Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Qəlbinur vəzifəsindən uzaqlaşdırılır


Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunub. Urologiya, Oftalmologiya, Travmatologiya və ortopediya, Uşaq cərrahlığı və bir sıra başqa kafedra müdirlərinin bəziləri artıq vəzifədən uzaqlaşdırılıb


Siyahının ilk yerlərində 1990-cı ildən ATU-nun Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyev qərarlaşıb.

Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə  rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. 

Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

1995-ci ildən Uşaq cərrahlığı kafedrasına rəhbərlik edən Çingiz Quliyevin yerinə tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxov təyinat alıb.

Modern.az-a daxil olan məlumata görə, növbədə Oftomologiya kefdrasının rəhbəri, tanınmış oftomoloq Paşa Qəlbinurdur. Amma 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərən həkim, vəzifəsindən uzaqlaşmaq istəmir. Kafedradakı mənbənin bildirdiyinə görə, artıq onun məsələsinə baxılıb və vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar verilib. Qərarla razılaşmayan P.Qəlbinur hətta universitetin rektoru, professor Gəray Gəraybəylinin qəbulunda olub, vəzifədə qalmaq üçün xahiş edib. Amma rektor bu xahişi qəbul etməyib. Oftomoloqa “Struktur dəyişirsə, sən niyə qalmalısan” sualını ünvanlayıb. Hazırda oftomoloqun bir çox instansiyalar vasitəsilə xahiş mesajlarını davam etdirdiyi iddia edilir.

P.Qəlbinur sayta açıqlamasında Universitetdə kadr dəyişikliyi getdiyini təsdiqləyib: “Bəli, doğrudur, bir neçə kafedra müdiri vəzifədən göndərilib, yenilərilə, daha gənc olanlarla əvəzlənib. Amma qeyd edim ki, göndərilənlərin hamısı təqaüd yaşına çatanlardır. Onların hamısı 70, 80, 85, 90 yaşlılardır. Amma bu yaşlarda olub hələ də çalışanlar var. Çünki bacarıqları, qabiliyyətləri var. Azərbaycanda yaş senzi yoxdur”.
 
Tanınmış həkim vəzifədən uzaqlaşmaq niyyətinin olmadığını vurğulayıb: “Mən hazırda Oftomologiya kafedrasının rəhbəriyəm. Təqaüd vaxtım da deyil. Nəyə görə uzaqlaşdırılmalıyam ki? Belə şey yoxdur. Bu barədə yazırlar, amma mənim hələ vəzifədən uzaqlamaq fikrim yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar