rezonans

Xəbər xətti

22 İYUN

0:59 Həkimlər “Yaşamayacaqsan“ demişdi - Dünya üçüncüsü oldu

0:47 “Qarabağ” axtardığı qapıçını İtaliyada tapdı

0:34 “Facebook” qruplara üzvlük ödənişli ola bilər

0:21 “İngiltərə qalib gələrsə, verilişə lüt çıxacam” - Aparıcı söz verdi

0:13 Buffonun bir ayağı PSJ-də

21 İYUN

23:59 Ermənistan məktəblərini korrupsiya bürüyüb

23:54 Naxçıvan əhalisinin sayı artıb

23:48 Fələstin daha bir təşkilata üzv oldu

23:42 Bakıda qayda pozan yol polisi cəzalandırıldı - Video

23:36 Mahaçqalada atışma zamanı bir nəfər ölüb

23:30 “Miss Britaniya”nın meyiti tapılıb

23:24 Gürcüstanda daha 3 nazirlik ləğv olunacaq

23:18 Bu günün işi, 47 il sonranın yazısı... - Elçin Mirzəbəylinin qeydləri

23:12 Qardaş qardaşı bıçaqladı

23:06 Türkiyədə gecə klubunda atışma olub, ölənlər və yaralananlar var

23:00 Ölkənin qızıl-gümüş bazarında qiymətlər düşür

22:55 Paşinyana qarşı qaldırılmış cinayət işi bağlandı

22:49 Rio-de-Janeyroda polisin keçirdiyi əməliyyat zamanı 6 nəfər öldürülüb

22:43 Sevinc ərə getmədiyini belə təsdiqlədi - Video

22:37 Azərbaycanda narkomanlar arasında yeniyetmələr və azyaşlılar da var

22:31 Ərdoğandan etiraf:16 ildə bunu edə bilmədik

22:25 Şəmkirdə musiqiçilər qəzaya düşdü

22:19 Bu şirkət 18 min dollar maaş təklif edir

22:13 Mun Ce-in: KXDR tam nüvəsizləşdirmə üzrə real tədbirlər görür

22:07 Gədəbəydə avtomobil yolları yenidən qurulur - Video

22:01 Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

21:56 Sarkisyanın qohumlarının biznes-imperiyalarında yoxlamalar aparılır

21:50 DÇ 2018: Fransa - Peru qarşılaşması - Fransa qalib gəldi

21:44 “Araz” Supermarketlər Şəbəkəsi işçisinin qətli ilə bağlı məlumat yayıb

21:38 10 yaşlı azərbaycanlı istedadı ilə dünyanı heyran edir - Fotoar

21:32 Bakıda tələbəni döyüb, öldürən şəxslərə hökm oxunub

21:26 Türkiyə ilk “F-35”i təhvil aldı

21:20 Baş katib: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”

21:14 Pambıqçıların zəhərlənməsinə görə cinayət işi: 3 vəzifəli şəxs həbs olundu

21:08 Neftçalada 19 yaşlı gənc intihar edib

21:02 Latviyada rus dilində tədris qadağan edildi

20:57 ABŞ-da ağdərililər “milli azlığa” çevrilir - Hesabat

20:51 Zərdabda ağır yol qəzası: ölən və yaralılar var

20:45 Trampdan etirazçıya şok sözlər: Ananın yanına get...

20:39 Yay gəldi - Bakıda kirayə mənzillər ucuzlaşdı

20:33 “Bu dəfə Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyib…”

20:27 Netanyahunun həyat yoldaşına 100 min dollarlıq korrupsiya ittihamı

20:21 Fred “Mançester Yunayted”də - Rəsmi

20:15 XİN: Qətnamələrinin icrası Minsk qrupuna həvalə edilib

20:09 “İlqar Məmmədovu qətiyyən siyasi məhbus hesab etmirəm”

20:06 Azercell “Yaşa Azərbaycanım” sərgisinə dəstək oldu

20:03 Liviyada milli ordu iki əsas neft limaninı silahlılardan geri alıb

19:58 Azərbaycanda bu universitetin girişində sütunlu tavan çökdü

19:52 Şabranda arvadı küsüb evdən gedən kişi özünü asdı

19:46 İsmayıllıda körpü uçdu, şəhərlə əlaqə kəsildi - Video

19:40 Türkiyə ABŞ-dan idxal olunan bəzi məhsullara gömrük rusumu tətbiq edib

19:34 Ronaldu: “Keçi saqqalı mənə uğur gətirir”

19:28 Çingiz Qənizadə: “Azərbaycan vətəndaşları qul deyil”

19:22 Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

19:16 Bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri 45% artırılır

19:10 Vasif Talıbov baş nazirin birinci müavini işdən çıxarıb

19:04 Sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

18:59 Putin Poroşenkoya zəng edib

18:53 Göyçay körpüsü yaxın günlərdə istifadəyə veriləcək

18:47 “Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik…” - David Babayan

18:41 Yol tikintisinə 13,7 milyon manat ayrıldı

18:35 Saxlanılan bankir Zakir Zeynalovun oğludur

18:29 Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış etdi

18:23 Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

18:17 Bu rayonların qazı kəsiləcək

18:11 Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı

18:05 Avropa Birliyi Yerevana 3 milyon ayırdı

18:00 Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb

17:54 Dünya əhalisinin üçdə biri oyun oynayır

17:49 Somali iranlı 17 dənizçini azad edib

17:44 “Üçdə bir”

17:38 Zidandan sonra oğlu da “Real”dan gedir

17:28 “Messi dünya kubokuna görə ağlayır”

17:22 Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

17:18 Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

17:13 Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

17:13 İsraildəki “Avroviziya”ya dörd şəhər namizəddir

17:08 Rusiya azərbaycanlıları Diaspora komitəsinin işindən razıdırlar mı?

17:03 Bakının 2 rayonunun qaz təchizatı məhdudlaşdırılır

16:58 Putin və ya dünyanı öz maskası ilə heyran etmiş Moskva

16:53 Göyçaydakı körpünün dağılması ilə bağlı 7 vəzifəli şəxs həbs olundu

16:48 Türkiyədə avtobus aşdı: 25 yaralı

16:43 Ana olmağa hazırlaşan Oksana həyatını dəyişən gizli şəxsdən yazdı

16:38 Qadını alçaltdığını etiraf edən məşhur Azərbaycan şairi

16:33 Əmanətçilərin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

16:27 Azərbaycanlı Moskvada atasının qatilindən qisasını aldı

16:22 Böyük Britaniyada kilsə bağlandı - Quşlara görə

16:16 Tramp qalmaqallı qərarını ləğv etdi

16:11 Neftçalada 17 yaşlı oğlan özünü asdı

16:06 Kəlbəcər sakini Cavid Qurbanovdan və imkanlı şəxslərdən kömək istəyir

16:01 Rusiyada mumiya tapıldı

15:55 Azərbaycan tütün idxalını azaldıb

15:50 Paşinyanın məmur balaları və hərbi xidmətlə bağlı planı var

15:43 Moskvadan Yerevana uçan təyyarə faciədən qurtuldu

15:37 Günəşdə partlayış baş verdi

15:32 Nazirin qəbul vaxtı dəyişdi

15:25 “Devid üçün yaxşı arvad olmağa çalışıram”

15:17 “Terrorçular iyulun 4-də Menbiçin mərkəzini tərk edəcəklər”

15:06 Elçin Quliyev İran-Azərbaycan sərhədində silahlı insidentin baş verdiyi ərazidə olub

15:00 Hacı Nuran xəstəxanaya yerləşdirildi

14:55 Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb

14:45 Avropada Sorosa qarşı qanun qəbul edildi

14:40 İranlı nazir Azərbaycana gələcək

14:33 DÇ-2018: Sabahkı oyuna hakim təyinatları açıqlandı

14:26 Türkiyə yeni əməliyyata başladı

14:21 Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

14:16 Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi

14:11 “Media klub” KİVDF-nin işini araşdıra bilər?

14:06 İmişli sakini Bakıda öz maşınını qaçırdı

14:02 Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi

13:57 “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”

13:32 “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”

13:27 “Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir”

13:22 “Keçi saqqalı mənə uğur gətirir” - Ronaldo

13:17 Sabah hava necə olacaq?

13:13 “Hüseyn elə bilirdi ki, Roza maşını ona verəcək”

13:08 “Taliban”dan növbəti hücum: 14 hərbçi öldürüldü

13:03 Azərbaycanda uşaqların ölümünə səbəb olan oyunun qurucusu tutuldu

12:58 Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”

12:54 Birləşmiş Ştatların gündəlik neft hasilatı 10,9 milyon barreldir



MÜSAHİBƏ

...

Pənah Hüseyn: “Onu deyən qələt eləyir”

Tarix 12.03.18, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı keçmiş baş nazir, ictimai-siyasi xadim Pənah Hüseyndir


Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

- Pənah bəy, ədəbiyyatla tanışlığınız necə başladı?

- İlk dəfə bədii ədəbiyyatdan “Koroğlu” dastanını oxumuşam. 3-cü sinifdə oxuyanda 10-cu sinifdə oxuyan bir qohumumuzla dostluq edirdik. İltizam adında. Cavan rəhmətə getdi. Onların evində xeyli bədii kitab vardı. “Koroğlu”nu da  onlardan götürüb oxumuşdum. Koroğlunu, təkrar-təkrar, bəlkə 100 dəfə oxumuşam. O vaxt bizim kənddə kitabxana yox idi. Orta məktəb illərində ətraf kəndlərdəki, rayon mərkəzindəki  kitabxanaların demək olar, hamısının oxucusu idim. Kitabxanalarda oxumadığım kitab qalmamışdı. Əlimə düşən pullardan əməlli bir şəxsi kitabxanam da yarandı tədricən. Əvvəllər Azərbaycan dilində olanları oxuyurdum.  Azərbaycan dilində olmayanları da oxuya bilmək üçün rus dilini öyrəndim. Bibloman olmuşam o zaman.  İndi də oxuyuram, amma təbii ki, əvvəlki kimi deyil...

 - Yəqin yaşla bağlıdır.

- Bəlkə də yaşla bağlı deyil. İnsan nəyə görə bədii ədəbiyyata aludə olur? Tam əhatəli cavab yoxdur. Bunun yəqin ki, ruhi, psixoloji mexanizmləri var. Və bir də görürsən ki, həyat kitab aləmindən daha maraqlıdır, daha bədiidir. Dünya, öz həyatın, yaşadıqların, hisslərin, duyğuların, daxili aləmin, emosiyaların, fantaziyaların, təəssüratların daha çəkicidir, mürəkkəbdir, zəngindir, dramatikdir, qorxuludur, vahiməlidir, canlıdır, gözəldir... Ona görə də hər kitabı oxuya bilmirsən. Mən  əvvəllər ağına-bozuna baxmadan hər şeyi oxuyurdum. İndi o “hər şeyi oxumaq” yoxdur. Doğrudur, indi də janr, üslub, stil məhdudiyyəti yoxdur mənim üçün. Klassik roman da oxuyuram, detektiv də, fantastika da, postmodern üslubda yazılanı da, Balzak stilində yaradılanı da. Mövzulara münasibət də elə. Dini, tarixi ədəbiyyatı da, fantezini də. Mühüm olan mövzu deyil. Ancaq əvvəl kitabı görürdüm, götürürdüm əlimə, başlayırdım oxumağa və bitənə qədər yerə qoymurdum. İndi elə deyil. Açırsan, bəzilərini bir neçə səhifə, bəzilərini də bir neçə on səhifə oxuyandan sonra atırsan qırağa. Əsər də var ki, səni çəkib aparır içinə, girdabına, qaranlığına, yaxud işığına, haraya qədər aparırsa gedirsən. Etiraf edim ki, məndə bu hal cildi olan, vərəqləyə bildiyin, iyini, qoxusunu içinə çəkə bildiyin, kağız kitabda oxuyanda yaranır. İnternet, elektron kitab, elektron kitabxanalar bu təəssüratı vermir.   

- Siz əvvəllər tez-tez olurdunuz Axundov kitabxanasında.

- İndi də oluram. Ancaq ora bədii ədəbiyyat üçün yox, elmi, siyasi, məlumat xarakterli kitablar, qəzetlər, jurnallar üçün gedirəm. Həm də, sözün doğrusu kitabxanada özümü nə isə tamamilə fərqli hiss edirəm. Kağızın, poliqrafik boyaların çürüntü qarışıq qoxusu və sözlə ifadə edilməsi mümkün olmayan əcaib bir yaşantı halın olur, bir növ cəzb olursan. Özümü ən çox yüngül, çəkisiz, ağrısız hiss etdiyim məkan kitabxanadır. Axundov kitabxanası həm də tələbəlik illərimizlə bağlıdır. Keçmişə qaytaran, keçmişi qaytaran, düşürən və ya qaldıran zaman lifti kimi bir şeydir. Kitabxanalara bənzər bir məkan da var. Kitab mağazaları. Mən uşaq olanda Sabirabadda Saabın kitab dükanı vardı. İndi sökülən köhnə univermaqda da ayrıca bir kitab satış otağı vardı. Köhnə bazarın da içində bir kitab satış polkası. Daha sonra Lenin küçəsində ayrıca kitab evi tikildi. İndi orda hansısa  bankın filialı yerləşir. Təzə çap olunan kitablar əvvəlcə dükanlara gəlirdi, kitabxanada olmurdu. Hər kitabı almağa pulum çatmırdı. Saab kişi icazə verirdi, kitablara yanaşıb onları ordaca vərəqləyib oxumağa başlayırdım. Bir də görürdüm ki, axşamçağı olub, dükanı bağlayırlar. Oxuduğum kitabı sığallayıb yerinə qoyur, sabah yenə gəlirdim.

- Pənah bəy, hansısa əsəri oxuyanda ordakı obrazlarla özümüzün oxşarını axtarırıq. Özünüzü hansısa obrazla eyniləşdirdiyiniz olubmu? Söhbətin başında “Koroğlu”nu yüz dəfə oxuduğunuzu dediniz. Yəqin ki, Koroğlunun sizdə qalıcı təsiri olub.

- Bədii ədəbiyyat oxuyanlar yaxşı bilirlər ki, ordakı gerçəkliyi yaşamırsansa, o sənə ləzzət eləmir. Bu müxtəlif cür olur. Hər qəhrəmana özünü oxşatmırsan. Bu müsbət də olur, mənfi də. Mənfi qəhrəmandan bəhs edən çox gözəl əsərlər də var. Məsələn, Kafkanın əsərlərini oxuyub ordakı qəhrəmanlarla özünü eyniləşdirmirsən, ya da eyniləşdirirsən. Son dövrlər yaranan ədəbiyyatda mənfi emosiyalar, neqativ hallar daha çoxdur. Bu mənim əhvalıma, halıma uyğun deyil. Siqaret çəkənlər yaxşı bilər ki, tünd siqaret daha çox ləzzət edir. Bunu bədii ədəbiyyata tətbiq etsək, getdikcə daha çox dərinlərə baş vuran, dildə zənginlik edən əsərlər səni daha çox özünə cəlb edir. Və artıq yüngül ədəbiyyatı az oxuyursan. Sizə deyim ki, sovet dövründə yaşamış insanlar daha çox müsbət qəhrəmanlar, müsbət emosiyalar, müsbət arzular və xəyallar üzərində köklənirdi. Koroğlu da bu mənada mənə yaxın idi. Ümumiyyətlə, mən özümü daha çox özümə oxşatmağı sevirəm. Özümü qəhrəmanlarda deyil, qəhrəmanları özümdə tapıram. Ancaq konkret olaraq özümü hansısa obraza oxşada bilmirəm. Ola bilsin, bu eqoizmdir. Sonralar biləndə ki, mənim oxuduğum Koroğlu dastanı həqiqi dastan deyil, bir növ dastanın sovet ideologiyasına uyğun redaktə olunmuş surroqatıdır, həqiqi Koroğlu Herakldır, Herakl da Yer Oğludur və qədim türk mifologiyasının ən möhtəşəm qalıntılarındandır.

- O zaman yazılmayan qəhrəmansınız.

- Yazılmayan obraz ifadəsi mənim üçün təzə oldu. Yəqin ki, bizim də obrazımız hardasa yazılıb.

- Sizin bir az dalaşqan obrazınız var. Danışırlar ki, metroda özünü yaxşı aparmayan bir gənci başa salmısınız.

- Belə şeylər olub.

- Koroğluya burda bənzərliyiniz var.

-  Bilirsiniz, Koroğlunun da özünəməxsus xüsusiyyətləri var. Dedim ki, o vaxt oxuyanda mənə bir cür təsir edib. Sonralar isə başqa cür. Uşaqlığımda Koroğlu dövrü ola bilsin ki, olub. Və nəsə qalıb o dövrdən. Ancaq Koroğlu dalaşqan olmayıb.

- Pənah bəy, keçmiş baş nazirsiniz. Bir neçə qərarınız haqda indi də danışılır. Məsələn, teatrlarla bağlı. Bir neçə teatrın yerində qalması, qalanlarının isə ləğv olunması... Deyibsiniz ki, müharibə aparan ölkədə bu qədər teatr nəyə lazım?

- Onu deyən qələt eləyir. Elə bir şey olmayıb. Bizim dövrümüz haqqında həmişə miflər danışılır. Mən eşitmişəm ki, guya Elmlər Akademiyanı da ləğv etmək istəmişəm. Ancaq teatrların ləğvi məsələsini birinci dəfə eşidirəm. Kim deyir bunu?

- O dövrdə yaşayanlar danışırlar.  

- Olmadı. Bunun bir konkret mənbəyi olmalıdır axı. Bizim hakimiyyət dövründə teatrların bağlanması məsələsi hər hansı şəkildə gündəmdə olmayıb.

- Bəs Yazıçılar Birliyinin binasının Türkiyə səfirliyinə verilməsi? Deyilənə görə, Yusif Səmədoğlu bu məsələyə görə sizə zəng vurub deyib ki, AYB-nin binasını yazıçılardan alsanız, sizi tüfənglə vuracam.

- Bu da teatrların bağladılması kimi əsassız, boş şayiələrdir, bizə qarşı siyasi rəqiblərimizin uydurduğu hekayələrdir. Doğrudur, mən bir dəfə bir yaradıcı kollektivin məkanından çıxarılması məsələsini qaldırmışam və bu olub. Bu da bilirsiniz necə oldu? Məlumat  verildi ki, KVN-çilərə Nazirlər Kabinetinin binasında yer ayrılıb. Mən demişəm ki, Hökumət binasında KVN olmaz. Onlara başqa, müstəqil və daha geniş yer ayrılıb.

- Hər halda bu şaiyələrin yayılması üçün heç əsas olmayıb?

- Bizim hakimiyyət dövrü çətin dövr idi, mürəkkəb dövr idi. Biz onda düşünürdük ki, hər şey dövlətin idarəsində olsa bu sovet zamanındakı kimi sifarişli ədəbiyyat olacaq, sifarişli mədəniyyət olacaq. Belə bir təsəvvür vardı ki, hər şey təbii olacaq, insanların özlərinin ədəbiyyata ehtiyacı olacaq, hər yazıçı, şair oxucusunu özü tapacaq, hər teatr özü tamaşaçısını cəlb edəcək. İqtisadiyyatda olduğu kimi rəqabət mədəniyyətin də inkişafının əsas mexanizmi olacaq. Mədəniyyətin, ədəbiyyatın dövlət tərəfindən subsidiyalaşması isə onu rejimin, siyasətin əlavəsinə çevirər. Aydın idi ki, həmin himayə məddahlıq mexanizminə çevrilərsə bu yolverilməzdir. Ancaq mədəniyyətin mövcudluğu və inkişafı üçün qeyri-dövlət institutlarının əmələ gəlmədiyi bir şəraitdə və ümumiyyətlə belə görünür ki, hər bir zaman bu və digər dərəcədə dövlətin himayəsinə ehtiyac var. Bu xüsusilə elitar mədəniyyətin mövcudluğu üçün zəruridir. O vaxt prezident Elçibəy bu sahəyə daim diqqət ayrılmasını tələb edirdi və olduqca çətin maliyyə durumuna baxmayaraq, Yazıçılar İttifaqına, digər yaradıcılıq təsisatlarına, yaradıcı jurnalların və kitabların çapına  on milyonlarla vəsait ayrılması barədə çoxsaylı sərəncamlar vermişdi. İndi düşünürəm ki, o vaxt bütün çətinliklərə baxmayaraq müəyyən şəxslərə, yaradıcı birliklərə, şairlərə, yazıçılara, rəssamlara, musiqiçilərə daha çox qayğı lazım imiş.

- Pənah bəy, yəqin, yaxın olduğunuz, dostluq etdiyiniz yazıçılar olub.

- 80-ci illərin sonlarındakı məlum hadisələrlə bağlı milli istiqlal savaşının önündə həm də Azərbaycanın şair və yazıçıları, ziyalıları dururdu. Deməzdim ki, dostluq etmişəm, lakin o dövrdə qismət olub ki, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Fərman Kərimzadə,  Nüsrət Kəsəmənli, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı kimi çox sayda yazıçı və şairlərimizlə ünsiyyətdə olmaq qismət olub. Dostluq deyəndə, mən bu sırada ehtiyatla Ramiz Rövşənin adını çəkə bilərəm, onu da münasibətlərin çox sonrakı dövrlərinə aid edərək. Bilirsiniz, ümumiyyətlə bu adını çəkdiyim və çəkmədiyim yazıçı, şairlər xüsusi bir insan növləridir. Biz Səməd Vurğunu görməmişdik. Amma Vaqif və Yusif Səmədoğluyla ünsiyyətdə olanda artıq hiss edirdin ki, burda nəsə tamam fərqli, genetik bir keyfiyyət, xassə var. Biz bəzən dahiləri tarixdə və qıraqda axtarırıq. Ancaq Ramiz Rövşən dövründə yaşadığımızı da deməkdən çəkinməməliyik.

- Bu gün mütaliəyə nə qədər vaxt ayıra bilirsiniz?

- Son dövrdə daha çox siyasi, tarixi, publisistik ədəbiyyat oxuyuram, 80-90-cı illərin dövri mətbuatına baxıram. Bizim inqilabımız və hakimiyyətimiz haqqında yazı üzərində işləyirəm.

- Memuar?

- Yox. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələr haqqında mənim həqiqətlərim barədə. Ancaq istəyirəm həm də obyektiv və elmi olsun. Televiziya, internet, ümumiyyətlə vizual məhsullar çox, bəzən də görürsən ki, hədər vaxt alır. Yuxarıda qeyd etdiyim yazı üzərində işləməyə başlayandan Dostoyevskinin “İfritlər”ini bir də oxudum. Qəribə gələr sizə, həm də Luiss Kerolun “Alisa möcüzələr ölkəsində” əsərini də oxumağa ehtiyac hiss etdim. Daha sonra təəssüf bizdə kitab şəklində olmayan, “Alisa güzgünün içində”ni də internet variantına baxdım. Təmizlənmək, öləndən sonra təkrar-təkrar dirilmək üçün Fizulinin “Leyli və Məcnun”unu və Ramiz Rövşənin “Nəfəs”ini, Tofiq Fikrətin şerlərini  hər gün olmasa da müntəzəm oxumağa yanğı gəlir. Axırıncı oxuduğum Mehriban Vəzirin “Mister Listi və...”dir. Əkrəm Əylislini yenidən oxuyuram. 

- Bəs heç özünüz şeir, hekayə yazmısınız nə vaxtsa?

- Şeir yazmayan azərbaycanlı tanımıram (gülür). Həbsdə yazmışam. Həyat yoldaşım üçün yazmışam. Çap olunmaq üçün yox. Məxsusi, özəl.

- Həbsdə kitab oxuyurdunuz?

- Çox. Bizim kolonda yaxşı kitabxana vardı. Həm də hər həftə evdən kitab gətirdirdim. Dostlar da göndərirdi.

- Sevdiyiniz yazıçılar kimlərdir? Dünya ədəbiyyatından...

-  Servantesin “Don Kixot”u, Rablenin “Qarqantua və Pantaqruel”i, Covanyolinin “Spartakı”, Dümanın bütün əsərləri, M.Qorki, Tolstoy, Merejkovski, Ayzek Azimov, Rey Bredberi, Oruel, Dorofeyev, Platonov, Zimyatin, Bulqakov və əlbəttə ki, böyük Dostoyevski... Bilirsiniz yuxarıda dedim ki, mənim oxucu zövqüm çox qarışıqdır. Şerlok Holms və Puaro haqqında əsərləri sevə-sevə oxuyan adam, eyni həvəs və ehtirasla Kafkanı və ya “Qızılgülün adını” oxuya bilərmi? Mənim cavabım odur ki, oxuya bilər. Məsələn, mən Orxan Pamuku oxudum. Ancaq “İncə Məmməd” qədər, yaxud Əziz Nesinin “Kor döyüşü”ndəki kimi təsirlənmədim. Ancaq Orxan Pamuk Yaşar Kamaldan zəif yazıçıdır iddiasında da deyiləm. Mənim təəssüratıma görə Anarın “Dantenin yubileyi” və Soljenitsinin “İvan Denisiçin bir günü” eyni şəkildə qalıb. Sovet dövrünü yaşamayan oxucu bunu necə duya bilər? İndi Cənubi Amerika nəsri, ingilisdilli yapon nəsri, Çin nəsri dəbə minib. Mən deyək ki, Markes istisna olmaqla bu nəsri o qədər də anlamıram, sevmirəm, bu əsərlərlə yaşaya bilmirəm.

- Bəs müasirlərdən kimləri oxuyursunuz?

- Bizim postmodern ədəbiyyat da yaxşı halda Markesin və  Dorofeyev səviyyəsində bayağı erotik rus nəsr dilinin plagiatından o tərəfə gedə bilmir. Ancaq Mövlud Süleymanlının hələ 80-ci illərdə yazılmış Azərbaycan postmoderninin şedevri sayıla bilən “Uzundərə”si diqqətdən kənarda qalıb. Bilirsiniz, yaranışı və süqutu yazılı mənbələrlə tam şəkildə izlənən yeganə sivilizasiya Roma sivilizasiyasıdır və həm də onun tərkib hissəsi olan Qədim Roma ədəbiyyatıdır. Qədim Roma imperiyasının son dövr ədəbiyyatının dili eynən indiki pornoqrafik ədəbi leksikanın, süjetləri də indiki süjetlərin eynidir. Bu onu göstərir ki, “müasir ədəbiyyat” nə isə köhnənin ölümü və yeninin doğuluşunun nişanələridir. Yeni hələ doğulmayıb, köhnə isə çürüyüb və üfunət saçmaqdadır. Üfunətdən həzz alanlar da var.  

 pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

XİN: Qətnamələrinin icrası Minsk qrupuna həvalə edilib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru