Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parfümeriya mağazalarında ciddi bahalaşma


Azad İstehlakçılar Birliyinin sədri: “Kosmetika sənaye malları sektorunda ən çox çirklənmiş mallardır”


Ətir və kosmetika vasitələrinin qiyməti bahalaşıb. Baş çəkdiyimiz bir neçə mağazada bunun şahidi olduq. Xatırladaq ki, hələ bir ay öncədən parfümeriya sahəsində ciddi bahalaşma olacağı deyilirdi. Satıcılar bahalaşma səbəbini dollarla aldıqları yeni gələn mallarla əlaqələndirdilər.

“Neftçilər” metrostansiyası yaxınlığında baş çəkdiyimiz parfümeriya mağazasının satıcıları bir sıra firmaların məhsullarında artım olduğunu dedi: “Nə alacaqsınızsa, indi alın. Bir neçə gündən sonra bu qiymətə tapmayacaqsınız. Qiymətlərimiz bir az da qalxacaq. Bu gələn mallar yeni partiya olduğu üçün baha qiymətə satılır. Çünki dollarla alınıb”.
Digər satıcı isə “İdeal” və “Sabina” mağazalarına baxanda onlarda daha ucuz mal olduğunu deyirdi.

Mağazada ən ucuz ətir 65 manat, ən bahalısı isə 350 manat idi. Əvvəllər 1 manata satılan “Golden Rose” dırnaq lakları indi 1 manat 50 qəpiyə satılırdı. Əvvəllər 12 manat 50 qəpiyə satılan “Mozaik” pudrası isə indi 15 manata satılırdı. “Golden Rose” firmasının da məhsullarının bahalaşmadığını deyən satıcı ailə qurmağa hazırlaşan gənclərin bu firmanın məhsullarından səbət yığdırmağın onlara 80 manata başa gələcəyini deyirdi. 

O, bunun ən ucuz səbət olacağını bildirdi. “Pupa” firmasına məxsus kosmetikalarından səbət isə 250 manata başa gəlir. “Burjua” firmasının da səbəti isə 300 manata başa gəlir. Qeyd edək ki, kosmetika səbəti yığdırmaq parfümeriya mağazasının adına, yerləşdiyi məkana görə fərqlənir. Belə ki, kosmetika səbətinə daxil olan kosmetikaları “İdeal”dan almaq daha yüksək məbləğ 600-1500 manat arası tələb edir. “Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində isə bu qiymət daha fərqlidir-1200 manatdan başlayır.

Qeyd edək ki, mağazalarda bahalaşma ilə yanaşı bir sıra kampaniyalara da start verilib. “İdeal”da bir müddət öncə aktivliyi dayandırılmış endirim kartları yenidən bərpa olub. Həmçinin mağazada “3 al 2 ödə”, “1+1" kampaniyalarına start verilib. Bütün bunların olmasına baxmayaraq, qiymətlər yenə də əl yandırırdı. Belə ki, "İdeal"da əvvəllər 105 manata satılan 100 ml “Dior Sauvage” ətrinin indi 60 ml-si 105 manata idi. Satıcılar bahalaşmanın təbii olduğunu bildirir və dolların bahalaşması ilə əlaqələndirdilər.
“Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində də eyni vəziyyət idi. Burada da endirim kampaniyası olsa da, qiymətlər yenə də baha sayılırdı. 

“Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində digər mağazalardan fərqli olaraq daha az sayda endirim kampaniyaları həyata keçirilir. Bunu satıcıların özləri də təsdiq etdilər. Onlar endirim və hədiyyə kampaniyalarının az sayda olmasının səbəbini isə baş vermiş devalvasiya ilə əlaqələndirdilər və hər hansısa bir endirim kampaniyasının onlara sərfəli olmadığını bildirdilər. Ancaq hazırda cüzi də olsa müştəri cəlb etmək üçün müəyyən aksiyaların və endirim kampaniyalarının olduğunu dedilər. 

Mağazada özünə ətir seçən Leyla İbrahimova bu mağazalar şəbəkəsinin məhsullarının keyfiyyətindən razılıq etsə də, qiymətindən narazı idi: “Mağazadakı ətir və kosmetikaların keyfiyyətinə söz ola bilməz. Amma qiymətləri də çox bahadı. Endirim kampaniyaları daha yüksək çərçivədə olsaydı yaxşı olardı”.

“28 May” metrostansiyası yaxınlığındakı parfümeriya mağazasında da bahalaşma müşahidə etdik. Onlar isə heç bir endirim olmadığını və “Sevgililər günü” ilə əlaqədar tələbat artdığı üçün qiymətlərin bir qədər yüksək olduğunu deyirdilər. Qeyd edək ki, ucuz qiymətə bir çox keyfiyyətsiz kosmetika vasitələrinə də rast gəlmək mümkündür. Bir çox metrolara yaxın yerlərdə bu cür ucuz və keyfiyyətsiz kosmetikalar kifayət qədərdir. Bu cür yerlərdən 1 manata dodaq boyası, 20 qəpiyə göz üçün karandaş, 2 manata pudra, 2 manata  tuj və sairə tapmaq mümkündür. Maraqlısı isə odur ki, insanın üzü, gözü ilə təmasda olacaq və zərərli olan bu kosmetik vasitələrin də müştəriləri var. Azərbaycanda qadınlar bəzən aldıqları kosmetikanın mənşəyi, istehsal tarixi və saxlanma şəraiti ilə maraqlanmırlar. Daha çox qiymətin ucuz olmasına üstünlük verirlər. Görünür ki, düşünmədən ucuz olduğu üçün bu cür kosmetik vasitələri alan xanımlar sabah hansı problemlərlə üzləşəcəklərindən xəbərsizdirlər, ya da bunu görməzdən gəlirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kosmetik bazarın çirklənmiş bazar olduğunu dedi: “Kosmetika sənaye malları sektorunda ən çox çirklənmiş mallardır. Belə ki, metro çıxışlarında, harada necə gəldi dəri ilə təmasda olan pomadalar, pudralar, ətirlər satılır. Azərbaycanda ən brend  mağazada belə ən saxta ətirə rast gəlmək olar. Bizim ofisimizdə bir neçə il öncə bahalı qiymətə alınmış ətir nümunəsi saxlanılır. Ölkənin məşhur adamlarından biri öz nişanlısına bu ətri alıb və görüb ki, içi boşdur. Hətta bu cür hadisələrə də rast gəlinir. Əhalidən bizə şikayətlər gələn zaman parfümeriya mallarının qaytarılmasında acizlik çəkirik. Ona görə ki, parfümeriya malları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Nazirlər Kabinetinin qərarı sanki parfümeriya mallarının çirklənməsinə şərait yaradıb. Qanundakı boşluqdan istifadə edən VİP Həyat deyilən müəssisə külli miqdarda əhalinin tələbatına uyğun olmayan parfümeriya malları gətirir və əhalini aldadır. Malı baha qiymətə satır, geri qaytarmaq, dəyişmək lazım gəldikdə isə bunu etmirlər. Parfümeriya malları da ərzaq malları kimi üzərində yararlılıq və buraxılma tarixi olan mallardır. Amma baxsaq 90 faiz parfümeriya mallarının üzərində hər iki tarixin olmadığını görərik. Çox təəssüflər olsun ki, qanunlar şərait yaradır ki, bu bazar çirklənsin”.

Qiymətlərin bahalığına gəlincə isə bunun təbii artım olduğunu deyən qurum sədri hökumətin səhv olaraq qiymət siyasətinə qarışdığını dedi: “Hökumət çox səhv olaraq biznes qurumlarının qiymət siyasətinə qarışır. Hökumət bolluq yaratmalı, gömrük rüsumlarını aşağı salmalıdır. Ölkə başçısının tapşırıqlarını hökumət düzgün yerinə yetirmir”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar