Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Perinçek Baxçalıya: “İranda azərbaycanlılar “bozqurd” işarətləri ilə küçələrə çıxıb...”

Türkiyədə solçu və beynəlmiləlçi Vətən Partiyasının başqanı Doğu Perçinçek İranda ötən il dekabrın 28-dən başlayan etirazların Türkiyə üçün təhdid olduğunu bildirib


Türkiyə KİV-ləri xəbər verir ki, Perinçek azərbaycanlıların da bu aksiyalara qoşulduğu haqda məlumatlar aldığını bildirərək MHP başqanı Dövlət Baxçalını baş verənlərə müdaxilə etməyə çağırıb.

“Müxtəlif mənbələrdən bir-birinin ardınca gələn məlumatlara görə İranda “Güney Azərbaycan Hərəkat Partiyası” adlı təşkilat bu etiraz aksiyalarına dəstək verir. “Bozqurd” işarətləri verən nümayişçilər İran hökumətini hədəf alır və separatçı şüarlar səsləndirir. ABŞ-a bağlı olması ilə tanınan bu partiya afişalar və şüarlar çap edib, divarlara yapışdırıb. Afişalardakı üzübağlı terrorçunun beretinin üzərində ay-ulduz təsvir olunub. İran düşməni türkçülük ola bilərmi? Türkiyə düşməni türkçülük olsa İran düşməni türkçülük də olar. Dövlət Baxçalıdan gözlədiyimiz budur ki, İranda “bozqurd” işarəti verən fitnəçilərə qarşı mövqeyini ortaya qoysun”-Perinçek bildirib.

Xatırladaq ki, son məlumatlara görə İranda etirazlar və iğtişaşlar səngiyib. Təhlükəsizlik Şurasının rəhbəri general Əli Şamxani ölkədə xarici qüvvələr tərəfindən dəstəklənən üsyanın yatırıldığını elan edib. Bu aksiyalarda Cənubi Azərbaycan şəhərlərinin iştirakına dair ziddiyətli məlumatlar gəlirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Marağa şəhərində minlərlə azərbaycanlı küçələrə çıxıb və İran hakimiyyətinə qarşı şüarlar səsləndirib. Lakin Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlı mühacir hərəkat bildirib ki, azərbaycanlılar İrandakı etirazlara dəstək vermir.Virtualaz.org 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar