Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyana qarşı hökm kimi ittiham – “Sərkisyanla anlaşıb...”


Qərbyönlü erməni nəşri populist baş naziri sərt “vurdu”; “O, hakimiyyətdə qaldıqca xalqın məyusluğu artır, bu adam reallıqda heç də özünü qələmə vermək istədiyi kimi deyil”, Kremlin Nikolla bağlı iki ssenarisi – qiyam və Bakıya eyham...


Ermənistanda post-inqilab dönəmi yavaş-yavaş köhnə axarına qayıdır, emosiyalar yatır və onları sərt reallıqların dərki əvəzləyir. Hərçənd, işğalçı ölkədə lokal etirazlar hələ də özünü göstərir, lakin bu, artıq təzə baş nazirə dəstək aksiyaları deyil. Dolayısıyla yeni hökumətə etirazın bir forması olaraq, vəzifəsində saxlanılan bir sıra Sərkisyan məmurlarına qarşıdır.

Hələ üstündən cəmi 11 gün keçib. Cəmi 11 gündür ki, Paşinyan Ermənistan adlı Rusiya quberniyasının sükanı arxasındadır. Amma bu müddətdə sərt tənqid hədəfinə gəlməyi bacarıb. Özü də ən çox qərbyönlü KİV-lərin.

*****

“Nikol Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, xalqda onunla bağlı məyusluq da bir o qədər artır - hansı xalq ki, həm ölkədəki sosial-iqtisadi, həm də ictimai-siyasi vəziyyətin yaxşılaşdırılması ilə bağlı ona böyük ümidlər bəsləyirdi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport nəşrindəki baş məqalədə deyilir.

Məqalədə ardınca bildirilir: “Heç kim mübahisə eləmir ki, əvvəlki rejimdən qalan problemləri bir neçə günə həll eləmək mümkün deyil. Bununla belə, biz baş nazir və hökumət tərəfindən onların yoluna qoyulması üçün ciddi hərəkətlilik də görünmür. Odur ki, xalq yenidən küçələrə çıxmağa başlayıb. Görünən həmçinin, odur ki, yeni hökumətin fəaliyyətsizliyi ilə paralel xalqın narazılığı artır”.

Erməni KİV-i bu xüsusda daha bir məqam diqqət çəkir: “Adətən postsovet məkanında, elə də demokratik olmayan bir sıra digər dövlətlərdə hakimiyyətin xüsusən də inqilabi yolla dəyişməsi zamanı ölkənin yeni sahibləri ilk addım kimi əvvəlki rejimlə mübarizə aparmış siyasi məhbusları azadlığa buraxır. Bəs bizdə? Bizdə hələlik yalnız Andreas Quksayanı azad ediblər. Bəs digərləri?”

Nəşr bu yerdə Nikol Paşinyanın hərəkat vaxtı verdiyi vədləri yada salıb: “Etirazçı hərəkatın lideri ikən o, uca səslə bəyan edirdi ki, Ermənistanda siyasi məhbuslar dərhal azad edilməlidir. "Qısa müddətdə siyasi dustaqlar azad olunmalıdır. Daha bir neçə gün gözləyin və biz bu məsələləri həll edəcəyik", - deyə o, aprelin 26-da “Azadlıq” radiosunun efirində söyləmişdi. Ancaq “Sasna tsrer” qrupunun üzvləri, digər məhbuslar, Jirayr Səfilyanın, bir çoxları - hansılar ki, Serj Sərkisyan dönəmində siyasi baxışlarına görə həbs olunmuşdular, - hələ də azadlıqda deyillər. Niyə? Axı, məntiqlə, yeni hakimiyyət əvvəlki rejimlı mübarizə aparanları, siyasi baxışlarına görə əziyyət çəkənləri azad etməli idi. Cəmiyyətin əsas gözləntilərindən biri bu idi. Bu nə inqilabdır ki, öncəki rejimlə mübarizə aparanların qapısını açmır?"

Müəllif suala cavab tapmağa çalışıb: “Paşinyan absurd izahlar gətirir ki, bəs o, hakimlərin yerinə qərar verə bilməz. Sanki bütün son illərini o, Ermənistanda yaşamayıb və bilmir ki, bizdə məhkəmə sistemi necə qurulub, necə ”yuxarı"nın zəngi əsasında hökmlər çıxarılır. İndinin özündə yerlərdə keçmiş hakim partiyanın təyin elədiyi hakimlər işləyir. Yəni Paşinyanın gəlişi ilə Ermənistanda məhkəmə sisteminin dərhal şəffaf və ədalətli olduğunu söyləməyə dəymir. O zaman Paşinyan niyə tələsmir?"

Məqalənin sonunda yeni baş nazirə qarşı ağır ittihamlar yer alıb: “Ötən yazılarda ehtimal itəli sürmüşdük ki, bizim baş nazir reallıqda heç də özünü qələmə vermək istədiyi kim deyil. Bu ehtimal günbəgün möhkəmlənir. Əminik ki, həm də başqa vətəndaşlarımızda. Axı, müxalifətçi olanda Paşinyan Ermənistanın qərbyönlü kursunun tərəfdarı kimi çıxış edirdi. Amma baş nazir olan kimi təzim eləmək üçün Putinin yanına uçdu. Yaxud etirazçı hərəkatın lideri olaraq, o, vəd eləmişdi ki, hakimiyyətə gələn kimi siyasi dustaqları buraxacaq. Gördüyümüz kimi, bu vədini də tutmadı. Beləcə, müxalifətçi Paşinyanln vədləri baş nazir Paşinyanın hərəkətləri ilə güclü şəkildə ziddiyyət təşkil edir. Siyasi məhbuslar məsələsində belə görünür, onun ya əvvəlki hakimiyyətlə (Sərkisyanla - red.) anlaşması var, ya da onları azadlığa buraxmağa sadəcə, qorxur. Çünki çətin ki, o xalqın güzəranını yaxşılaşdırsın. Demək, tezliklə, yeni xalq narazılığı dalğasını gözləyir - bu dəfə artıq Paşinyan hökumətinə qarşı. Belə olan surətdə o, əvvəlki rejimlə inadlı mübarizədə bərkimiş adamları azadlıqda görməyi arzulamır. Bu üzdən o, rezini daha da uzatmağa çalışacaq”.

*****

Nikol Paşinyanın baş nazir kimi qısa zamanda qəliz duruma düşəcəyi barədə “Yeni Müsavat” olaraq yazmışdıq. Çünki müxalifətdə olub şirin vədlər vermək, sərt tənqid eləmək bir şeydir, ölkənin sükanı arxasında oturub məsuliyyəti çiyinlərə götürmək, sərt reallıqlar - ayrı. Üstəlik, populist Paşinyanın düz-əməlli sadiq komandası, dövlət işində yetərli təcrübəsi yoxdur.

Onu da qeyd eləmişdik ki, Paşinyan erməni toplumunun nəhayət ki, acı gerçəyə köklənməsi üçün sonuncu şansdır, çünki onu inqilab dalğasında baş nazir eləmiş xalq sürəkli islahatlar və qısa zamanda güzəranının yaxşılaşmasını gözləyir ki, bu da Qarabağ, blokada məsələsi və müharibə vəziyyətinə görə praktik olaraq qeyri-mümkündür.

Deyəsən, proseslər proqnoz etdiyimizdən də sürətlə gedir. Yəni N.Paşinyan ona verilmiş ictimai etimad kapitalını şaha sürətlə xərcləyir. Hər halda baş nazi olmasından keçən 10 gündə artıq medianın onun əleyhinə yazmağa və hətta ittihamlar irəli sürməyə başlaması Paşinyana yaxşı bir şey vəd eləmir.

*****

Azərbaycanda da Ermənistandakı prosesləri diqqətlə izləyirlər. Ələlxüsus Paşinyanın Rusiya ilə Qərb arasında manevr imkanlarının mümkünsüzlüyü diqqət mərkəzindədir.

Rusiya tarixi forpostunun avrointeqrasiya xəttinə asanlıqla razılıq verməyəcək və buna mane olmağa çalışacaq”. Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hətta Rusiyanın əlinin altında İrəvanla bağlı indidən hazırlanmış bir neçə əməliyyat planının olduğunu bildirib.

“Birincisi, Rusiya Ermənistanın daxilindəki hərbi qüvvələrdən və ”5-ci kolonu"ndan istifadə etməklə ölkədə çevrilişə bənzər yeni bir proses təşkil edəcək. Moskva Ermənistandakı Rusiya meylli şəxslər hesabına bunu çox asanlıqla edə bilər. İkinci variant Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsini qızışdırmaq olacaq. Yəqin ki, Rusiya o zaman Azərbaycana vədlər verməklə və “prosesə qarışmayacağıq, nə bacarırsınızsa, edin” eyhamı ilə Bakıya kart-blanş verəcək. Əgər Moskva Bakıya bu kart-blanşı verərsə, Azərbaycan üçün daha geniş perspektivlər açılacaq və ordumuz hərbi əməliyyatlara başlayacaq", - deyə o qeyd edib.

Politoloqun fikrincə, ermənilər bu məğlubiyyəti həzm edə bilməyəcək və nəticədə Ermənistanda antihakimiyyət əhval-ruhiyyəsi artacaq: “Yeni rəhbərliyə qarşı ultra-vətənpərvər hücumlar təşkil ediləcək. Bu isə Paşinyanın Qarabağ klanına qarşı təşkil etdiyi inqilabdan daha genişmiqyaslı olacaq və hakimiyyətinin sonu ilə nəticələnəcək. Yəni Rusiya Ermənistanın Qərbin maraqları dairəsinə keçməsinə imkan verməyəcək. Rusiya Ermənistan ordusuna təkcə son 10 ildə 5 milyard dollardan çox silah yardımı edib. Bunun müqabilində Rusiyaya arxa çevirməyin cavabının nə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Rusiya xəyanəti bağışlamır. Bu mənada Paşinyanın əl-qolu bağlıdır”.

*****

Əslində bütövlükdə erməni xalqının əl-qolu bağlıdır - inqilab eləsə də, eləməsə də. Paşinyan qarışıq, erməniləri bu durumdan yalnız Azərbaycan və Türkiyə ilə böyük anlaşma qurtara bilər. Bizcə, inqilabçı-populist baş nazirin buna əmin olması üçün çox zaman gərək olmayacaq...(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar