Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan komandası Rusiya-Ermənistan münasibətləri üçün nə vəd edir?


Politoloq: “Paşinyanın əsas məqsədi Sərkisyanın əlaltılarını hakimiyyətdən kənarlaşdırmaqdır. Ona görə də öz əlinin altında olan kadrları komandanın üzvü kimi təqdim edir”


“Paşinyanın komandasında kimlərsə qərbyönümlü ola bilər, amma nəticədə Rusiya ilə sıx əməkdaşlığa məcbur olacaqlar”.

Bu sözləri politoloq İlqar Vəlizadə Paşinyanın yeni komandasının aqibətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Serj Sərksyan və Karen Karapetyan hökumətinin üzvləri ilə vidalaşıb və  yeni hökumətini artıq formalaşdırıb. O, həmçinin hakimiyyətin keçmiş təmsilçiləri ilə haqq-hesab çürütməyəcəyini də bildirib. Lakin formalaşmış bu hökumətə  münasibət heç də birmənalı deyil. Bir çoxları hesab edir ki, Paşinyanın kabineti qeyri-peşəkarlardan formalaşdırılıb. Elə Ermənistanın özündə də Paşinyanın fəaliyyətinin uğursuz olacağını ehtimal edənlər çoxdur.
 
“Vəzifə eyforiyasından başı gicəllənmiş “inqilabçı” ilk bəyanatlarından və fəaliyyətindən naşılığını büruzə verib və məlum olub ki, onun işi heç də asan olmayacaq”, sözlərini qeyd edən Ermənistanın keçmiş prezidenti Levon-Ter-Petrosyan da Paşinyanın siyasətinə şübhə ilə yanaşdığını vurğulayıb. 

Bununla yanaşı, Ermənistanın yeni Nazirlər Kabineti Rusiya mətbuatı tərəfindən də ciddi tənqid atəşinə tutulur.  Paşinyanın kabinetini “küçədən gələnlər” adlandıran bəzi rus mətbuatı və politoloqları isə hesab edirlər ki, Ermənistanın yeni kabineti Qərbmeylilərdən təşkil olunub və zamanla Ukrayna və Gürcüstanda olduğu kimi, Paşinyan höküməti Rusiyadan aralanıb, Qərbə tərəf yönələcək. Yəni, Rusiyada Paşinyana qarşı etimadsızlıq açıq şəkildə hiss olunmaqdadır. Eyni zamanda Rusiya mətbuatı yazır ki, Paşinyanın yeni kabinet üzvlərinin bəzilərini Ermənistanda heç kim tanımır. Buna misal olaraq isə mədəniyyət naziri Lilit Makuntsu, hökümətin aparat rəhbəri Eduard Ağacanyanı, Səhiyyə naziri Arsen Torosyanı, Diaspora naziri 27 yaşlı Mxitar Ayrapetyanı göstərmək olar. Energetika naziri, “Sarukyan” blokundan olan  Artur Qriqoryan isə daha əvvəl aksiya iştirakçılarını “bomj” adlandırmaqla tanınır. 

Paşinyanın özünə ABŞ-dan iqtisadi məsələlər üzrə məsləhətçi dəvət etməsi isə Rusiyada ciddi təşvişlə qarşılanıb.

Hətta erməni jurnalist Vaqram Ağacanyan da Paşinyanı  xarakterizə edərkən onun qəti qərbçi olduğunu vurğulayıb. Paşinyanın Rusiya ilə münasibətlərinə də toxunan  Ağacanyan “Dövlət başçısının dəyişməsi vəziyyəti dəyişə bilər, ancaq bunun ehtimalı çox azdır. Ermənistan Moskva ilə stabil münasibətlərdən çox asılıdır. Nikol Paşinyan öz çıxışlarında xarici siyasi problemə toxunmayıb. Nəinki etiraz aksiyası zamanı, bundan öncə də. Bu adam daxili siyasi problemə köklənib. Bundan iki nəticə çıxarmaq olar - Paşinyanın xarici siyasət üzrə motivasiyası aşağıdır və cəmiyyət xarici siyasətin dəyişdirilməsi ilə bağlı ona mandat verməyib. Çünki əgər o, elan etsəydi ki, prioritetlərdən biri xarici siyasi ittifaqların dəyişməsidir, Moskva ilə ittifaqdan imtinadır, o zaman iştirakçıların sayı xeyli az olardı” deyə, fikirlərini bildirib.

Maraqlıdır ki, Paşinyanın komandasını uzunömürlü komanda kimi dəyərləndirmək mümkündür? Yeni hökümətin Rusiya ilə münasibətlərinin gələcəyini necə xarakterizə etmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

PKK5JU4rsZ1CukCpgYRv6IhKCtp8H707G3tjJ7s8bojze3vsP8rh/yXvjmBy+VrqtpgmjnGsUrJct4a4EjzFR5r6I2h2tiskbSGulc4gNDQcAxCoMj9G5bszyRfB443LLU+XJ2m2RHekgoBq6NxDRX8DjkOh9VnbL8PpZDUnsd+od7NP5qd4XzLau/K+o1axopG3TMDeddc9Vz46hzXhxD2+BzSQ5umhG724rCXG16v/j5Jj5ym/8Avl2Ifh+9po+0NeBmXOD/AEw1p7rzn4gWMR2vCDiDY8LaCgFCa0HUn0Xtdy22Z8DHzgEvjDxIwUBxaBw3OpTMZV4Lxj4ij/vMPCIE9S+QldPbJHk23u1WZaEpHUFVJikVIDx8TqUSwqAaloaIAkJJmFSoqSpkOY8/ovTfhzNWx4a+CWRvSpDx/UvMXnvDz+i3XwuccE43Y2Hzo6v5InsZTw2dv+zd0Q9y/Z+ZVtvP7N3RU3Kf2fmnWQ5xXPvNHuXPvQpU192eFFIS7PCiXFSs7iqXFTKrckcMkkko2bzrap5JZ5o7Z2T9iPNCHZ61vcDLE85bg7VPDcFvbkyMgbqgrmy6S3hnHv078euxnNeTXt3jOAKk6ZrDXrbjNNXcMgt1dNyWgxPbaYySa0oDos1PsdaA/uRvw14FT03S3ju8vZ9V1mPLjJj6cWRgQ8Ze0ktNKrS/6QtDjQxvHkV3LL8OI6VdLICRmKDJd2nn2yMM2KjCTrUfVCvby6rvbW3D8nK2NrnOY+PE0u3kGjhyp3fVcNMSqcRbkcxuP91cHJFqoILDy3ckzGROqE5Q9nfmR5hXlMEqpQrlF7aoCkKQKYJJGei952Mw2u7IDI0PBiMEgNM3ROdETyJw1814MvXvgteFbPPZyfs5hI3k2VtP6o3eqIVAvu91lndZ35gjtIT95hOR/iFKV5KFs7rSeRPpTdxy0Wo+JEzAYA0DtGNlnJpWkIbTCR+J+AD+ErHSzSTQPcQ0EOex7aOrRtQCTXLXgubLUyfQdNnlycMtekXW4tsUQ4WeNvUlgC8W+JUjTeUzWjKNkUZ5nAHn+unkvZbomEljs2E1xRxA03FrQHDqCCPJeCbR2ntbda5ONokA6NcWN9mhdd/GPn7+V2AanISaFIqRUWgqh7u+USAhD4j1KVODIjkpSPoFTEVRbJanCN2qey0mx9STwC7Wyl8usry8NxB/de2tKgaEcxn6lcBrqN65+Sdkpypu0Rs7Nva3Wtk0HaxmrXNqOPMHmDknuf7PzKDuGMMssMbnNJ7MVLaUqc92uuvGqMhka0UqntzjSUBeiudaG8UNaJGu3pUxN2nuolxXPgtDWjVWG2t4pKglxUCUOba3imdbWcUjgiqS48u0dnaaY69ASPVJLSmo/wCvz/7DP/YJjf8AaP8AZZ6p/knJfJOXTqMt1E35af8Aaj9VE3zaf9uP1/wrvknJxYijUG6HN7Wn7kf68knXvaQCXCMAAkngAKlEixHisrt/e4s0Xy7SDLM0in3IzkXHmcwPPgi6E2w+0+0c1uka+SgazEIWgAUDqVJOpJwj09eQAmLkg5YtTkFM4VGak1yZ7apmDAwuA9OiNqhJnbir2HJKBOqVUyaqZEUyi5KqRnqt58G7WGW2SNxo2SyvLjzic1w9nPWBJR9yWx0coLNXskg8pWFh9ip3peOPdZPtuorwNultM2ZDpIgwbxBG44QBv0BPUrqfIYRJTSRweAa651qVkLiYQ4jMZ0yJHuFsYCQMzWo1O8UP8q5Z5u30sx7MJjPUdbYh2BskZPdjDp2DhUHF7gHzXgtnlLi551d3j1JJK9qfa+xitMg3WK0Ec6NBFc9eC8TsYzpyXTh+MeD1mOubLXzoU1OUmp1blIIFiMkNAeiEhGaVVBUYpmufWp6lHTGjUBElRF5GI0G7XkiYYaKuCmnBFNKqJtdXZy8Sx7YTlG94aTUjCTlUbtaVW5ddf4yvMXaL1HYG8m2mDs35ywgNfXVzT4H+1DzHNVjYzy/Sl12fjPuom6/xla42IcE3yY4KvH0ndZA3X+Ipv+lD7xWrnjYwDHQVNGjMlx4NaM3HkFy74MzQ3sYmtxEgveauZwrGN53VJ0zCPA8uNNYGMGJ8mEcSQAs9bv2j8LCcAAIFCC+u/pkclqTcrWftrbLQ6h01a/8AjiGdPQLNbSX1GHh1kxZNwPc/CMVCS0tA8IzdlnuTuJY1RHYJHCrWtpoMRoTTf0SWfdbnk5n1LvyKSz3Guq+i8KWFJJWzKifCkkgHDV4JtVanS2y0Peant3xjgGxuLGgeTR7pJKclYuUpgJJKVpKJSSTAK2/kroikkl8q+FiSSSZRFyrack6Smmii7r+2i5ytHkTQ/VJJTfS+L88f7jY2BgxV/XRaSKTIngzHv4E06ckklzYvpeT0Gv8Ad/29qHCyzDfnVgJqvJbL4j0SSXRh6eF1v+y/1BbQkkktHGrtHhPl9VRZ0klPyfwe1nJBNO5OkinBkOisLykknCXRZjNaT4d2hzLwia05SCSN44twF/1YEkk57RfTYbZbRTwymGIhrQ0OqB3jUE5mvLdRZW27T2stDO3dSpByZUg1FHGlSMkklXyl09j7dKbXhfK9+OzOaS8lxaIywtDTu8RrxXcvS9pYYrQ6Jwa5gYWuAFRUiufnrqkkpnuB5nbbbJK+sj3OLjmSST7r0JmyVlgs/ahhfIW1xyHERUfujQeiSS0y9E4D7lhmOOSME+GumQ/+pJJLmaP/2Q==" alt="Image result for ilqar vəlizadə">

İlqar Vəlizadə: “Paşinyanın Putinlə görüşü də göstərir ki, yeni komanda Rusiya ilə  işgüzar əlaqələr qurmağa çalışacaq”.


Paşinyanın komandasının müvəqqəti fəaliyyət göstərdiyini vurğulayan politoloq İlqar Vəlizadəyə görə, Ermənsitan  bütün hallarda Qərbə inteqrasiya edə bilməyəcək:

“Əslində ilkin baxışdan Paşinyan komandasının uzunömürlü olacağı gözlənilmir. Çox güman ki, müəyyən dəyişikliklər olacaq. Ümumiyyətlə, məlum komanda müvəqqəti xarakter daşıyır. Çünki bu komanda növbədənkənar parlament seçkilərinə qədər fəaliyyət göstərəcək. Ermənistanda növbədənkənar parlament seçkiləri təxminən payız aylarında baş tuta bilər və seçkilərin nəticəsi olaraq, hansı partiyaların parlamentə keçəcəyi məlum olacaq. Fikrimcə, bütün hallarda koalisyon parlament fəaliyyət göstərəcək. Bu baxımdan indiki hökümət müvəqqətidir. 

Paşinyanın əsas məqsədi Sərkisyanın əlaltılarını hakimiyyətdən kənarlaşdırmaqdır. Ona görə də öz əlinin altında olan kadrları komandanın üzvü kimi təqdim edir. Ümumilikdə Paşinyanın komandası çox zəifdir. Paşinyanın Putinlə görüşü də göstərir ki, yeni komanda Rusiya ilə  işgüzar əlaqələr qurmağa çalışacaq. Əslində başqa çarələri də yoxdur. Çünki Ermənistan iqtisadiyyatı tam olaraq Rusiyadan asılıdır və iqtisadi blokun rəhbərləri Rusiya höküməti ilə sıx əlaqələr qurmalıdırlar. Həmçinin hərbi kompleks də yenə Rusiya ilə bağlıdır. Ermənistanın indiki müdafiə naziri David Tonoyan Rusiyada təhsil almış insandır. Həmçinin uzun müddət MDB silahlı qüvvələrində çalışıb. Paşinyanın komandasında kimlərsə qərbyönümlü ola bilər, amma nəticədə Rusiya ilə sıx əməkdaşlığa məcbur olacaqlar”.

Politoloq İlqar Vəlizadənin Ermənistanda payız aylarında seçki gözlənildiyini söyləməsinə baxmayaraq, yaxın aylarda, ya da payızda Ermənistanda seçkilərin olması da ciddi sual altındadır. Çünki Ermənistan konstitusiyasına əsasən növbədənkənar seçkilər yalnız o zaman ola bilər ki, parlament iki dəfə baş naziri seçə bilmir, ya da yeni baş nazirin təqdim etdiyi hökümət proqramı parlament tərəfindən qəbul edilmir. Gələn həftə Paşinyanın parlamentə öz proqramını təqdim edəcəyinə görə, bu proqramın təsdiq olunmaması az inandırıcı görünür. Paşinyanın istefa verib, parlamentdə iki dəfə baş nazirin seçilməməsini təmin edəcəyi isə inandırıcı görünmür. İşin mürəkkəb və maraqlı tərəflərindən biri də odur ki, Ermənistan parlamentində səs çoxluğu məxməri inqilab nəticəsində hakimiyyətdən gedən və bu gün müxalifətdə olan “Respublika” partiyasındadır. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar