Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament qalmaqallı sənədin müzakirəsinə hazırlaşır


Parlament qalmaqallı sənədin müzakirəsinə hazırlaşır – Deputat şeyxin
müavinini dəstəklədi


Uzun müddətdir, müzakirəsi ləngiyən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
 
Bu barədə Modern.az-a açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib:
 
“Yəqin ki, bu payız sessiyasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə baxacağıq. Uzun müddətdir, bu qanun üzərində işlər gedir və artıq müvafiq orqanlara göndərilib. Qanun layihəsi demək olar ki, hazır vəziyyətdədir. Nəticə olaraq yeni mövsümdə qanunun müzakirəyə çıxarılması nəzərdə tutulub”.
 
Xatırladaq ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı da Modern.az saytına müsahibəsində qeyd edilən məsələyə toxunub. Onun fikrincə, Azərbaycanda donor bankının yaradılması genefondumuz üçün fəlakət ola bilər:
 
“Bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər. Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür. Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər”.
 
Deputat Kamilə Əliyeva  donor  bankı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Bu, məsələyə hansı prizmadan baxdığımızdan asılıdır. Bilirsiniz ki, süni mayalanmanın iki yolu var. Ailədə kişinin öz spermasının qadının yumurta hüceyrəsinə yeritməklə  süni mayalanma aparmaq mümkündür.
 
Bu yolla uşağın dünyaya gəlməsinin əleyhinə deyiləm. Ola bilər təbii yolla, övlad sahibi olmaq mümkün deyil, amma bu yolla mümkündür. Bu da süni mayalanmadır.
 
Amma mən də bir genetik və vətəndaş olaraq ananın yumurtalığına başqa spermanın yeridilməsinin tərəfdarı deyiləm. Burada söhbət yalnız mentalitetdən getmir. Genetik olduğum üçün donor bankının gələcəkdə hansı nəticələrə gətirib çıxaracağını düşünərək bunun əleyhinəyəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar