Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədrlərinin aksiyası təxirə salındı



18 noyabr 2014- cü ildə Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların (KAXCP, ADP, BAP, Azadlıq, VİP, Aydınlar, ALDP, AXP) sədrlərinin iştirakı ilə növbədənkənar toplantı olub. Musavat.com xəbər verir ki, toplantıda siyasi partiya sədrlərinin 19 noyabr 2014- cü il tarixdə Prezident Administrasiyası, Ali Məhkəmə və Baş Prokurorluq binaları qarşısında piket keçirmələri xəbərdarlığına BŞİH-in mənfi cavabı ilə bağlı vəziyyət müzakirə edilib


BŞİH-in qadağası qanunsuzluq və ölkədə sərbəst toplanma azadlığının növbəti pozulması faktı kimi dəyərləndirilib. 

11 siyasi partiya sədrinin siyasi məhbuslara azadlıq şüarı ilə piket keçirmək niyyəti  ətrafında  geniş informasiya axınının getməsi və hakimiyyətin piketi  qadağan etməsi siyasi məhbus probleminə və sərbəst toplanma azadlığına diqqətin cəlb edilməsi baxımından aksiyanın  qismən də öz məqsədinə nail olduğu hesab edilib.  Eyni zamanda aksiyanın BŞİH ilə  razılaşdırılacağı  təqdirdə keçirilməsi barədə partiya sədrlərinin mövqeləri nəzərə alınaraq 19 noyabr aksiyasının təxirə salınması məqsədəuyğun salınıb. Siyasi məhbuslara azadlıq tələbi ilə kütləvi aksiyalar keçirməyin gündəmdə saxlanması lazım bilinib.

Daha sonra DİHM- də əməkdaşlıq edən bir sıra partiya rəhbərlərinin PA-nın şöbə müdiri Əli Həsənovla görüş üçün müraciəti ilə bağlı məsələ barədə məlumat dinlənilib. ALDP sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Orucun ABŞ səfirliyindəki görüşü barədə məlumat dinlənilib. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar