Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pan Gi Mundan Azərbaycana qiymət: “Sülhsevər, gənc və təcrübəli dövlət“


Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb


Milli Məclisdən Modern.az-a verilən məlumata görə, V.Ələsgərov qonaqları salamlayaraq, səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına ümidini bildirib.
 
BMT-nin keçmiş Baş katibi Pan Gi Mun səmimi görüşə görə minnətdarlığını söyləyib. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini bildirib. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə edib.
 
Pan Gi Mun bildirib ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin Baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir edib və təşəkkürünü bildirib.
Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu söyləyib. Bu müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb, əldə edilən nailiyyətləri yüksək dəyərləndirib. O, ölkə başçısı İlham Əliyevin, Milli Məclisin Sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini açıqlayıb.
 
V.Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransını böyük hadisə adlandırıb. Diqqətə çatdırılıb ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, Konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq, bildirib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
 
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Koreya Respublikası Milli Assambleyasının deputatları, bu ölkənin Azərbaycandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar