Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament seçkilərinə hazırlıqlar başlayır


Müxalifət “hakimiyyətin saxtakarlıq planlarını pozmağa çalışacağıq” deyir; Fəzail Ağamalı: “Anti-Azərbaycan qüvvələr sakit durmayacaqlar”


2015-ci ilin ilk yarısı geridə qaldı. Sözsüz ki, ilin ilk 6 ayında ölkə insanı daha çox rəsmi Bakının ev sahibliyi ilə keçirilən  Avropa Oyunlarına köklənmişdi və 17 günlük həyəcanlı günlər tarixə qovuşdu.

Cari ilin ikinci yarısında isə Azərbaycan ölkə həyatının əsas siyasi hadisəsi ilə baş-başa qalacaq ki, bu da noyabrın 1-də keçiriləcək parlament seçkiləridir. Lakin seçkilərin necə keçəcəyi, hansı qüvvələri əhatə edəcəyi, seçici aktivliyinin olub-olmayacağı indidən danışılır. Üstəlik, Avropa Oyunlarında Azərbaycan hakimiyyəti ilə münasibətlərində konfrantasiya mühiti yaşanan Avropa qurumlarının parlament seçkilərinə necə yanaşacağı da gündəmin əsas suallarındandır.

Azərbaycanla bağlı sərt qətnamə qəbul edən AŞ PA-nın seçkilərə müşahidəçilərini göndərəcəyini əvvəlcədən açıqlaması da müəyyən təxminlərə əsas verir. Siyasi partiyalar üçün isə artıq seçki prosesi başlanmış sayılır.     

Müsavat Partiyası başqanının müavini Elman Fəttah növbəti yarımilin əsas hadisəsinin seçkilər olacağını düşünür: “Avropa Şurasının Azərbaycanla bağlı son qətnaməsində də ölkədə seçki mühitinin olmaması və hakimiyyətin siyasi iradəsinin ölkədə ədalətli seçki yarışının keçirilməməsinə hesablandığı öz əksini tapıb. Hesab edirəm ki, bu, Azərbaycanda seçkiöncəsi vəziyyəti obyektiv əks etdirən qənaətdir. Bütün ağır şərtlərə baxmayaraq, Müsavat Partiyası seçkilərə ciddi şəkildə hazırlaşır. Çalışırıq ki, ilk növbədə əhalinin seçkiyə olan inamsızlığının aradan qaldırılması yönündə işlər görək. Digər tərəfdən isə bu seçkilərdə ciddi fəaliyyət göstərməklə iqtidarın seçkiləri hər zaman olduğu kimi yenə də öz xeyrinə saxtalaşdırmaq arzusunu gözündə qoyaq”. 

E.Fəttah əlavə etdi ki, hakimiyyətin bütün fəaliyyəti seçici fəallığının və real seçki mübarizəsinin olmamasına hesablanıb: “Bu məqsədə nail olmaq üçün parlament seçkilərində prinsipial beynəlxalq müşahidə missiyalarını dəvət etməkdən də imtina edib. Biz isə istəyirik ki, bu çətin vəziyyəti dəyişək. Real seçki mübarizəsi üçün şəraitin olacağına ümid yoxdur. Ancaq biz yenə də prinsipial mübarizəmizi davam etdirəcəyik. O cümlədən də seçkilərdə iştirak edərək hakimiyyətin saxtakarlıq planlarını pozmağa çalışacağıq”.

Ümid Partiyası sədrinin 1-ci müavini Ənvər Ağazadə qeyd etdi ki, Azərbaycanda 2015-ci ilin ən mühüm siyasi hadisəsi parlament seçkiləri olmalı idi: “Amma Avropa Oyunları seçkiləri ikinci plana keçirdi. İlin düz yarısı bütün dövlət strukturları, ölkə ictimaiyyəti Avropa Oyunları ilə məşğul oldu. Çox böyük hazırlıq işləri görüldü, hökumət tərəfindən ciddi diqqət ayrıldı”. 

Ə.Ağazadə bildirdi ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizi dünyada tanıtmaqla yanaşı, onun problemlərini də gündəmə gətirdi: “Siyasi məhbus, insan haqları, müstəqil, ədalətli məhkəmə sistemi və azad seçki. Bir daha aydın oldu ki, bu problemləri həll etmədən ölkəmizdə keçiriləcək hər hansı beynəlxalq tədbir təbliğdən çox, tənqid hədəfinə çevirəcək. Bu baxımdan düşünürəm ki, parlament seçkilərində əvvəlki illərdən fərqli olaraq müsbət irəliləyişlər müşahidə olunacaq. Xüsusilə parlamentin tərkibi, siması az da olsa, müsbətə doğru dəyişəcək. Bizim arzuladığımız demokratik və ədalətli seçki üçün isə xalq, cəmiyyət olaraq çox çalışmalıyıq. Problemlər isə həddindən artıq böyükdür”.

AVP sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, 2015-ci ilin əsas idman hadisəsi 17 günlük Avropa Oyunlarıdır: “Azərbaycanın tanınmasında, dövlət kimi gücünün nümayişində, qədim xalq kimi zəngin mədəniyyətimizin, üstün dəyərlərimizin dünyaya təqdim olunmasında bu 17 gün çox ciddi rol oynadı. Bu, ilin 1 saylı hadisəsidir. Keçirilən idman oyunları həm dünya, həm də ölkə miqyasında bir test idi, bu testdən Azərbaycan dövləti böyük uğurla çıxdı”. 

Bununla belə, F.Ağamalı parlament seçkilərini ciddi siyasi hadisə kimi xarakterizə etdi. Əlavə etdi ki, avqustdan sonra bütün gündəmi parlament seçkiləri tutacaq: “Parlament seçkilərinin düşüncələrdə, ayrı-ayrı partiyaların ümumi fəaliyyətində ciddi yer tutduğu hər kəsə bəllidir. Bununla bağlı da, əlbəttə, ilkin hazırlıqlar mövcuddur, ilkin araşdırmalar ortadadır. Növbəti aydan etibarən isə istər siyasi partiyalar, istər ayrı-ayrı şəxslər namizədliklə bağlı konkret addımlar atacaq. Təcrübə göstərir ki, Azərbaycanda parlament seçkiləri hər zaman ciddi siyasi fəallıqla müşayiət olunub. Güman edirəm ki, bu seçkilər də özünün siyasi fəallığı ilə xüsusi olaraq fərqlənəcək. Kimin daha çox namizəd irəli sürməsi, parlamentdə daha çox hansı qüvvələrin təmsil olunması, iddiaçılardan kimin udacağı, yaxud uduzacağı zamanın işidir və seçicilərin iradəsindən asılıdır. Ancaq artıq cəmiyyətimizdə və siyasi partiyalarda qarşıdan gələn parlament seçkilərinə demək olar ki, start verilib”.  AVP sədri parlamentin tərkibinin daim yeniləndiyini deyərək, növbəti seçkidə də bunu istisna etmədi: “Lakin kimlərin gedəcəyi, qalacağı, hansı qüvvələrin mandat qazanacağı haqqında gümanlar söyləmək o qədər də ciddi söhbət deyil. Proqnoz vermək yerinə düşmür. Bütün bunlar haqqında sentyabr ayında daha dəqiq rəy söyləmək olar”.

Hətta idman yarışına, Avropa Oyunlarına münasibətdə kifayət qədər sərt mövqe sərgiləyən Qərb dairələrinin Azərbaycandakı siyasi hadisəyə münasibətinin necə olacağına gəldikdə, F.Ağamalı bunları bildirdi: “Nəzərə almalıyıq ki, idman siyasətdən tamamilə uzaqdır və idman dünyada sülhün, dostluğun rəmzi kimi qəbul olunur. Ancaq anti-Azərbaycan qüvvələr hətta idman yarışına qarşı fəaliyyət göstərdilərsə, onun baş tutmaması üçün bütün imkanlarından istifadə etdilərsə, növbəti addımlar da gözləniləndir. Təbii ki, dinləmələr keçirilsə də, qətnamələr qəbul olunsa da, ayrı-ayrı ölkələrə çağırışlar edilsə də, heç nə alınmadı, yarışlar yüksək səviyyədə baş tutdu və Azərbaycan olimpiya hərəkatına çox böyük töhfələr verdi. Bununla belə, idman yarışına qarşı mövqe ortaya qoyan anti-Azərbaycan qüvvələr təbii ki, parlament seçkilərində sakit durmayacaqlar.  Yenə də parlament seçkiləri ərəfəsində bu və ya digər dinləmələr olacaq, ayrı-ayrı QHT-lər hərəkətə keçəcək, insan haqları, mətbuat azadlığı ilə bağlı palaz-palaz yazılar dərc etdirəcəklər, hesabatlarında bütün bunları önə çəkəcəklər. Eyni zamanda Azərbaycana artıq hazır bəyanatları portfellərində gətirən müşahidəçilər də olacaq ki, seçki bitən kimi həmin hazır bəyanatı çıxarıb bəyan edəcəklər ki, ”Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab vermədi" və s. Bununla bərabər, mən əminəm ki, seçkilər xalqın iradəsini ifadə edəcək, azad, demokratik keçiriləcək. Ümidvaram ki, parlament seçkilərinin demokratik şəkildə, xalqın yüksək əhval-ruhiyyəsi ortada olmaqla keçirilməsini ölkə prezidentinin iradəsi təmin edəcək".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar