Milli Məclisin yeni tərkibi iclasa çağırıldı
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir qədər öncə 1 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiq edib.
Modern.az saytının məlumatına görə, bu gün V çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Bir qədər öncə parlamentin yeni tərkibinə daxil olan deputatlara çağırış da göndərilib. Bu gün Milli Məclisin yeni deputatlarına deputat mandatları təqdim ediləcək.
Qeyd edək ki, seçkilərin nəticəsində 125 deputat yerindən 124-də millət vəkili elan olunub. Yalnız 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsi ləğv edilib. Həmin dairədə "Azəriqazbank"ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elan edilmişdi.
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açmalı, yeni seçilən deputatların siyahısını oxumalı və sədr seçilənədək birinci iclası aparmalıdır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Bugünkü iclasda parlamentin yeni sədri ilə yanaşı, sədr müavinləri, komitə sədrləri də müəyyənləşəcək.
Modern.az saytının məlumatına görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək...
V çağırış Milli Məclisə seçilən deputatlar aşağıdakı şəxslərdir:
4 saylı Naxçıvan şəhər seçki dairəsi - Eldar İbrahimov (YAP)
8 saylı Binəqədi birinci seçki dairəsi - Azay Quliyev (bitərəf)
9 saylı Binəqədi ikinci seçki dairəsi - Kəmaləddin Qafarov (YAP)
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev (bitərəf)
11 saylı Qaradağ seçki dairəsi - Aydın Hüseynov (YAP)
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Mixail Zabelin (YAP)
15 saylı Yasamal birinci seçki dairəsi - Ülvi Quliyev (bitərəf)
16 saylı Yasamal ikinci seçki dairəsi - Aytən Mustafayeva (bitərəf)
17 saylı Yasamal üçüncü seçki dairəsi - Elşad Həsənov (bitərəf)
18 saylı Nərimanov-Nizami seçki dairəsi - Rasim Musabəyov (bitərəf)
19 saylı Nərimanov birinci seçki dairəsi - Hikmət Məmmədov (YAP)
20 saylı Nərimanov ikinci seçki dairəsi - Adil Əliyev (bitərəf)
21 saylı Nəsimi birinci seçki dairəsi - Məlahət İbrahimqızı (YAP)
22 saylı Nəsimi ikinci seçki dairəsi - Asim Mollazadə (ADİP)
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə (bitərəf)
24 saylı Nizami birinci seçki dairəsi - Rövnəq Abdullayev (YAP)
25 saylı Nizami ikinci seçki dairəsi - Sədaqət Vəliyeva (YAP)
26 saylı Sabunçu birinci seçki dairəsi - Fazil Mustafa (BQP)
28 saylı Sabunçu üçüncü seçki dairəsi - Eldar Quliyev (bitərəf)
29 saylı Səbail seçki dairəsi - Şəmsəddin Hacıyev (YAP)
31 saylı Suraxanı ikinci seçki dairəsi - Fərəc Quliyev (MDHP)
33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov (YAP)
34 saylı Xətai ikinci seçki dairəsi - Fuad Muradov (bitərəf)
35 saylı Xətai üçüncü seçki dairəsi - Araz Əlizadə (ASDP)
36 saylı Xətai dördüncü seçki dairəsi - Səməd Seyidov (YAP)
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi - Pərvin Kərimzadə (YAP)
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Naqif Həmzəyev (YAP)
41 saylı Sumqayıt birinci seçki dairəsi - Mirzəcan Xəlilov (özü - YAP)
42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili (YAP)
43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Muxtar Babayev (YAP)
44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Hacı Salayev (bitərəf)
46 saylı Şirvan seçki dairəsi - Rafael Cəbrayılov (bitərəf)
47 saylı Mingəçevir seçki dairəsi - Aydın Mirzəzadə (YAP)
52 saylı Quba seçki dairəsi - Vahid Əhmədov (bitərəf)
57 saylı Kürdəmir seçki dairəsi - Müslüm Məmmədov (bitərəf)
59 saylı Salyan seçki dairəsi - Əliağa Hüseynov (bitərəf)
62 saylı Saatlı seçki dairəsi - Əflatun Amaşov (bitərəf)
66 saylı Biləsuvar seçki dairəsi - Xanhüseyn Kazımlı (ASRP)
71 saylı Masallı kənd seçki dairəsi - Elmira Axundova (bitərəf)
73 saylı Lənkəran şəhər seçki dairəsi - Rüfət Quliyev (bitərəf)
85 saylı Şamaxı seçki dairəsi - Elxan Süleymanov (bitərəf)
86 saylı İsmayıllı seçki dairəsi - Novruzəli Aslanov (bitərəf)
88 saylı Göyçay seçki dairəsi - Sabir Hacıyev (VBP)
93 saylı Bərdə şəhər seçki dairəsi - Gövhər Baxşəliyeva (bitərəf)
94 saylı Bərdə kənd seçki dairəsi - Zahid Oruc (bitərəf)
95 saylı Tərtər seçki dairəsi - Sahib Aliyev (bitərəf)
96 saylı Goranboy-Naftalan seçki dairəsi - Mahir Aslanov (bitərəf)
105 saylı Tovuz seçki dairəsi - Qənirə Paşayeva (bitərəf)
107 saylı Qazax seçki dairəsi - Kamran Nəbizadə (bitərəf)
110 saylı Zaqatala seçki dairəsi - Elşən Musayev (ADMP)
112 saylı Qax seçki dairəsi - Azər Kərimli (bitərəf)
114 saylı Şəki kənd birinci seçki dairəsi - Əli Məsimli (bitərəf)
115 saylı Şəki kənd ikinci seçki dairəsi - Cavanşir Feyziyev (bitərəf)
116 saylı Qəbələ seçki dairəsi - Fəttah Heydərov (bitərəf)
118 saylı Ağdam şəhər seçki dairəsi - Bəxtiyar Əliyev (bitərəf)
122 saylı Xankəndi seçki dairəsi - Flora Qasımova (bitərəf)
pia.az