Xəbər xətti

23 MAY

18:35 “Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək”

18:30 Bakıda 200 manatlıq əsginas təqdim olundu - Foto

18:23 İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

18:15 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

18:10 Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

18:05 Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”

18:00 Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

17:56 Terror qruplaşmaları ayda nə qədər pul qazanır?

17:51 Fələstinlilərə Qüdsə getmək qadağan edildi

17:47 Ermənistanda deputat köməkçisi həbs edildi

17:42 I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

17:37 Gövhər Həsənzadə: “Müğənni bəstəkar ola bilməz”

17:33 ABŞ yəhudiləri iki yerə bölündü

17:29 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

17:25 “36 xəstə dərmandan zəhərlənib”

17:21 Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

17:17 Medvedev İlham Əliyevə məktub göndərib

17:14 “Park Bulvar”da 14 yaşlı qız itkin düşüb

17:11 Məşhur mağazanın işçilərinə hökm oxundu

17:06 Qubada ruhi xəstə avtomobil qaçırdı

17:02 ADB Azərbaycanla bağlı əsas strategiyasını açıqlayıb

16:58 Rusiya XİN: “NATO-dan kənar ölkələri ABŞ adam yerinə qoymur”

16:53 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi

16:49 ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

16:46 Cavad Zərif: “Pompeonun açıqlamaları əhəmiyyətsizdir”

16:41 Kanala düşən 80 yaşlı kişi xilas edildi

16:38 “Grand Hospital”dan çıxarılan həkimlər üsyan etdi

16:35 “Bakcell” karyera sərgisinə qatılıb

16:32 Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

16:28 “Bəzi cizgi filmləri uşaqlarda aqressivlik yaradır”

16:24 Gömrükdə külli miqdarda araq müsadirə edildi

16:19 “Exchange”lər bazara niyə qayıtmır?

16:14 “Mənim bütün həyatım əzabla, zülmlə keçib”

16:10 AFFA Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb

16:06 “BakuBus”dan piyadanın vurulması ilə bağlı açıqlama

16:03 723 nəfərin tikintidə müqaviləsiz işlədiyi aşkarlanıb

15:57 Aİ Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq

15:52 “Çox istərdim ki, hər bir azərbaycanlı buna münasibət bildirsin”

15:48 Oğuzda qadın itkin düşüb

15:44 Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

15:40 İrəvanın Tiflislə münasibətləri gücləndirmək cəhdləri - Bu cəhd alınacaq?

15:36 Azərbaycan pasportu dünya reytinqində

15:32 Lavrov Qarabağa görə Mnatsakanyana zəng etdi

15:29 Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

15:25 Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

15:20 Dilənçilər vergiyə cəlb oluna bilər

15:16 Rusiya ABŞ-a 4 raketlə cavab verdi

15:11 Zidan: “Ronaldonu Salaha dəyişmərəm”

15:06 Cüdoçular federasiya prezidentinin kabinetini mismarladı

15:02 Tostu dəstəkləyən əsgər anası

14:58 Nyu-York Fond Birjasına qadın rəhbərlik edəcək

14:53 Amerika Neft İnstitutu: “Ölkədə neft ehtiyatları azalıb”

14:47 Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

14:42 “Paşinyanın Qarabağ bəyanatı yeni müharibəyə aparır”

14:38 “Akifə belə təklif, onu təhqir etməkdir”

14:34 Azərbaycanlı iş adamı Qırğızstandan deportasiya edilir

14:30 Zeedorf istefaya göndərildi

14:26 “Fələstinin Haaqa Məhkəməsinə müraciətinin hüquqi qüvvəsi yoxdur”

14:22 “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq

14:17 Zaxarova: “Rusiya Qarabağ probleminin tezliklə həllini istəyir”

14:13 “Bayıl sürüşmə sahəsinin yerləşdiyi yamacda həmişə təhlükə var”

14:09 Nazir İnam Kərimovdan daha bir kadr dəyişikliyi

14:05 AzTV sədri haqda 7 milyonluq iddia

14:01 Sabahın hava proqnozu

13:56 Paşinyan: “Aksiyaları dərhal dayandırın”

13:51 Region Liqasının ilk qalibi bəlli oldu

13:47 Rusiya İraqda yeni neft quyusu aşkarladı

13:44 Ərdoğan Nikolas Maduronu təbrik etdi

13:40 Parisi etiraz dalğası bürüdü

13:36 Zakir Həsənov NATO generalları ilə görüşdü

13:32 “Azyaşlıya kəbin kəsən din xadimləri var”

13:27 AFFA “Qəbələ”nin kapitanını 3 oyunluq cəzalandırıb

13:24 Rəqsanə: “Mənə pul buraxan insan olmayıb”

13:20 “Kapital” bankın bakomatlarında manat müəamması...

13:16 Oğuzda silahlı şəxslər saxlanılıb

13:12 Səhiyyə Nazirliyi: 338 min nəfərdə xəstəliklər aşkarlanıb

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:52 Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:46 Səlim Müslümovun kadrları: Əsədovalar yeni naziri “ram“ edə biləcəkmi?

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?



SİYASƏT

...

Pənah Hüseyn: “Mənə namizədliyimi vermək təklifini etdilər”

Tarix 13.02.18, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Pənah Hüseyn: “Artıq reallıqla, vəziyyətlə hesablaşmaq lazım gəlir”


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn növbədənkənar prezident seçkisi, müxalifət partiyalarının seçkiyə münasibəti və digər məsələlər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Pənah bəy, artıq əksər partiyaların seçki ilə bağlı mövqeləri ifadə olunub. Bir sıra müxalifət partiyaları seçkidə iştirak qərarını veriblər və namizədlərini irəli sürüblər, bəziləri seçkidə iştirak etməmək, bəziləri isə boykot qərarını elan ediblər. Sizin bu məsələyə münasibətiniz necədir? AXP-nin son qərarı nə zaman olacaq?

- Seçkidə iştirak etmək və ya etməmək hər bir siyasi təşkilatın suveren hüququdur. Mən onların hüquqlarına müdaxilə etməyin tərəfdarı deyiləm. Mənim şəxsi mövqeyim əvvəllər belə ifadə olunmuşdu ki, əgər İsa Qəmbər seçkidə namizəd olacaqsa, ona dəstək verilməsinin tərəfdarıydım. Bizim partiyanın ötən ilin dekabrında keçirilən qurultayının seçkidə iştirak etmək haqqında qərarı var idi. Lakin son qəti mövqenin müəyyənləşdirilməsi müxalifətin birliyi məsələsi prioritet götürülməklə, partiyanın Siyasi Şurasına və sədrinə həvalə edilmişdi. Bu həftə baş verən məsələləri, partiyaların da mövqelərini dəyərləndirərək yekun qərarı verəcəyik. Ümumiyyətlə, növbədənkənar seçkiyə bizim mövqeyimiz ötən həftə KXCP qərargahında 9 siyasi partiyanın iştirak elədiyi görüşdə ifadə olunan açıqlama ilə üst-üstə düşür. Həmin partiyaların bəzilərinin hətta seçkidə öz namizədi ilə iştirak etmək haqqında qərarları var idi və bəziləri namizəd də irəli sürüb. Belə qısa müddət ərzində növbədənkənar seçki elan edilməsi hakimiyyətin namizədinin öz potensial rəqiblərini qeyri-bərabər vəziyyətə salmaq motivasiyasını ortalığa qoydu. Çoxdandır müxalifət müxtəlif seçki islahatları aparılmasını tələb edirdi. Bu istiqamətdə hər hansı bir addım atılmadı. Bu həftə ərzində Xalq Partiyasının da seçki məsələsində mövqeyi elan ediləcək. Hər halda, seçkidə iştirak etməmək qərarının verilməsi gözləniləndir. Partiyanın səlahiyyətli orqanının üzvlərinin bu məsələdə fikirləri nəzərə alınacaq. Mənim şəxsən özümün namizəd kimi iştirak etməyəcəyimi yəqinliklə söyləmək mümkündür.

- Partiyalarda seçkidə iştirak edib-etməmək, hətta iştirak etməmək məsələsində fikir ayrılığı ortadadır. Seçkiyə getməyənlərin bəziləri boykot qərarı veriblər, bəziləri isə sadəcə olaraq, seçkidə iştirak etməyəcəklərini bəyanatlarında elan ediblər. Boykotla seçkidə iştirak etməmək fərqlidir, yoxsa eyni anlama gəlir?

- Bu məsələnin hüquqi məzmunu bir qədər fərqlidir. Hətta ümumiyyətlə, seçkini boykot etmək çağırışının qeyri-qanuni olması barədə də bəzi rəylər zaman-zaman meydana gəlir. Amma burada hüquqi cəhətdən qadağanedici hansısa bir müddəalar yoxdur. Seçkini boykot etməklə iştirak etməməyin məzmununda fərqlər də var.

- Təcrübə göstərir ki, boykot taktikası Azərbaycanda effekt vermir və bu qərarı verənlərin özlərinin zərərinə olur. Belə bir təcrübələr ortada ola-ola yenə də boykot qərarına gedilməsinin mənası qalırmı? Boykotun hansısa effekti olasıdır?

- Əslində cəmiyyətdə son dövrdə yaranmış ümumi siyasi situasiya iqtidarın apardığı siyasətin nəticəsidir. Əksər vətəndaşlarda, ümumiyyətlə, seçkiyə qarşı bir laqeydlik xeyli vaxtdır var. Vətəndaşların böyük bir hissəsi demək olar ki, heç bir seçkidə iştirak etmir, seçki proseslərinə passiv münasibət sərgiləyir. Yəni hətta hansısa təşkilatlar boykot qərarı verməsələr də, bu istiqamətdə təbliğat aparılmasa da vəziyyət belədir. Təcrübə göstərir ki, əhalinin üçdən ikisi seçkiyə laqeydlik göstərir, səsverməyə gəlmir. O baxımdan da boykot çağırışı indiki məqamda bu və ya digər təşkilatın, sadəcə, siyasi mövqeyini ifadə eləmək baxımından əhəmiyyətə malikdir. Hazırda seçkilərə münasibətdə kütləvi siyasi fəallığın əmələ gəlməsi problemi Azərbaycan ictimai-siyasi həyatının ən ciddi problemlərindən biridir. Azərbaycan müxalifətinin də strateji vəzifələrindən biri kütləvi siyasi fəallığa nail olmaqdır.

- Seçkidə xalqın aktivləşdirilməsi və prosesə kütləvi cəlb olunmasının ən məntiqli yolu siyasi qüvvələrin seçkidə iştirak etməsi deyilmi?

“Seçkini boykot etməklə iştirak etməməyin məzmununda fərqlər də var”
- Siyasi qüvvələr, siyasətçilər vəziyyəti götür-qoy edərək, ölçüb-biçərək qərarlarını qəbul ediblər və məlum nəticələrə gəliblər. Şəxsən mən aparıcı siyasi müxalifət partiyalarının “onlar seçkidə iştirak etsəydi, düzgün qərar qəbul ediblər, iştirak etməsəydilər, müxalifətin, demokratiyanın maraq və mənafelərinə zidd olardı” mövqeyində deyiləm. Boykotun da seçicilərin siyasi aktivliyinin yaranmasının əleyhinə olduğu kimi təqdim edilməsinin əleyhinəyəm. İndi hansısa bir qüvvənin bu qədər qısa müddət ərzində, seytnot vəziyyətində prezident seçkisi kimi böyük miqyaslı bir kampaniyanı aparıb seçicilərin siyasi fəallığına nail olacağı da gözlənilən və ağlabatan deyil. Ona görə də artıq reallıqla, vəziyyətlə hesablaşmaq lazım gəlir. Sizə açığını deyim; bizim partiyanın bəzi üzvləri Müsavat Partiyasının Məclisi seçkidə iştirak etməmək qərarını verdikdən sonra mənə müraciət etdilər ki, bəlkə seçkidə iştirak edək və namizədimiz də AXP sədri olaraq siz olun. Mənə namizədliyimi vermək təklifini etdilər. Lakin mənim əvvəldən belə bir niyyətim olmayıb və indi də yoxdur. İndiki vəziyyətdə mənim mövqeyim ondan ibarətdir ki, hazırda prioritet və aktual olan seçki məsələsində mümkün qədər siyasi müxalifətin ümumi birlik, ümumi mövqe ortaya qoymasından ibarət olmalıdır. 

- 30 ildir aktiv siyasətdəsiniz, çoxlu sayda seçki kampaniyalarında təşkilatçılıq işlərinə rəhbərlik eləmisiniz. Yəni seçki təcrübəniz kifayət qədərdir. O zaman nədən indiyə qədər heç vaxt prezidentliyə namizədliyinizi vermirsiniz?

- Prezident seçkilərində, xüsusən müxalifətin hakimiyyətə gəlmək şansı olan prezident seçkilərində - 1990-cı illərin sonlarında Əbülfəz Elçibəyin seçkidə iştirak etməsi məsələsi, 2003-cü il prezident seçkisində İsa Qəmbərin namizədliyi olub. Mən onlara dəstək vermişəm. Hesab edirəm ki, düzgün etmişik. Hazırda da İsa Qəmbər və Müsavat Partiyası seçkidə iştirak etsəydi, bu, başqa bir situasiya olardı. Lakin artıq Milli Şura, AXCP, Müsavat və digər partiyalar məlum qərarları qəbul etdikdən sonra bu situasiyada Pənah Hüseynin seçkidə namizədliyini verməsi nə siyasi fəallığa nail olmaq baxımından, nə də, ümumiyyətlə, Azərbaycanda demokratiya uğrunda mübarizənin maraq və mənafeləri baxımından hansısa bir müsbət nəticələrə səbəb olmaz. Əksinə, xeyli dərəcədə müəyyən zərərli fəsadları da olar. Bu, təkcə mənə aid deyil, bir neçə bu cür siyasətçidən danışmaq mümkündür. O baxımdan mənim rəyim bütün bu məsələləri götür-qoy edərək formalaşıb. Mən realist siyasətçiyəm. Yəqin ki, yaxın günlərdə yerdə qalan digər partiyaların da mövqeləri müəyyənləşəcək. KXCP-nin də son mövqeyi hələ müəyyənləşməyib. Mən fevralın 11-də Mirmahmud Mirəlioğlu ilə də bunlar barədə telefonda müzakirə apardım. Yalnız qərarlar verildi və bununla hər şey qurtardı kimi mövqeyindən davam eləmək olmaz. Ciddi bir şəkildə indiki siyasi vəziyyəti, o cümlədən müxalifətin bundan sonra nə edəcəyi məsələləri barədə istər hamı bir yerdə, istər ayrı-ayrılıqda müəyyən dəyərləndirmələr aparmaq, həm taktiki, həm də strateji bəzi məsələlər istiqamətində vəziyyətə yenidən baxmaq lazım gələcək. Bu, müxalifət üçün ciddi problemdir. Güman edirəm ki, bu həftə yaxud gələn həftənin əvvəllərində KXCP-nin qərargahında olmuş müzakirələrdə iştirak eləyən partiyaların yeni qüvvələr də əlavə olunmaqla, növbəti görüşü, müzakirəsi olacaq. Azərbaycanda indiki dövrdə, istərsə də yaxın gələcəkdə olan inkişaf tendensiyalarını nəzərə alaraq müxalifətin özünün ümumi siyasi mövqelərini müəyyənləşdirməsi üçün hansısa bir nəticələr əldə olunması və yaxud bu prosesin başlanması üçün bir iş görüləcək.

- Sizin qeyd etdiyiniz 9 partiyanın bəziləri seçkidə iştirak etmək qərarındadır. Fikir ayrılığının olduğu buradan aydın görünür. Belə bir durumda keçiriləcək toplantının nəticəsi necə ola bilər?

- Keçiriləcək görüşdə seçkidə iştirak edib-etməmək məsələsi artıq müzakirə olunmayacaq. Artıq bu məsələ əksər siyasi qüvvələr üçün əhəmiyyətli dərəcədə yekunlaşıb. Bir neçə təşkilat var ki, yəqin onların da qəti mövqeləri bu həftə aydınlaşacaq. Hər halda, seçkidə iştirak etmək qərarı vermiş, amma özünün müxalifət mövqeyində olduğunu elan eləyən qüvvələrin də (hərçənd ki, belə qüvvələr demək olar yoxdur, uzağı bir-iki belə qüvvənin adını çəkmək mümkündür) mövqeyi dinlənilməlidir. Bundan sonra nə etməli və nə ediləcək, “bu status-kvo qalacaqmı, yoxsa hansısa dəyişiklik etmək lazımdırmı” kimi suallara da cavab vermək lazım gələcək. Müzakirələrin, məsləhətləşmələrin aparılmasını vacib sayıram. Hər halda, müxalifət vəziyyəti götür-qoy edib cəmiyyətə özünün bu situasiyadan çıxış yolları haqqında baxışlarını, planlarını təqdim eləməlidir. Qeyri-müəyyənliyin aradan qalxmasına nail olmalıdır.

- Milli Şura elan edib ki, mart ayından mitinqlərə start verəcəklər. Seçkidə iştirak etməyən bütün qüvvələrlə, boykot qərarı verənlərin birgə mitinq keçirməsi gözləniləndir, yoxsa mümkün görünmür?

- Milli Şuranın mitinq məsələsi bir detaldır. Bundan öncə daha ümumi xarakterli məsələlərin aydınlaşdırılmasına, razılaşdırılmasına ehtiyac var. Konkret olaraq bu və ya digər aksiyada iştirak eləyib eləməmək məsələsi isə bir qədər fərqli məsələdir. Məsələn, Milli Şuranın bundan əvvəl də elan elədiyi bir sıra mitinqlərdə, digər siyasi partiyaların aksiyalarında  mitinq qərarının konkret təmsil elədiyi təşkilatda olub-olmamasından asılı olmayaraq iştirak eləyən siyasətçilər və onların tərəfdarları var. Mən məsələni bir qədər daha böyük çərçivədə təsvir eləmək istədim. Antidemokratik seçkilərlə bağlı kütləvi aksiyaların keçirilməsi isə başqa bir məsələdir. Bu, vətəndaşların da, siyasi partiyaların da hüququdur. Hər bir vətəndaşın və siyasi təşkilatların seçkidə təşviqat aparmaq hüququ var. Təşviqat isə lehinə olmaya da bilər. Bunun özü də hər kəsin hüququdur.   

- Seçki apreldə deyil, 6 ay sonra - oktyabrda keçirilsəydi, müxalifət üçün nə isə dəyişəcəkdimi?

- Sizin dediyinizə kontr-sualla cavab vermək daha məqsədəuyğundur. Əgər apreldə seçkiyə getməklə, oktyabrda seçki olması arasında fərq yoxdursa, onda nədən 6 ay öncəyə - növbədənkənar seçki qərarı verdi? Oktyabrda seçki olsaydı, o zamana qədər müəyyən hazırlıqlar gedəcəkdi. Hətta aprelə növbədənkənar seçki heç olmasa ötən ilin oktyabr-noyabr ayında verilə bilərdi ki, siyasi qüvvələrin hazırlıq üçün vaxtı olsun. Bu da olmadı. Müxalifətin etirazı nə üçün növbədənkənar seçki elan edilməsindən daha çox, təyin olunan seçkinin kampaniyasının başlanmasına cəmi 3-4 qalmış elan olunmasınadır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

Nazir İnam Kərimovdan daha bir kadr dəyişikliyi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Sabiq nazir 50, aparatının rəhbəri 36 milyon ödəyib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru