Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistana görə Azərbaycanda matəm saxlanacaq?



Nazirlər Kabinetinin rəsmisindən gözlənilməz cavab: “Sizə matəm lazımdır?”; Milli Məclisin mətbuat katibi: “Hamımız o hadisəni qətiyyətlə pisləyirik”


“Pakistan Türkiyə qədər Azərbaycanın da strateji müttəfiqidir, bizə görə Ermənistanla diplomatik münasibət qurmayıb, bu ölkəni işğalçı sayır”. 

Bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Azərbaycanın Türkiyə nümunəsindən istifadə etməli olduğunu bildirib:

“Pakistanda ağır faciə baş verdi, Talibanın məktəbə hücumu nəticəsində 150 şagird və müəllim qətlə yetirildi. Pakistanda 3 günlük matəm elan edilib. Müttəfiqi Türkiyə də qardaşlarının ağır günündə Pakistanın yanındadır və 1 günlük matəm elan edib. Bəs Azərbaycan? Pakistan Türkiyə qədər Azərbaycanın da strateji müttəfiqidir, bizə görə Ermənistanla diplomatik münasibət qurmayıb, bu ölkəni işğalçı sayır. Türkiyə nümunəsindən istifadə etmək lazımdır”.

Xatırladaq ki, Pakistanda yaşanan məktəb faciəsinə görə Türkiyə birgünlük matəm elan edib. Pakistan isə bu il mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş vermiş və 301 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı rəsmən iki günlük matəm keçirmişdi.

Azərbaycanlı politoloqun bu məsələni haqlı olaraq qaldırdığını nəzərə alıb rəsmi qurumlardan ölkəmizdə Pakistan xalqına dəstək olaraq hansı addımın atılacağını öyrənmək istədik. 



Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, parlamentdə hər kəs dost ölkədə törədilən terror hadisəsini pisləyir: “Hamımız o hadisəni qətiyyətlə pisləyirik. Bu, xeyli sayda dinc insanın ölümünə səbəb olan bir hadisədir, təbii ki, lənətlənməlidir. Azərbaycan Pakistanla dost ölkədir və onun bütün dərdlərini bölüşür. Amma ölkədə matəm elan olunması barədə qərarın qəbulu məsələsi bizim səlahiyyətimizdə deyil”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə sualımızın cavabında gözləmədiyimiz reaksiya verdi: “Sizə matəm lazımdır?”

 Biz sadəcə Azərbaycanın dövlət müstəqilliyini ikinci dövlət olaraq tanıyan Pakistanın dərdinə hansı şəkildə reaksiya veriləcəyi barədə suala cavab istədiyimizi xatırlatdıqda isə xidmət rəhbəri dedi ki, matəmin elan olunub-olunmayacağı barədə onda heç bir məlumat yoxdur: “Başsağlığı təbii ki, verilib, lazımi köməklik göstəriləcək”. 



Xarici İşlər Nazirliyi isə Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda Azərbaycan Respublikasının dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pislədiyi bildirilir: “Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətlə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir”.

Qeyd edək ki, dekabrın 16-da “Təhriki-Taliban Pakistan” yaraqlıları Pişəvər şəhərindəki məktəbə hücum ediblər. 

Son məlumatlara görə, 140 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100-ü uşaqdır. 120-dən çox şəxs yaralanıb. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar