Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun İraq və Suriyada məsrəfləri: Torba-torba pul nəyə xərclənir?

Pentaqon büdcəsini açıqlayıb. Hər iki ölkədə İŞİD-i məğlub olmasına baxmayaraq, o, İraq və Suriyada 6 min ABŞ əsgərinin saxlanılmasını nəzərdə tutur


ABŞ ordusunun 2019-cu maliyyə ilində anti-İŞİD koalisiyasını dəstəkləmə kampaniyası üçün 15.3 milyard dollar tələb olunub. Bu kampaniya oktyabrın 1-dən başlayır.

Birləşmiş Ştatların müttəfiqlərini hazırlamaq və təchiz etməyə 1,4 milyard dollar, o cümlədən İraq ordusu üçün 850 milyon dollar və kürd peşmərgə, habelə kürd rəhbərliyi ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) üçün 300 milyon dollar və sərhəd təhlükəsizliyi üçün 250 milyon dollar xərclənəcək. Cari maliyyə ili üçün isə 2 milyard dollardan çox vəsait tələb olunub.

İraqSuriyadakı ABŞ qoşunlarının maliyyələşdirilməsinə son üç maliyyə ilində xərclənən vəsaitin miqdarı dəyişməz qalıb. Birləşmiş Ştatların İraqda təxminən 5.200 əsgəri var. Suriyada, əsasən Fərat çayının şərq vadisini İŞİD-dən təmizləmək üçün əməliyyatlara 2 minlik qüvvə cəlb edilib.

Pentaqon sözçüsü Adrian Rankin-Qallouey "Al-Monitor"-a bildirib ki, ABŞ-ın İraqdakı əsgərləri artilleriya və digər birliklərdən ayrılıb.

ABŞ hərbçiləri artıq təsdiqləyib ki, may ayında keçiriləcək parlament seçkilərindən qabaq İraqdakı qoşunların bir hissəsi çıxarılır.

Noyabr ayında Raqqanın – keçmiş İŞİD “paytaxtı”nın azad edilməsinə kömək edən 400-dən çox ABŞ dənizçisi Suriyadan çıxarılıb. Lakin dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ bu ölkədə təxmin edilən 125.000 İran əsgərinə qarşı müttəfiq, kürd rəhbərliyindəki SDQ-yə kömək üçün Suriyanın şimal-şərqində mövcudluğunu saxlayacaq.

Birləşmiş Ştatlar 2015-ci ildən etibarən SDQ-nin 11 mindən çox üzvünə təlim keçib.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis deyib: "Sərhədin İraq tərəfində İŞİD hər şeyi itirərək Suriyaya meyllənib”.

İraq və suriyalı qüvvələrin təlimi və təchizatını maliyyələşdirmək üçün tələb olunan vəsait əslində, 17%-dən çox azaldılıb. ABŞ ordusu İordaniya, Livan və digər ölkələrdəki sərhədlərin mühafizəsi üçün mövcud İraq döyüş sahəsini tərk edir.

Birləşmiş Ştatların 2014-cü ildə İraqa dönməsindən bəri 127 min İraq Təhlükəsizlik Qüvvələri üzvü təlim alıb. ABŞ təlim proqramı üçün maliyyələşdirməni 1,3 milyarddan 850 milyon dollara endirmək istəyir. Bağdaddakı ABŞ səfirliyində “Təhlükəsizlik Əməkdaşlıq Ofisi-İraq” üçün xərclənən 45 milyon dollar vəsait də bura daxildir.

Büdcədə döyüşdə istifadə edilmiş sursatın boşalmış yerini doldurmaq üçün ABŞ əsgərlərinə 10,9 milyard dollarlıq tədarük də tələb olunur. Pentaqon bu sursatları keçən il Mosulun azad edilməsində istifadə edib.
 
Cek Detş

“Al-Monitor”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar