Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Ermənistanı blokadadan qurtarmaq cəhdləri alınacaqmı?


Politoloq: “Bu səfər nəticə etibarilə hansısa xarici qüvvələrə xoş gəlmək üçün həyata keçirilib”


“Mövcud vəziyyətdə Rusiya ilə Ermənistan arasında dəmir yolunun açılmasına Gürcüstanın razılıq verəcəyi mümkün görünmür”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın iki günlük Gürcüstan səfərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda iki günlük səfərdədir. Bu, onun çoxminlik etiraz aksiyalarının ardınca mayın 8-də baş nazir seçilməsindən sonra ilk rəsmi səfəridir. Səfər çərçivəsində dünən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə  Nikol Paşinyan arasında  tet-a-tet görüş keçirilib. Görüş zamanı Nikol Paşinyan bildirib ki, “Ermənistan-Gürcüstan münasibətlərində həll olunmayası məsələlər yoxdur”. Həmçinin  Gürcüstan və Ermənistan arasında həmişə mövcud olan pozitiv qarşılıqlı münasibətlərin konkret iqtisadi nəticələrdə də özünü göstərəcəyinə ümidi etdiyini bildirən Paşinyan qeyd edib ki, “Bizim həm qısamüddətli, həm də uzunmüddətli ortaq maraqlarımız var. Bizim Gürcüstanda çox sayda layihələrimiz mövcuddur. Biz onların nəticələri üzərində də işləməliyik”.  

Giorgi Kvirikaşvili öz növbəsində Nikol Paşinyanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və bildirib ki, ikitərəfli əməkdaşlıq nəqliyyat, energetika, turizm, mədəniyyət, təhsil, innovasiya kimi sahələrdə dərinləşdirilməlidir.

Onu da qeyd edək ki, Nikol Paşinyanın Gürcüstana səfərinə qədər onun Tbilisidə Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırıb-qaldırmayacağı Ermənistan mətbuatında fəal şəkildə müzakirə olunurdu. Amma baş nazir öz çıxışlarında bu məsələyə toxunmadı. Hətta Paşinyanın səfərindən əvvəl Gürcüstanın baş nazir müavini Mixail Canelidze jurnalistlərə bildirmişdi ki, Ermənistan tərəfi indiyə qədər heç vaxt Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırmayıb və “çox güman ki, indi də bunu etməyəcək”.

Maraqlıdır ki,  bu səfərdə əhəmiyyətli olan və diqqət çəkən nələr oldu? Həmçinin Rusiya ilə Ermənistan arasında dəmir yolunun açılmasına Gürcüstanın razılıq verməsini mümkün hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Image result for ilqar vəlizadə

İlqar Vəlizadə: “Ermənistanın öz istəklərini reallaşdırmaq üçün müstəqil siyasət aparmaq imkanları yoxdur”.


Gürcüstan-Ermənistan səfərinin digər səfərlərdən heç də fərqlənmədiyini qeyd edən politoloq İlqar Vəlizadəyə görə, Ermənistan tərəfinin bu səfərdəki məqsədi xarici qüvvələrə xoş görünməkdən ibarətdir:

“Bu səfər indiki Ermənistan rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. Burada təkcə Paşinyanın Gürcüstana səfəri nəzərə çarpmır. Bir neçə gün öncə Ermənistan prezidenti Armen Sarkisyan da Gürcüstana səfər etmişdi. Səfərlərin bu cür ardıcıllıqla və qısa müddətlə həyata keçirilməsi maraq kəsb edən bir məsələdir. Paşinyanın Gürcüstan səfəri barədə qeyd etmək lazımdır ki, səfərdən bir neçə gün öncə Rusiya-Gürcüstan danışıqları Praqada baş vermişdi və müzakirələrdə əsas mövzu  Gürcüstana Abxaziyadan keçən dəmiryolunun açılması, qondarma Abxaziya qurumu və Cənubi Osetiya ilə Gürcüstan arasında ticarət əlaqələrinin bərpası ilə bağlı idi. 

Təbii ki, tranzitdən danışılanda ilk olaraq Ermənistanı nəzərdə tutulur. Yəni, tranzit yüklərin Rusiyadan Gürcüstan ərazisindən keçməklə  Ermənistana çatdırılması nəzərdə tutulurdu. Lakin bu danışıqlar heç bir nəticə vermədi. Ona görə də bu məsələ Ermənistan  tərəfi çox narahat etdi. Çünki Ermənistan tərəfi bu dəhlizlərin açılmasında maraqlıdır və Ermənistanda ümid edirdilər ki, Moskva ilə Tiflis ortaq nöqtə tapacaqlar. Bu baxımdan Erməni tərəfinin səfərlərindəki məqsədlərdən biri də Gürcüstanı inandırmaqdan ibarətdir. Belə ki, sözü gedən dəhlizlər açılarsa, Gürcüstana da xeyir gətirəcək və s. Düzdür, Gürcüstan rəsmiləri səfər çərçivəsində bu məsələnin müzakirə olunmadığını bildiriblər. Lakin bu açıqlamaya inanmaq sadəlövhlük olardı. 

İlqar Vəlizadə: “Reallıqda nə Ermənistan Gürcüstana, nə də Gürcüstan Ermənistana nəsə təklif edə bilməz”.


Hal-hazırda Ermənistanda qərbyönümlü siyasətçilər hakimiyyətdədirlər. Ola bilər ki, Ermənistanın qərb havadarlarının dəstəyi ilə də bu səfər baş tutub. Çünki onlar Ermənistanı Gürcüstanla bağlamağa maraqlıdırlar. Bununla da Ermənistan Qərbin siyasi, hərbi və digər layihələrini reallaşdırmaq istəyir. Bütün hallarda hesab edirəm ki, bu səfər digərlərindən heç də fərqlənməyəcək. Çünki Ermənistanın öz istəklərini reallaşdırmaq üçün müstəqil siyasət aparmağa imkanları yoxdur. Reallıqda nə Ermənistan Gürcüstana, nə də Gürcüstan Ermənistana nəsə təklif edə bilməz. Bu səfər nəticə etibarilə hansısa xarici qüvvələrə xoş gəlmək üçün həyata keçirilib. 

Mövcud vəziyyətdə Rusiya ilə Ermənistan arasında dəmir yolunun açılmasına Gürcüstanın razılıq verəcəyi mümkün görünmür. Çünki qondarma Abxaziya tələb edir ki, Gürcüstanla olan inzibati sərhəddə gömrük postları təşkil olunsun və oradan keçən yüklər bu postdan keçsin. Gürcüstan isə bu təkliflə razılşamır. Gürcüstan Abxaziyanı öz torpağı sayır. Gürcülərin fikrinə görə, Abxaziya ilə hansısa sərhəd ola bilməz”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar