Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Məmmədovdan geriyə addım - Yazdığını sildi


112 saylı Qax seçki dairəsindən namizədliyi qeydə alınan Paşa Məmmədov (İlusuyskiy) növbəti qalmaqalla üzləşib


Səbəb onun Facebook sosial şəbəkəsində paylaşdığı fikir olub. 

Qeyd edək ki, Paşa Məmmədovun bundan əvvəl də yazdığı fikirlər ətrafında  ciddi qalmaqalar yaşanıb. Məsələn, onun  deputat Azər Kərimliyə dolayısı ilə ünvanladığı  bir şeir və həmin nəsrdə “sapı özümüzdən olan baltalar” ifadəsini işlətməsi Qaxda birmənalı qarşılanmadı. Təbiidir ki,  bir çox qaxlılar həmin ifadəni öz ünvanlarına işlədilən təhqir kimi qəbul etdi. Çünki Qaxda az da olsa, Azər Kərimlini istəyənlər var.

Paşa Məmmədovun növbəti “novatorluğu” erməni mövzusu ətrafında oldu. Həmin vaxt da onun paylaşdığı fikir sosial şəbəkələrdə, xüsusilə də Qax rayonuna aid qrupda  deyilən epitetin Paşaya səs verməyənlərə aid edildiyinə dair fikirlər səsləndirildi. Nəticədə, sabiq diplomat  bir neçə dəfə yazdığı statusu redaktə etmək məcburiyyətində qaldı. Sonda etdiyi videomüraciətlə məsələyə aydınlıq gətirməyə çalışdı.

Paşa Məmmədovun növbəti qalmaqala səbəb olan statusu isə heyvan və quşlar barəsində olub. Əslində isə, həmin məcazi məna ilə Paşa Məmmədov kimlərəsə mesaj vermək istəyib.  Sabiq diplomatın məlum  fikiri  sosial şəbəkələrdə hakim partiyaya ünvanlanan mesaj kimi yozulub.  Ciddi təpkini görən deputatlığa namizəd öz yazdığını pozmağa məcbur olub. Hər halda, diqqət mərkəzində olan adam üçün belə gedişatlar müsbət divident gətirmir. Xüsusilə də seçki marafonunun getdiyi bir dönəmdə.

PİA.AZ Azinforum.az-a istinadən Paşa Məmmədovun son statusunu təqdim edir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar