Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paolo Koelyonun Mövlanə plagiatı


Mərahim Nəsib yazır...


Dünyanın bir çox filosofları, yazıçıları, şairləri və mütəfəkkirləri Mövlanəyə xas olan bir çox fəlsəfi fikirlərdən təsirlənmiş və bu təsir həmin yaradıcı şəxslərin yaradıcılıqlarına da sirayət etmişdir. Bu yazıçılardan bəzilərinin Mövlanədən bəhrələndiyindən xəbərdar olsaq da, çoxundan xəbərsizik.
 
Məşhur braziliyalı yazıçı Paulo Koelyonun 1988-ci ildə işıq üzü görən “Kimyagər” romanı məhz Mövlanənin “Məsnəvi”sində yer alan hekayələrdən biri “Xəzinə axtaran adam” hekayəsinin demək olar ki eynisidir. .
 
“Kimyagər” romanının mövzusu İspaniyadan Misir piramidalarındakı xəzinəni axtarmağa gedən əndəlüslü Santyaqo adlı bir çobanın macəralı həyat tərzindən bəhs edir.
 
Kiçik yaşlarında keşişlik təhsili almağa başlayan Santyaqo, bir müddət sonra öz arzuları naminə təhsil aldığı dini məktəbi tərk edərək, səyahət arzusuna düşür və bu arzunu gerçəkləşdirmək üçün yüksək səylər göstərməyə başlayır.
 
Bir gün Santyaqo gördüyü yuxuya əsasən arzularını gerçəkləşəcəyini düşünür və bununla da həyatının dilədiyi  səmtdə davam edəcəyini fikirləşir.
 
Santyaqo yuxuda görür ki, Misir piramidalarına getsə orda xəzinə tapacaq. Arzularının arxasınca gedən Santyaqo bir çox problemlərə, təhlükələrə məruz qalsa da öz niyyətindən imtina etmir və məruz qaldığı bütün problemlərin öhdəsindən gələrək nəhayət  arzusu ilə yola çıxdığı məkana, yuxusunda gördüyü Misir piramidalarına qədər gedib çıxa bilir. Burada bir nəfərlə rastlaşır və Misirə gəldiyini ona söyləyir. Həmin adam da Santyaqonu ələ salaraq deyir ki, nolsun, mən də yuxuda görmüşəm ki, Əndəlusda filan yerdə xəzinə var, indi durum gedim Əndəlüsə? Santyaqo başa düşür ki, axtardığı xəzinə elə Əndəlüsdə, yatıb yuxu gördüyü yerin altındadır.
 
Əsərdən belə bir nəticəyə gəlmək olar:
 
“Bəzən bir xəzinə əldə etmək üçün çox çətin səfərlərə çıxmaq, qohumlarınızı, dostlarınızı tərk etmək bahasına, kimsə sizə inanmasa belə, yalnız özünüzə güvənərək çıxdığınızı yola davam etməli və qarşınıza çıxan məhrumiyyətlərin bezmədən, çəkinmədən öhdəsindən gəlməlisiz. Çıxdığınız yolun sonunda əldə edəcəyiniz xəzinə isə özünüzü tanımaq, gerçək mənliyinizi tapmaqdır. Çünki insan həyatı özünü axtarmadan yaşanarsa, demək bihudə yaşanmışdır”
 
Halbuki insanın öz daxilinə etdiyi səfər və özünü axtarıb tapmaq səylərinə ilk öncə Mövlanənin “Xəzinə axtaran adam” hekayəsində rast gəlirik.
 
Mövlanədən əsrlər sonra yazılan bu roman əslində Mövlanə tərəfindən qələmə alınmış və bu hekayəni oxuyanların əslində əldə etdikləri vəsaitin bir hekayə deyil, öz hallarını anlamaq olduqlarını başa düşmələrdir.
 
“Xəzinə axtaran adam”ın hekayəsi isə bağdadlı bir şəxsin əldə etdiyi xəzinədən bəhs olunur.
 
Bir zamanlar heç bir səy göstərmədən çox böyük bir miras əldə etmiş bağdadlı bir şəxs, əldə etdiyi sərvətin dəyərini, qiymətini bilmədiyi üçün bu sərvətdən məhrum olur. Bütün var-dövlətini itirən bağdadlı nəhayət səhvini başa düşür və Allaha hər gün sərvətinə yenidən qovuşması üçün dua eləyir. Nəhayət bir gün Misirdə bir xəzinə əldə edəcəyi ilə bağlı bir yuxu görür və hər cür tədarük görərək Misirə yola düşür. Bir çox çətinlik və problemlərin ardından Misirə gəlib çatan bağdadlı, burda da Misir şəhər gözətçilərinin əlinə düşərək oğurluqda ittiham olunur. Bağdadlı özünü ehtiyaclı dilənçi kimi göstərsə də gözətçilər inanmır və nəticədə ondan həqiqəti öyrənməyə müyəssər olurlar.
 
Bağdadlı gördüyü bir yuxuya əsasən Misirə gəldiyini söyləyir. Gözətçi gülərək “uzun illərdir mən də Bağdadda filan qəsəbədə, filan küçədə, filan həyətdə xəzinə olduğunu görürəm, amma sənin kimi axmaq olmadığım üçün əhəmiyyət vermirəm”- deyir.
 
Gözətçinin təsvir etdiyi yerin öz evi olduğunu elə on başa düşən bağdadlı, dərhal Bağdada  qayıdır və deyilən yerdən xəzinəni tapıb itirdiyi sərvətinə yenidən qovuşur.
 
Hekayənin oxucuya çatdırmaq istədiyi fikir budur:
 
“Uzun səfərlərə çıxmazdan əvvəl öz qəlbinizə baxın. Bəlkə də hər zaman axtardığınız, amma tapmadığınız xəzinə ordadır, amma bilmirsiz, uzaqlara gedirsiz”.
 
Dünyanın 42 ölkəsində nəşr olunub, 26 dilə tərcümə edilən və Koelyonu ən çox oxunan yazıçılardan biri edib, böyük şöhrət gətirən “Kimyagər”in mövzusunun çoxumuzun oxumadığımız və bəlkə də tanımadığımız birindən alındığını görürük. Kimlərinsə dünyada şöhrət qazandıqlarından, kimlərinsə xəbərsiz olması qeyd olunan xəzinəni itirməyə bənzəyir.
 
Mövlanə hər nəfəsdə oxucusunun qarşısında yeni üfüqlər açan, yeni təsəllilərlə köməyə gələn elm və ürfan xəzinəsidir. Mövlanəni oxuyanlar onu hər oxuduqca ona daha çox susayarlar, onun əsərlərindən doymazlar və onu daha çox oxumaq istəyərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar