Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmətdən Taleh Bağırovun ittihamlarına cavab


“O, ailə üzvləri və yaxınları ilə qanunda nəzərdə tutulmuş qaydada görüşür, sovqat alır, telefon danışıqlarından istifadə edir”


Həbsdəki ilahiyyatçı, vicdan məhbusu Taleh Bağırovun məhbəsdə təzyiqlərlə üzləşdiyi haqda mətbuatda xəbərlər gedib. O, saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində ciddi təzyiqlərlə üzləşmədi haqda avqustun 27-də mediaya müraciət yollayıb. T.Bağırov ailə üzvləri ilə görüşlərinə maneələr yaradıldığını, hər ay qanuni görüş hüququnun məhdudlaşdırıldığını bildirib. 

T.Bağırv mediaya müraciətində onu da bildirib ki, sonuncu dəfə həbsxana rəisinin göstərişi ilə onunla görüşə gedən yaxınları geri qaytarılıb.  

İlahiyyatçı “içəridən” mətbuata müraciətində deyib: “Azərbaycan həbsxanalarında məhbuslara qarşı münasibət, Penitensiar Xidmət qulluqçularının onlarla davranış tərzi hamıya bəllidir. Onların gözündə məhbus, sanki Kəlbəcərdə ələ keçirilmiş erməni diversantıdır. Fərz edək ki, hansısa məhbus həqiqətən də cinayət əməli törədib və öz cəzasını alıb. Amma bu, heç bir halda onun öz insani və qanuni haqlarından məhrum edilməsinə səbəb ola bilməz”. 

T.Bağırov yazır ki, hazırda saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən hüquqları məhdudlaşdırılır: “Qanunla icazə verilsə də, yaxınlarımla görüşümə icazə verilmir, hətta bəzən evdən gətirilən sovqatı belə güc-bəla ilə qəbul edirlər. Müəssisənin rəhbəri Rauf Məmmədov bunu Prezident Administrasiyası, MTN və Penitensiar Xidmət rəhbərliyi tərəfindən verilən sifarişlə əlaqəli olduğunu bildirir və beləcə məsuliyyəti öz üzərindən atmaq istəyir”.

Taleh Bağırovun yaxın dostu Ramin Cəfərov ilahiyyatçının dediklərini təsdiq etdi: “Taleh bəylə görüşə ayda bir dəfə icazə verilir. Ona da ciddi problemlər yaradılır. Yaxınları görüşə gedib. Rəis özündən arxayın vəziyyətdə deyib ki, kimi buraxıb-buraxmayacağım mənə məxsus işdir. Amma qanun məhbusun yaxınları ilə görüşə icazə verir. Taleh bəy ilk vaxtlardan həbs ediləndə, onunla görüş üçün bir adamın adı yazılıb. İndi yalnız onu içəri buraxırlar. Bunlar qanunsuzluqdur. Bu cür təzyiqlərin səbəbi bizə məlum deyil. Amma Bakı İstintaq Təcridxanasında belə problemlər olmamışdı. Bütün bunlar həbsxana rəisinin özbaşınalığından irəli gəlir. Güman etmirəm ki, hökumət tərəfindən xüsusi bir tapşırıq olsun. Saxlandığı yerdən heç bir narazılığı yoxdur. Bir iş var ki, çətinliyi olsa belə, Taleh bəy heç zaman deməz. Amma indi vəziyyət o yerə çatıb ki, bu insan dilə gəlib. Açığı onun təkadamlıq kameraya salınmasından narahatıq. Çünki dünən çox əsəbi idi”.
Ramin Cəfərov dedi ki, ola bilsin ki, müraciətindən sonra T.Bağırova qarşı türmədə təzyiqlər daha da artsın. 

Suallarımızı cavablandıran Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi vicdan məhbusunun səsləndirdiyi iddiaları əsassız saydı: “Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Taleh Bağırovun saxlanma şəraiti ilə bağlı ünvanladığınız suala cavab olaraq bildiririk ki, bütün cəza çəkənlər kimi Taleh Bağırov da AR-nın Cəzaların İcrası Məcəlləsi və Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydaları ilə azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulan bütün hüquqlardan tam istifadə edir və onun müəssisədə saxlanma şəraiti digər məhkumların saxlanma şəraitindən heç nə ilə fərqlənmir. Taleh Bağırovun hüquqlarının guya müəssisə rəhbərliyi tərəfindən məhdudlaşdırılması ilə bağlı iddialar tamamilə əsassızdır. O, ailə üzvləri və yaxınları ilə qanunda nəzərdə tutulmuş qaydada görüşür, sovqat alır və telefon danışıqlarından istifadə edir”.

Qeyd edək ki, Taleh Bağırov 2013-cü il martın 31-də həbs olunub. Ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb və barəsində iki il azadlıqdan məhrumetmə cəzası verilib. Bir qədər əvvəl isə məhkəmə kameradan T.Bağırova məxsus olduğu deyilən mobil telefon tapıldığı üçün onun həbs müddətini daha 4 ay artırıb. T.Bağırov Avropa Şurası tərəfindən vicdan məhbusu kimi tanınıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar