Bakı şəhər sakini intihara cəhd edib
Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
T. Mustafayevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (APA)