Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan Putinin NATO-suna can atır - Ermənistan niyə narahatdır?


Politoloq: “Pakistan ehtiyac hiss edir ki, Rusiya ilə müəyyən qədər əlaqələr qursun”


“Ermənilərin Pakistana hücumu sırf Pakistanın Azərbaycanı müdafiə etməsi ilə bağlıdır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Pakistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlement Assambleyasında iştirakına Ermənistan tərəfinin etrazlarından sonra nümayəndələrin geri dönmə xəbərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, dünən Ermənistan mətbuatın yazdığına görə Pakistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının (KTMT PA) Sankt Peterburqda keçilən sessiyasında müşahidəçi qismində iştirak etmək üçün yola çıxsalar da, Ermənistan tərəfinin etrazları qarşısında Pakistan nümayəndələri geri dönməli olublar. Bildirilir ki, Pakistan nümayəndə heyətini KTMT PA-nın işində iştirak etmək üçün şəxsən Rusiya Dövlət Dumasının sədri Vyaçslav Volodin dəvət edib. Lakin daha sonra Ermənistan tərəfinin qəti etirazına görə Pakistandan gələn nümayəndə Londondan heyəti geri dönməyə məcbur olub. Erməni saytları həmçinin bildirir ki, Pakistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam hüquqlu üzv olmaq istəyir və bununla bağlı Rusiya ilə aralarında ilkin anlaşma var.

Pakistanın KTMT-na üzv olmaq istəməsi hansı səbəblərdən meydana çıxa bilər və digər tərəfdən, Rusiya Pakistanı KTMT-na cəlb etməklə hansı məqsədi güdə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.



Mübariz Əhmədoğlu: “Bu məsələ Rusiya üçün elə də böyük əhəmiyyətə malik deyil. Buna görə də hələ ki, Rusiya Ermənistana acıqlanmayıb”.


Pakistanın Rusiya ilə əməkdaşlığa maraqlı olduğunu vurğulayan politoloq Mübariz Əhmədoğlu PİA.AZ-a verdiyi açıqlamasında bildirib ki, ermənilərin Pakistana hücumu sırf Pakistanın Azərbaycanı müdafiə etməsi ilə bağlıdır. Çünki Dağlıq Qarabağ məsələsi yarandığı andan Pakistan Azərbaycanın yanında olub:  
    
“Əvvəl onu qeyd edim ki, Pakistanın Rusiya ilə əməkdaşlığa müəyyən marağı var. Yəni bildiyimiz kimi Pakistan mürəkkəb regionda yerləşir və uzun illərdir ki, Kəşmir problemi öz həllini tapmır. Kəşmir probleminin öz həllini tapmaması isə faktiki olaraq Pakistan ərazisinin işğal altında olması anlamındadır. 

Həmçinin son dövrlərdə ABŞ-ın müəyyən qeyri-adekvat davranışına görə, Pakistanla ABŞ arasında narazılıq yaranıb. Bu səbəblərə görə Pakistan Rusiya ilə müəyyən qədər əlaqələr qurmağa ehtiyac hiss edir. Təkrar edirəm ki, Pakistan Rusiya ilə müəyyən çərçivədə əlaqələr qurmaq istəyir. Buna görə isə Pakistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq marağı yoxdur. Pakistanın özü çox böyük hərbi texnoloji dövlətdir və geniş imkanlara malikdir. Onu da qeyd etmək lazımdır ki, regionda ən güclü ordulardan biri də məhz Pakistan ordusudur. 

Amma siyasi məsələlərə görə Pakistan istəyir ki, Rusiya ilə müəyyən məsafədə əlaqələri olsun. Pakistan bu əlaqəni həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası  çərçivəsində reallaşdırmaq istəyir. Buna görə də Pakistan Rusiyanın xətrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq üçün ərizə verib. Amma onu da qeyd edim ki, Rusiya da Pakistanla əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyur. Hətta Rusiya ilə Pakistan birgə hərbi əməliyyatlar da keçiriblər. İndi isə Rusiya Pakistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası çərçivəsində əməkdaşlıq etməyə elə də ciddi maraq göstərmir. Yəni bu məsələ Rusiya üçün elə də böyük əhəmiyyətə malik deyil. Buna görə də hələ ki, Rusiya Ermənistana acıqlanmayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və onun Parlament Assambleyası Rusiyadan asılıdır. Ermənistanın heç kimidir. Rusiya Ermənistanın agzına iki şillə vuran kimi Ermənistan gedib yerində oturacaq. 

Mübariz Əhmədoğlu: “Pakistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq marağı yoxdur”.


İndi ermənilər fəxrlə deyirlər ki, guya ki, onlar Pakistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasında iştirak etməsinin qarşısını alaıblar. Amma bu məsələnin o biri tərəfin də biz diqqətdə saxlamalıyıq ki, ümumiyyətlə ermənilərdə dava yaratmaq bacarığı var. Ermənilər özləri üçün bir mübarizə meydanı yaradırlar və guya ki, orada vuruşurlar. Ermənilər Azərbaycanla da o yalançı mübarizə meydanın yaradıblar. Yəni guya Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyir, amma Ermənistan buna imkan vermir. Halbuki Azərbaycanın həmin təşkilata üzv olmaq fikri yoxdur. Bir az bundan əvvəl də Türkiyədən bir nazir Avrasiya İqtisadi Birliyinin adın çəkmişdi, ermənilər dedilər ki, türklərin də bu quruma qoşulmağına imkan verməyəcəyik. Yəni ermənilər xəstə təxəyüllü insanlardır. 

Biz bilirik ki, ermənilərin Pakistana hücumu sırf Pakistanın Azərbaycanı müdafiə etməsi ilə bağlıdır. Çünki Dağlıq Qarabağ məsələsi yarandığı andan Pakistan Azərbaycanın yanında olub. Bu gün də Paksitan yeganə dövlətdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün hansı yolu seçəcəksə, Pakistan da o yolu dəstəkləyəcək. Yəni əgər Azərbaycan Dağlıq Qarabağda müharibəyə başlayacaqsa, Pakistan Azərbaycanın bu müharibəsin dəstəkləyəcək. 

Pakistanın bu mövqeyi heç Türkiyədə də yoxdur. Çünki Türkiyə deyir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, amma dinc yolla həll olunmalıdır. Türkiyə Azərbaycanın Dağlıq Qarabağda müharibə etmək variantını dəstəkləyəcək heç bir bəyanat verməyib. Pakistan isə dəfələrlə belə bəyanat verib. Buna görə də ermənilərə Pakistan çox təhlükəli görünür və bu səbəbə görə də onlar Pakistanın əleyhinə çalışırlar”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar