Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdə media ilə bağlı vacib təkliflər verildi


Əflatun Amaşov: “Reklam bazarının inkişafına ciddi ehtiyac var”


Milli Məclisin 2016-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında danışan deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə prezidentinə media mənsublarının təşəkkürünü çatdırdı. 

Ötən sessiyada mətbuata tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) ilə bağlı məsələ qaldrıdığını xatırladan Ə.Amaşov dedi ki, prezident İlham Əliyev yayda mətbuata 1 milyon manat yardım ayırmaqla ciddi addım atıb. “Beləliklə, ƏDV-nin tətbiqi ilə yaranmış çətin vəziyyət aradan qalxdı”-deyə, Ə.Amaşov bildirdi. Mətbuatın həlli vacib olan digər problemlərinə də diqqət çəkən MŞ sədri Diffomasiya haqqında qanunun qəbul edilməsini vacib saydı. Eyni zamanda o, bu gün informasiya məkanında mühüm yeri olan internet mediasının maliyyələşməsini də zəruri saydı. Çap mediasına dəstək verən qurumun fəaliyyət göstərdiyini xatırladan deputat “internet mediası da dövlət vəsaitindən bu və ya digər formada bəhrələnməlidir”-söylədi. Ə.Amaşov reklam bazarındakı durumdan da bəhs etdi: “Medianın iqtisadi durumu reklamdan asılıdır. Doğrudur, dövlət dəstəyi var, qəzetlər bu dəstək sayəsində ayaqda qalırlar. Ancaq bu dəstək daimi ola bilməz, mətbuat özü müstəqil şəkildə özünü maliyyələşdirməlidir. Bunun üçünsə reklam bazarının inkişafına ciddi ehtiyac var”. 

Deputat Məlahət İbrahimqızı da mətbuat mövzusunda danışdı. Amma fərqli müstəvidə. Dedi ki, internet televiziyaları ilə bağlı qanun yoxdur: “Ona görə də Meydan TV, Sancaq TV dövlət başçısına qarşı yazdıqlarını adam utandığından oxuya bilmir. ANS-lə bağlı dərhal qərar qəbul edə bildilər. Amma internet üzərindən yayımlanan televiziyalarla bağlı qanun olmadığı üçün bu sahədə özbaşınalıq var. Dünyanın heç bir yerində dövlət başçısını bu formada təhqir etmirlər”. 

İcalsa sədrlik edən 1-ci vitse-spiker Ziyafət Əsgərov M.İbrahimqızının sözlərinə reaksiyasında dedi ki, yəqin Əflatun müəllimin təmsil olunduğu komitədə bununla bağlı müəyyən addımlar atılacaq: “Ancaq mən sizin bir fikrinizlə razı deyiləm. Dediniz ki, yəqin Əflatun müəllim bu barədə fikirlərini demək istəyib, amma kifayət qədər vaxt olmadığından bu, mümkün olmayıb. Əflatun müəllimə kifayət qədər imkan verildi. Sadəcə olaraq ya bunu demədi, yaxud demək istəmədi, bilmirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar