Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir


Ermənilər deyəsən, əməllicə xofdadırlar. Xüsusən də Naxçıvan istiqamətindəki uğursuzluq sindromundan sonra Ermənistan prezidenti Armen Sərkisyanın qısa zamanda, ikinci dəfə, tələm-tələsik işğal altındakı Dağlıq Qarabağa getməsi, ardınca baş nazir Nikol Paşinyanın da sanki onun isti izi ilə orada peyda olması bu təlaşın təzahürü sayıla bilər


Sözgəlişi, bu gün Paşinyanın baş nazir olmasından 40 gün keçir. Amma ortada ermənilər üçün pozitiv gəlişmə adına bir şey yox: əhalinin sosial-iqtisadi durumu ağır olaraq qalır, ölkədən kütləvi köç səngiməyib, öz oğlu Aşotu Qarabağa göndərəcəyini desə də, ordu hələ də çağırışçı problemi yaşayır, Qarabağla bağlı “köhnə bazara təzə nırx qoymaq” cəhdi fiasko olub və s. İnqilabçı-populist Paşinyana ictimai etimad isə sürətlə əriyir. Odur ki, nəsə eləməyə, stəkanda növbəti “fırtına” qoparmağa ehtiyac var.

Məlumatlara görə, Paşinyan Xankəndidə separatçı rəhbərliyin, yerli hərbi komandanlıq və “hüquq-mühafizə orqanları” başçılarının iştirakı ilə “mühüm müşavirə” keçirib. Necə deyərlər, özləri özlərinə təsəlli verməklə məşğuldurlar. “Ermənistan arsaxın apardığı siyasi kursu qeyd-şərtsiz müdafiə edir”. Bunu da Nikol Paşinyan Xankəndidəki müşavirədə deyib.

“Arsaxın müstəqil siyasi kursu”. Belə bir şey də da varmış, sən demə. Doğrudan da əsl erməni lətifəsidir... 

Adətən uşaqlar evcik-evcik oyununu xoşlayır. Onların uşaq dünya görüşünə, təfəkkürünə görə, bu, onlardan ötrü ciddi məşğuliyyətdir. Amma böyüklər bilir ki, bu, sadəcə, oyundur. İndi Paşinyan və Sərkisyan da öz aləmlərində guya Qarabağ məsələsində Ermənistan üçün təzə, Azərbaycanı “küncə sıxacaq” dəhşətli üsul tapıblar. Dünyanı haray-həşirlə işğal altındakı Qarabağda ikinci bir erməni dövlətinin var olması kimi absurda inandırmağa çalışırlar. 

Azərbaycanın ən balaca rayonun belə, əhalisi qədər olmayan Dağıl Qarabağdakı bir ovuc erməninin guya Azərbaycanın bacarmadığı “möhtəşəm ordusu”, “polisi”, “təhlükəsizlik qüvvələri”, “müstəqil xarici siyasət kursu”, “prezidenti”, “parlamenti” varmış və ən ümdəsi, uşaqlı-qadınlı bir ovuc erməni Azərbaycanın 20% ərazisini illərdir işğalda saxlayırmış. “Qarabağdakı separatçı rejim danışıqlarda müstəqil tərəf olmalıdır” kimi sərsəmləmə də öncəliklə bu qeyri-mümkünü mümkün etməyə, daha dəqiqi, absurda ciddilik donu geydirmə hesablanıb təbii ki. İndi buna evcik-evcik (dövlətcik-dövlətcik) oyunu deməyəsən də, nə deyəsən? Bu oyunu heç ermənilərə loyal olan vasitəçilər də ciddi qəbul eləmirlər. 

Yeri gəlmişkən, bu günlərdə həmsədrlərin Ermənistana yeni hökumətlə tanışlıq səfərindən sonra verdikləri bəyanatda N.Paşinyanın Qarabağla bağlı təklifinə heç bir dəstək ifadə olunmayıb. Az öncə rəsmi Moskva xarici işlər naziri Sergey Lavrovun timsalında buna qarşı çıxmışdı. Qardaş Türkiyənin sərhədlərin açılması ilə bağlı reaksiyası isə Paşinyana başqa bir siyasi şapalaq idi. 

Bunun ardınca onun yenidən Qarabağa “arxa qapı”dan girərək, orada müşavirə keçirməsi, separatçı qurumu müstəqil dövlət kimi təbliğ eləməyə uğursuz cəhdlər göstərməsi olsa-olsa, erməni ictimai fikrini məşğul eləməkdən savayı bir şey deyil. 

Oyun bitmədimi?.. Axı, bu günədək Dağlıq Qarabağda keçirilmiş bircə “parlament” və ya “prezident” seçkisi, “referendum” nə həmsədr dövlətlər, nə də bütövlükdə beynəlxalq birlik tərəfindən tanınmayıb. Bunun özü Ermənistanın başında duranların topasına ikinci erməni dövləti xülyası ilə bağlı verilən sərt cavabdır. Yəni ki, “boşuna özünüzü yormayın, heç bir ikinci erməni dövləti mövcud-zad deyil, Qarabağ konfliktində əsas münaqişə tərəfi də Ermənistanla Azərbaycandır”. 

Bu, o, deməkdir ki, münaqişə Qarabağ uğrundadır, Qarabağla yox! Bu, o deməkdir ki, konflikt bir ölkənin – Ermənistanın başqa ölkəyə - qonşu Azərbaycana qarşı ərazi iddiasından doğan münaqişədir. Populist Paşinyan hökumətini ən çox təlaşlandıran da problemin dünyada məhz bu müstəvidə qəbul olunmaqda davam etməsidir. Çünki o halda Ermənistan avtomatik şəkildə işğalçıya çevrilir, üzərinə BMT TŞ-nin Qarabağa dair məlum qətnamələrindən irəli gələn öhdəlik düşür, yaxasını kənara çəkə bilmir. 

Diqqət edin, Qarabağda bir işğalçı əsgər öldürülən kimi Ermənistanda “cinayət işi” açılır. Və ya bir işğalçı erməni hərbçisi yaralanan kimi dərhal İrəvana aparılır. Əcəba, bu, baş tutmuş “ikinci erməni” dövlətidirsə, o zaman Dağlıq Qarabağdakı hərbçilərin əksəriyyəti nədən Ermənistan vətəndaşıdır, oradakı silah-sursatın, hərbi texnikanın hamısı Ermənistandan gətirilmədir? Nədən bu “baş tutmuş “ikinci erməni dövlət”inin elementar səhiyyə xidməti yoxdur? 

Bu da sizə Ermənistanın münaqişə tərəfi olduğuna əlavə dəlil-sübutlar. Beləcə, 40 gündür Ermənistanın yeni rəhbərliyi çoxdan keçilmiş və ən əsası, erməni xalqına məhrumiyyətlərdən savayı heç nə vəd eləməyən yolu getməkdədir. Azərbaycan XİN-in Paşinyanın Qarabağa ikinci qanunsuz səfırinə verdiyi reaksiyanın qayəsində də elə bu xəbərdarlıq durur...

*****

Ötən 40 gündə Paşinyanın Qarabağ tələbi fiasko olub. Müharibə riski xeyli artıb. Üstəlik, o, özünü Rusiyaya sadiq baş nazir, “ipinə odun yığılası əmin adam” kimi təsdiqlədə bilməyib. Moskva ona – “Amerika uşağı”na sadəcə, inanmır. Həmçinin, Azərbaycan və Türkiyənin mövqeyində heç bir yumşalma olmayıb. Əksinə, cəbhənin Naxçıvan xəttində Paşinyan iqtidarı neqativ sürprizlə üzləşib. 

Avropanın, ABŞ-ın birmənalı dəstəyi də hələ ki, ortada yoxdur, çünki Qərbin ağır şərti var – Rusiyadan uzaqlaş. Bu isə siyasi özünə qəsd olardı. 

Bu müddətdə Paşinyanın Ermənistanı BMT-də Gürcüstan hazırladığı qətnamənin əleyhinə səs verməklə hətta qonşu Gürcüstanın da etibarlı dost-tərəfdaşı olmadığını, Rusiya kimi ona da arxadan zərbə vura biləcəyini ortaya qoyub, gürcüləri hiddətləndirib. İrəvandakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyasına səbəb olub. Bundan əlavə, Paşinyan Ermənistanın KTMT üzrə müttəfiqi Belarusun lideri Aleksandr Lukeşanekonu Azərbaycana müasir silahlar (məsələn, “Polonez” sistemləri) verməkdən çəkindirməyə nail ola bilməyib. 

Kəsəsi, fiaskolarla dolu bir 40 gün. Onun Ermənistan üçün ilkin ağır nəticələrini yəqin ki, növbəti 40 gündə görəcəyik... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar