Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PA-nın yeni şöbə müdirləri kimlərdir? - Dosye


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasına iki yeni şöbə müdiri təyin edilib


Fərəh Əliyeva PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri, Rövşən Nəcəf isə innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci il 7 sentyabr tarixində Bakı şəhərində anadan olub. O, Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) fərqlənmə diplomu ilə (1984) bitirib. 

F.Əliyeva 1984-cü ildən Bakı Musiqi Akademiyasında "Musiqi tarixi” kafedrasında çalışmış, sənətşünaslıq namizədi (1994), sənətşünaslıq doktoru (2008) elmi dərəcələrinə, 2005-ci ildən isə professor elmi adına layiq görülüb. O, 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

Fərəh Əliyeva Ü.Hacıbəylinin 110 illiyinə həsr olunmuş musiqişünasların 1 Respublika müsabiqəsinin laureatıdır (1 mükafat, 1994), 2003-cü ildə isə "Humay” milli mükafatı ilə təltif olunub. O, 2006-2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəlcə "Musiqi sektoru”nun müdiri olub, daha sonra "İncəsənət” şöbəsinə rəhbərlik edib.

Fərəh Əliyeva Azərbaycan musiqi tarıxınə dair 3 monoqrafiya - "Azərbaycan musiqisində üslub axtarışları” (1994), "XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007), "Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010) monoqrafiyalarının, "Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), "XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” 3 cildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalələrin müəllifidir. 

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan görkəmli musiqişünas alim, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olub. 

Fərəh Əliyeva yeni təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Çingiz oğlu Nəcəf 1982-ci il Salyan rayonunda anadan olub. O, bu təyinatadək Azərbaycan İnvestisiya Şirkətinin İcraçı Direktoru vəzifəsində çalışıb.  (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar