Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partlayışda ölən və yaralanan neftçilərin adı hələ də açıqlanmır


Dövlət Neft Şirkətinin strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında baş vermiş partlayış zamanı xəsarət alan 10 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib


Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

A.Qədirli dedi ki, 3 nəfərin vəziyyəti yaxşılaşdığından onlar evə buraxılıb: “Bu gün axşam daha 4 nəfər evə yazılacaq. Xəsarət alan digər üç nəfərin isə həyatı üçün təhlükə olmasa da xəstəxanada müalicələrini davam etdirəcəklər”.

Nərimanov adına NQÇİ-nin əməkdaşlarından biri isə virtualaz.org saytına deyiblər ki, partlayış nəticəsində dənizə düşmüş və dünəndən bəri axtarılan neftçi hələ də tapılmayıb: “Onun sağ qalma ehtimalı azdır. Ölənlərdən biri ARDNŞ-in Nəqliyyat İdarəsinin, digərləri isə şirkətin Tikinti-Quraşdırma Trestinin işçiləri olub. Ölənlərdən biri əslən İsmayıllı rayonundandır, Bakıda kirayədə yaşayırdı. İtkin düşən isə gəncdir, təcrübəsi az olub. Deyilənə görə, 4 deyil, 5 nəfər ölüb. Amma bu məlumatın nə qədər dəqiq olduğunu söyləmək çətindir. Hər halda son rəsmi məlumatı gözləmək lazımdır”.

Qeyd edək ki, Dövlət Neft Şirkəti ölən və yaralananların adlı siyahısını hələ də açıqlamayıb. Bu isə ölənlərin və yaralıların sayının çox olması ilə bağlı şayiələrə yol açır.

Baş Prokurorluq isə hadisə ilə bağlı cinayət işinin açıldığına dair məlumat yayıb.

Qeyd edək ki, dünən - oktyabrın 23-də Nərimanov NQÇİ-nin 441 saylı meydançasında güclü partlayış baş verib. Qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən 3-nün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-in və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

ARDNŞ-dən isə yalnız onu bildirilər ki, əlavə məlumat veriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar