Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtı su basdı, Türkmənistanın müdafiə nazirinə şiddətli töhmət verildi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad şəhərini güclü yağışdan sonra su basdığından Müdafiə Nazirliyini güclü tənqid edib


Virtualaz.org “Türkmənistan bu gün” nəşrinə istinadən xəbər verir ki, müdafiə naziri Yaylım Berdiyevə vəzifə borcunun öhdəsindən gəlmədiyi və ona tabe olan şəxsi heyətin fəaliyyətinə nəzarəti lazımınca həyata keçirə bilmədiyi üçün şiddətli töhmət verib.

Berdıməhəmmədov həmçinin müdafiə nazirinin müavinini - nazirliyin Mülki müdafiə və xilasetmə işləri Baş İdarəsinin rəisini “işində yol verdiyi ciddi nöqsanlara görə” vəzifəsindən azad edib.

Bundan başqa, baş nazirin müavininə, kommunal təsərrüfatı nazirinə, prezident aparatının və hökumətin işlər müdirlərinə töhmət verilib. “Türkmənistan Hava Yolları” Dövlət Aviasiya Xidmətinin başçısı və Aşqabadın meri də töhmət alıblar.

Xatırladaq ki, ötən həftə güclü yağış üzündən Aşqabadın mərkəzi hissəsi su altında qalıb. Su binaların zirzəmilərini doldurub, yolları və səkiləri yuyub aparıb. “Berkarar” ticarət mərkəzi ciddi xəsarət alıb. Yağışlar dağlarda selə səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar