Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Payızda genişmiqyaslı müharibə başlayacaq: 260 minlik ordu hazırdır

Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır


Bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.

Turçinov xatırladıb ki, Donbasda Rusiyanın gücləri iki korpusdan ibarətdir və şəxsi heyəti 35 mindən çox deyil. Onun sözlərinə görə, Ukrayna üçün əsas təhlükə sərhədin o tərəfindədir: “Rusiya Ukrayna ilə sərhəddə minlərlə tank, raket qoşunları və bir neçə ordu yerləşdirib. Bu iki korpus Ukrayna sərhədində yerləşən Rusiyanın əsas hərbi güclərinin genişləndirilməsi üçün vaxt uduşu funksiyasını yerinə yetirir. Donbas istiqamətində səkkizinci ordu və bu ordunun 159-cu diviziyası artıq bizim sərhədimizdədir və istənilən dəqiqə döyüş hərəkətlərinin aparılmasına hazırdır. Çernomorsk-Azov operativ istiqamətində 49-cu ordu, ikinci eşelonda isə Rusiya Şimal hərbi dairəsinin 58-ci ordusu var. Şimalda Rusiyanın Qərb hərbi dairəsinin 20-ci ordusu yerləşdirilib. Bu istiqamətdə ehtiyatda 1-ci tank ordusu var. Bunlar genişmiqyaslı tətbiqə və genişmiqyaslı kontinental müharibənin aparılmasına hazırdır. Dövlətimizə qarşı bu gün artıq 260 min Rusiya hərbçisi, 3,5 min tank, 11 min zirehli maşın, təxminən 4 min artilleriya sistemi, mindən çox reaktiv yaylım atəş sistemi və sair cəlb edilib. Bütün bu qoşunları Rusiyanın 4-cü və 6-cı orduları dəstəkləyəcəklər”.
Turçinov həmçinin bilavasitə Ukrayna sərhədlərində yerləşdirilən Rusiyanın raket qoşunlarına diqqəti yönəldib: “Bu, müasir “İsgəndər” raketləri ilə təchiz edilən dörd raket briqadasıdır. Bu sistemlərin xarakteristikası Rusiyanın orta və kiçik mənzilli raketlərin qadağası üzrə razılaşmadan əyani çıxışını göstərir. Bu, yalnız Ukraynanı hədələmir. Rusiyanın bu razılaşmalardan çıxışı faktiki olaraq bütün Avropa ölkələrinə təhdiddir”.

Daha əvvəl Ukrayna prezident Pyotr Poroşenko bildirib ki, Ukraynayla sərhəddə Rusiyanın bir neçə diviziyası müdaxiləyə hazırdır. Onun sözlərinə görə, Rusiya qoşunları həm şimal, həm də şərqdən müdaxiləyə hazırdır.


Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq-spikeri, hərbi ekspert Vladislav Seleznyovun sözlərinə görə, Rusiya güclü tank yumruğunu formalaşdırır və bu, Rusiya qoşunlarının tammiqyaslı hücum ehtimalını istisna etmir.

Ukrayna Təhlükəsizlik Xidmətinin başçının müavini Viktor Kononenko qeyd edib ki, Rusiya payızda Ukraynada destabilizasiyasının yeni cəhdinə təşəbbüs etməyi planlaşdırır. Onun sözlərinə görə, “rusdillilərin müdafiəsi” kimi köhnə mövzudan istifadə ediləcək və bu, nizami qoşunların sonrakı müdaxiləsini güman edir.

“Ukrayna Təhlükəsizlik Xidməti Kremlin planları haqqında informasiyaya malikdir. Rusiya rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə qoşunları Ukraynaya yeritmək hədəfini qarşıya qoyub”, - Kononenko vurğulayıb.(Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar