalistikadakı problemləri də bununla əlaqələndirirlər. Siz necə düşünürsünüz?

- “Mətbuatın bu gündə olmağının günahı qeyri-ixtisasdan gələnlərdədir” deyənlərin  əksəriyyəri ümumiyyətlə danışmaqla məşğul olanlar, xəbərin, xəbər istehsalı prosesinin nə olduğunu bilməyən adamlardır. Ümumiyyətlə, jurnalistikadan  bir çox hallarda bu sahəyə aidiyyatı olmayan adamlar danışır. Mətbuatın içində olanlar adətən işləri ilə məşğuldurlar. Məsələn, mən ayda-ildə bir dəfə hansısa sayta açıqlama verərəm. Səhərdən axşama qədər çalışıram. Jurnalistikanın indiki vəziyyətdə olmağının isə xüsusi bir səbəbi də yoxdur. Cəmiyyət necədirsə, jurnalistika da elədir.

- Necə düşünürsünüz, Azərbaycan mətbuatında əsas problem nələrlə bağlıdır?

- Mətbuatımızda iqtisadiyyat sahəsində, xüsusilə maliyyə sektorunda boşluqlar var. Kriminal, məhkəmə sahəsində yaxşı jurnalistlər azdır.  Dini sahədə jurnalistlər olsa da, sayı çox deyil.

- Sizcə “Report”un rəqibləri  kimlərdir?

- Xüsusi ad çəkməyə ehtiyac yoxdur. Təbii, hər xəbər istehsal edən qurum digərinə rəqibdir. Əsas odur ki, rəqiblərə hörmətlə yanaşırıq.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru