Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan və Qarabağ separatçılarının lideri arasında gizli sövdələşmə - Faktlar

Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq


Bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilərlər.

Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. Milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi həmçinin bu fikirdədir ki, cinayətkarların məsuliyyətdən qaçmamaları üçün dövlət sərhədləri bağlanmalı idi.

O, Paşinyan boş xəzinəylə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını iddia edib.

Keçmiş məmurun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçaryan, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var.

Poqosyan bildirib ki, bu üçlük öz hədəfləri üçün Paşinyandan istifadə edirlər.

Xatırladaq ki, aprelin 23-də - Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak edib.

Dağlıq Qarabağ separatçılarının lideri sonradan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və onun xələfi Robert Köçəryanla görüşüb. KİV-ə verilən məlumatlara görə, görüşlərdə Ermənistanda yaranmış daxili siyasi vəziyyətə toxunulub.

Adının açıqlanmamasını istəyən bəzi mənbələr isə Saakyanın Paşinyanla da görüşdüyünü bildiriblər. Bütün bu görüşlər isə Saakyanın qurulması mümkün görünən yeni hökumətin formalaşması istiqamətində aparılan danışıqlarda iştirak etdiyini deməyə əsas verir. Həmçinin, Levon Ter-Petrosyan-Robert Köçəryan-Bako Saakyan-Nikol Paşinyan dördbucağında ciddi sövdələşmələrin olduğunu da istisna etmək olmaz.(Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar