Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək
Yerli KİV bildirir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Onun sözlərinə görə, səfər 30-31 may tarixində baş tutacaq.
T. Balayan, həmçinin qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan da mayın 25-də Gürcüstana səfərə yollanacaq. O, Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək.(Virtualaz.org)
pia.az