Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də “Təsis parlamenti”nin üzvü, “Sasna Tsrer” qrupunun üzvlərinin həbsdən azad olunması tələbi ilə artıq 31 gündür aclıq aksiyası keçirən Qaregin Çuqaszyanla görüşüb
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, daha öncə Paşinyan Qaregin Çuqaszyanla telefonla danışmış və aclığı dayandırmağı xahiş etmişdi.
Paşinyanla görüşdən sonra Çuqaszyan aclığı dayandırmağa qərar verib. Jurnalistlərlə söhbətində o bildirib ki, bütün tələbləri yerinə yetirilib.
pia.az