Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü əlilliyə vuran dilənçi ifşa edildi – Video


Sağ əlini əyib, axsayaraq avtobusa girir, özünü əlil kimi göstərib insanlardan pul toplayır


Avtobusdan düşdükdən sonra isə qolunu işlədərək və axsamadan yoluna davam edir. “20 Yanvar” metrostansiyasına daxil olur və bu dəfə qatarda əlil kimi dilənməyə başlayır.

Xəzər xəbər məlumat verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan video əslində bir fırıldağı ifşa edir. Bir nəfərin hisslərindən istifadə edərək insanları necə aldatdığını göstərmək üçün çəkdiyi videodakı dilənçini axtarmaq üçün “20 Yanvar” metrostansiyasının yaxınlığına baş çəkdik. Məlum oldu ki, çox insan bu dilənçinin qurbanı olub.

Özünü fiziki qüsurlu şəxs kimi aparan belələrinin sayı kifayyət qədərdir. Avtobus və taksi sürücüləri hər gün onlarla belə faktla rastlaşdıqlarını deyirlər.

Sakinlər də bu vəziyətlə tez-tez üzləşdiklərini bildirirlər. Saxta əlillərə görə ehtiyacı olanlara da pul verməkdən çəkinənlər var.

İnsanların mərhəmət hissindən sui-istifadə edərək pul toplayan peşəkar dilənçiləri şəhərin müxtəlif yerlərində görmək mümkündür. Özünü fiziki məhdudiyyəti olan şəxs kimi aparan bu insanlar obrazlarını dəyişməklə yanaşı, diləndikləri məkanları da tez-tez əvəzləyirlər.

Sosisoloq dilənməyi işləməkdən asan bilən və iş qabiliyyəti normal olan belə insanların digərlərinə də mənfi nümunə olduğunu deyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar