Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament Azərbaycanla Çin arasında Anlaşma Memorandumunu təsdiqləyib

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
 
"APA-Economics" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, Çindən Azərbaycana böyük miqdarda mal idxal olunur. Onun sözlərinə görə, sözügedən memorandum məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.
 
Memoranduma əsasən, tərəflər sertifikatların qarşılıqlı tanınmasına imkan verəcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə Çin Xalq respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumu bu ilin mayın 15-də imzalanıb.
 
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar